Britaniya kəşfiyyatı müharibənin 34-cü günü üçün (29 mart) Ukraynadakı vəziyyəti əks etdirən xəritəni yeniləyib.

Axar.az xəbər verir ki, xəritədə Rusiyanın əsasın Krıma quru sərhədini tam təmin etdiyi, həmçinin şimal istiqamətində bir çox əraziləri götürdüyü, ancaq Mariupol da daxil olmaqla, bəzi istiqamətlərdə ciddi müqavimətin davam etdiyi görünür.

Bu xəritə Rusiyanın Kiyev və Çerniqov vilayətindən geri çəkilmə istəyinin səbəbini anlamağa da yardım edir.

Qeyd edək ki, Rusiya MN Kiyev vilayətində hücumu azaltdıqlarını təsdiqləsə də, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Podolyak az öncə verdiyi açıqlamada hər hansı əhəmiyyətli azalma olmadığını, rus qüvvələrinin Kiyev istiqamətində əsas qüvvələrinin yerində qaldığını açıqlayıb. Britaniya kəşfiyyatı da rus ordusunun tam geri çəkildiyini təsdiqləməyib. Bu baxımdan hücumların məhdudlaşdırılmasının müharibə manevri ola bilməsi ehtimalı da gündəmə gəlib.

Ukrayna alaylarının səpələnmiş qrupları Mariupolun müəyyən ərazilərində ola bilər, şəhərdə təmizlik işləri aparılır.

Axar.az xəbər verir ki, bunu qondarma “dxr”in başçısı Denis Puşilin deyib.

Onun sözlərinə görə, Ukrayna alaylarının əsas toplandığı yer “Azovstal” zavodu ərazisidir:

“Onların qısa müddətdə məhv edilməsi istiqamətində işlər görülür. Vaxt yoxdur, insanlara yardım etmək, bütün istiqamətlərdə dəstək göstərmək lazımdır”.

Rusiya ordusu “İsgəndər” ballistik raket sistemi ilə Kamenka və Dontesk yaşayış məntəqələrində Ukrayna ordusuna məxsus 2 raket və artilleriya sursat anbarını vurub.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, 3 ədəd çoxlüləli reaktiv yaylım atəş sistemi, 2 haubitsa və 49 Ukrayna ordusuna məxsus maşının olduğu ərazi məhv edilib.

Biz Qərbin təməlində dayanan iyrənc və qəbuledilməz siyasətini ifşa edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz deyirik ki, bu, Ukraynaya, orada baş verənlərə görə deyil, sadəcə olaraq Rusiyaya nifrət etdikləri üçün yeni qlobal düzəndə Rusiyanın müstəqil siyasəti və müstəqil qütbünə yer olduğuna inanmırlar”, - Ryabkov qeyd edib.

Avropa Komissiyası bunun baş verməyəcəyinə ümid edərək AB ölkələrinə qaz tədarükünü dayandırmaq imkanına hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib.

“Biz Avropa Komissiyası olaraq bir müddətdir ki, yarana biləcək, lakin reallaşmayacağına ümid etdiyimiz hər hansı potensial vəziyyətə hazırlaşırıq. Hökumətlər buna hazırlaşır. Biz istənilən belə hallara hazırıq, təbii ki, hər kəsin bu cür vəziyyətə hazır olmasını təmin etmək üçün AB ölkələri ilə sıx əməkdaşlıq edəcəyik”, - vitse-prezident qeyd edib.

Britaniya hakimiyyəti qondarma “dxr” və “lxr”ə sanksiyalar tətbiq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq layihə bu gün ölkə parlamentinə təqdim olunacaq:

“Parlamentə təqdim edilən yeni qanun layihəsi çərçivəsində Krıma qarşı sanksiyalar Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinə də şamil ediləcək”.

Qeyd olunur ki, yeni sanksiyalar Rusiyadan olan oliqarxların şəxsi təyyarələri və yaxtalarının texniki baxışına da təsir edəcək.

Çeçenistanın rəhbəri Ramzan Kadırov 14 yaşlı oğlu Adamı və bir neçə başqa ailə üzvünü Rusiya-Ukrayna müharibəsinin ən şiddətli bölgələrindən biri olan Mariupola aparıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Kadırov oğlunun silah yoldaşlarımızın nailiyyətləri haqqında birbaşa məlumat əldə etməsini istədiyini bildirib.