Vaşinqton Kiyevə müdafiə yardımı göndərməyə davam edəcək.
ABŞ və Rusiya prezidentləri arasında yeni danışıqlardan öncə Ukraynada gərginlik azaldılmalı, Rusiyanın diplomatiyaya sadiqliyi olmalıdır.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Keyt Bedinqfild deyib.
“Biz açıq şəkildə bildirdik ki, prezident (Co Bayden – red.) bu cür əlaqələr yaratmazdan əvvəl Rusiyanın gərginliyi nəzərəçarpacaq dərəcədə azaltması və ondan diplomatiyaya həqiqi, səmimi sadiqlik tələb olunacaq”, - deyə amerikalı rəsmi bildirib.
Ukrayna kriminal aləmi kütləvi şəkildə özünümüdafiə dəstələrinə yazılır.
Ən vacib məsələ münaqişənin ən qısa vaxtda həllidir. Müharibə artıq dayanmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Müharibədən bəri bu, ən məhsuldar görüş oldu. Bu gün Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər” , - o deyib.
Ukrayna Donbas və Krımı hərbi yolla qaytarmaqdan imtina edir.
Axar.az xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.
Ukrayna bir sıra ölkələri təhlükəsizliyin təminatçısı kimi görür.
Axar.az xəbər verir ki, bunu İstanbulda Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
“Təminatçılar arasında ilk növbədə BMT Təhlükəsizlik Şurasının üzvləri olan Böyük Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa, İsrail kimi ölkələri görürük. Rusiya da bu siyahıya daxildir, lakin biz bu barədə ayrıca danışacağıq”, - Araxamiya bildirib.
Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri “xüsusi əməliyyat” zamanı Ukraynanın “luqansk və donetsk xalq respublikalarının” əhalisinə dinc həyat qurmalarında fəal kömək edir:
"Biz “lxr”, “dxr” və təbii ki, Ukrayna əhalisinə fəal şəkildə humanitar yardım göstəririk. Artıq 684 humanitar aksiya həyata keçirilib. 210 yaşayış məntəqəsinə 6079 ton yük çatdırılıb”.
Finlandiyanın “Nokia” şirkəti telefon danışıqlarına qulaq asmaq və elektron məktubları ələ keçirmək üçün sistem qurmaqla Rusiyanın kiber casusluğunda əsas rol oynayıb.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”ın əldə etdiyi məxfi sənədlərdə deyilir.
“Bu ay “Nokia” Rusiyada satışı dayandıracağını bildirdi və Ukraynaya təcavüzü pislədi. Lakin Finlandiya şirkəti geriyə Rusiyanın ən güclü rəqəmsal nəzarət alətini ölkənin ən böyük telekommunikasiya şəbəkəsi ilə birləşdirən aparat və proqram təminatı qoyduğunu demədi”, - məqalədə deyilir.
Rusiyanın əsas kəşfiyyat xidməti olan FTX telefon danışıqlarına qulaq asmaq, e-poçt və mətn mesajlarını ələ keçirmək, digər internet kommunikasiyalarına nəzarət etmək üçün Operativ İstintaq Fəaliyyəti Sistemindən və ya OİFS-dən istifadə edir.
OİFS Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarlarını izləmək üçün istifadə edilib. Alət Navalnının özünün telefon zənglərini dinləyib. “Nokia” beş ildən artıqdır ki, OİFS-i Rusiyanın ən böyük telekommunikasiya operatoru MTS-ə qoşmaq üçün avadanlıq və xidmətlər təqdim edir.
“Nokia” mesajların ələ keçirilməsi üçün texnologiya istehsal etməsə də, əldə edilən sənədlər OİFS sisteminin MTS şəbəkəsinə qoşulmasını planlaşdırmaq, optimallaşdırmaq və problemlərin aradan qaldırılması üçün Rusiyanın dövlət şirkətləri ilə necə işlədiyini təsvir edir. 2008-2017-ci illəri əhatə edən sənədlər “Nokia”nın Rusiyada casus sistemi işlətdiyini göstərir.