ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımla bağlı Vaşinqtonla Moskvanın birbaşa qarşıdurmasına səbəb olacaq qərar qəbul etmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Keyt Bedinqfild deyib.
“Prezident Ukraynaya nə isə göndərməyə qərar verəndə iki məqamı diqqətə alır: birincisi, yardımın Ukrayna silahlı qüvvələri üçün effektiv və faydalı olub-olmamasını dəyərləndirir, ikincisi, Amerika və Rusiya silahlı qüvvələlərinin birbaşa toqquşmasından yayınmasına çalışır”, - deyə diplomat bildirib.
Terror dalğasına son qoymaq üçün baş vurulan hər yol qanunidir.
Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Benni Qantz deyib.
“Bu terrorizmə son qoymaq üçün istifadə edilən hər yol qanunidir və uyğun hesab etdiyimiz bütün vasitələrdən istifadə edəcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, son bir neçə gündə İsraildə ardıcıl terror hücumları törədilib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nu ölkəsinə sülhməramlı missiya göndərmək istəmədiyinə görə qınayıb.
Axar.az xəbər verir ki, Kuleba müharibənin başa çatması ilə bağlı bütün təşəbbüsləri dəstəklədiklərini söyləyib.
“Gördüyümüz kimi, NATO bu addıma hazır deyil. Problem bizdə deyil, qarşı tərəfdədir”, - Kuleba qeyd edib.
Martın 31-dən Rusiyanın müvafiq departamentlərinin razılığı olmadan kritik infrastrukturlar üçün xarici proqram təminatının alınması qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Qadağanın müddəti 2025-ci ilə kimi təyin edilib.
Aprelin 1-də 108 yaşı tamam olacaq Böyük Britaniya sakini uzunömürlü olmasının sirrini açıqlayıb.