Təhlükəsizlik məqsədilə martın 26-dan etibarən Bolqarıstan və Kefken arasında Qara dəniz sularında gecə saatlarında bütün növ balıq ovu dayandırılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə yaxın günlərdə danışa bilər.
Axar.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Prezident Ərdoğan Putinlə Ukrayna məsələsini müzakirə edib və yaxın günlərdə bu barədə onunla yenidən danışmağı planlaşdırır”, - Kalın bildirib.
Qeyd edək ki, martın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutmuşdu.
Taliban hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.
Axar.az xəbər verir ki, bu barədə Taliban hökuməti məlumat yayıb.
“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, - məlumatda bildirilib.
Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.
Eyni zamanda hökumət ictimai istirahət yerlərini ziyarət edəcək Taliban tərəfdarlarına hərbi geyimdə olmamağı və silah daşımamağı tövsiyə edib.
Rusiya Ukraynaya Koreya ssenarisini tətbiq etməyə və bütün işğal olunmuş əraziləri vahid kvazi-dövlət qurumunda birləşdirməyə çalışacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Budanov deyib.
"Kiyev yaxınlığındakı uğursuzluqlardan və Ukraynanın mərkəzi hökumətini devirmək mümkün olmayandan sonra Putin artıq əsas əməliyyat istiqamətlərini cənub və şərqə doğru dəyişir. Onun Ukrayna üçün Koreya ssenarisini nəzərdən keçirdiyini düşünməyə əsas var. Yəni ölkəmizin işğal altında olmayan və işğal altında olan rayonları arasında xətt tətbiq etməyə çalışacaq. Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir”, - Budanov bildirib.
ABŞ tarixinin ən pis beş prezidentini bir yerə toplasanız, başa düşərsiniz ki, onların heç biri Amerikaya Co Baydenin 15 ayda vurduğu ziyanı vurmayıb.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Bir ildən bir qədər çox müddət ərzində Bayden Amerika arzusunu sözün əsl mənasında öldürə bildi”, - Tramp bildirib.
Ürək-damar xəstəliklərinin yeni potensial müalicə üsulu ortaya çıxıb.
Yaxın günlərdə Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendum keçirilə bilər.
Axar.az xəbər verir ki, bunu qondarma “luqansk xalq respublikası”nın rəhbəri Leonid Paseçnik deyib.
Rusiyanın ən elitar qoşun qruplaşması olan 1-ci tank ordusu Ukraynanın Xarkov və Sum vilayətlərində gedən döyüşlər zamanı bir ay ərzində praktiki olaraq darmadağın edilib.
Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç ötən gün bu haqda danışıb. Onun sözlərinə görə, Rusiya rəhbərliyi indi 1-ci tank ordusunun itkilərinə görə günahkarlar axtarır.
Ukraynalı tanınmış hərbi jurnalist Roman Simbalyuk isə bildirib ki, artıq Rusiyanın Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun (11161 nömrəli hərbi hissə, Moskva ətrafındakı Bakovka rayonunda dislokasiya olunub) komandanı, general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib. Onun Ukraynadakı böyük itkilərə, tank ordusunun praktiki olaraq darmadağın edilməsinə görə vəzifədən azad edildiyi bildirilir.
“Əməliyyatın iflasa uğraması və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməməsi, Ukraynadakı döyüş əməliyyatlarına çağırışçı əsgərlərin cəlb edilməsi, habelə şəxsi heyət və texnika sarıdan nəhəng itkilər səbəbindən 1-ci tank ordusunun komandanı Sergey Kisel vəzifədən azad edilib”, – Simbalyuk Feysbukda yazıb. Onun sözlərinə görə, Kiselin müavini də vəzifəsindən çıxarılıb.
Roman Simbalyuk növbəti postunda 1-ci tank ordusunun yeni komandanını da açıqlayıb. Onun yazdığına görə, həmin qoşun qruplaşmasına xüsusi qəddarlığı ilə tanınan, Suriyada “Qaniçən” adı qazanmış general-mayor Nikolay Tereşenko komandan təyin olunub.
Tereşenko bundan əvvəl Mərkəz Hərbi Dairəsinin qərargah rəisinin müavini olub. Fevral ayında Suriyadan növbəti 6 aylıq ezamiyyətdən qayıdıb. Suriyada əsirləri və qaçqınları güllələdiyinə görə ona “qaniçən general” adı veriblər. Tereşenko öz tabeçiliyində olanlara qarşı da qəddar davranır. General üçün ən başlıcası yuxarı komandanlığın əmrini yerinə yetirməkdir – nəyin bahasına olursa olsun. Bildirilir ki, Suriyada hücum əməliyyatlarının effektivliyini təmin etmək üçün general geri çəkilənləri güllələmək üçün xüsusi dəstələr saxlayırdı. “Görünür bu taktikanı Ukraynadakı hücum fəaliyyətləri zamanı 1-ci tank ordusunda da tətbiq edəcəklər”, – ukraynalı jurnalist yazıb.