Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.

Ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə Minskdə keçirdiyi mətbuat konfransında seçkinin qalibi olduğunu açıqlayıb. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş real protokollara əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.

Tixanovskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukaşenko hökumətinin sonunun başlanğıcı olacaq. DİN-in rəsmi sözçüsü isə bir nəfərin ölümü haqda məlumatın yalan olduğunu bildirib.

Prezident Aleksandr Lukaşenko isə öz növbəsində aksiyalarda iştirak edənləri sərt dildə tənqid və hətta təhqir edib. Lukaşenko etirazçılara “adekvat cavab veriləcəyini” bildirib. Prezident həmçinin etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb: “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub. Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır.”

Prezident aksiyalarda iştirak edən gənclərin valideynlərinə də xəbərdarlıq edərək, əgər sonradan peşman olmalarını istəmirlərsə, vaxtında övladlarına nəzarət etmələrini məsləhət görüb. Lukaşenko əlavə edib ki, Minskin mərkəzində “yanğın törətmək”cəhdi baş tutmayıb və o, ölkənin parçalanmasına imkan verməyəcək.

Onu da qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini dəqiq hesablayıb dərc etməyə çağırıb.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib. Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar. /AzPolitika.info/

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu