Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.

Axar.az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - o deyib.

Bu gün Daşkəndə gedirəm. Ehtiyac yaranar deyə, xarici işlər nazirimiz sizlərə lazımi dəstəyi verməsi üçün burada qalır.

Axar.az xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna heyətlərinə müraciətində deyib.

Prezident Türkiyənin Putin və Zelenskinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Gürcüstana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və gürcü həmkarı David Zalkaliani ilə görüşəcək.

Ukrayna və Rusiya arasında sülh danışıqlarının növbəti raundunu təşkil etdiyinə görə Türkiyəyə minnətdarıq. Ümid edirəm ki, Türkiyə rəhbərliyinin vasitəçiliyi ilə bu danışıqlar Ukraynada sülhün və təhlükəsizliyimizin maraqlarına xidmət edəcək nəticələr verəcək.

Axar.az xəbər verir ki, bunu Kuleba türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra Tvitter hesabında bildirib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer koronavirus testinin cavabının müsbət çıxması səbəbindən Polşaya martın 29-na nəzərdə tutulan səfərini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.

Bildirilib ki, Ştaynmayerin PCR testinin cavabı yenidən müsbət olub.

Prezident Polşaya səfərin ləğvindən dolayı təəssüfləndiyini gizlətməyib.

Qeyd edək ki, martın 22-də Ştaynmayer və onun həyat yoldaşının koronavirusa yoluxması barədə məlumat yayılmışdı.