Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Hesab edirik ki, onlar plan və strategiyalarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət olduqca ağır olaraq qalır. Xüsuslə humanitar vəziyyət çox pisdir”, - Yermak bildirib.

Onun sözlərinə görə, ən pis humanitar vəziyyət Mariupol şəhərindədir:

“Orada insanlar acından, susuzluqdan ölürlər, amma ruslar onlara şəhərdən çıxmağa icazə vermirlər”.

Rusiya və Belarus Litva hökumətinin hazırladığı düşmən dövlətlərin siyahısına daxil edilib.

Axar.az xəbər verir ki, bu barədə Litva hökuməti məlumat yayıb.

Məlumata görə, Litva bu dövlətlərə məxsus şirkətləri dövlət satınalmaları tenderlərindən kənarlaşdıra və ya onlarla artıq bağlanmış müqavilələrə xitam verə biləcək.

Qeyd edək ki, Litva hökumətinin təsdiqlədiyi düşmən dövlətlər və ərazilər siyahısına Rusiya, Belarus, Rusiya tərəfindən işğal olunmuş Ukrayna Krımı, Moldova hökumətinin nəzarətində olmayan Dnestryanı ərazi, Gürcüstan hökumətinin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya əraziləri daxildir.

Müharibə başlayandan indiyədək Ukraynada rus ordusunun bombardmanları və atəşi nəticəsində 797 təhsil müəssisəsi zərər görüb, onlardan 76-sı tamamilə dağıdılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Müharibə başlayandan bəri Ukraynada 380-dən çox uşaq əziyyət çəkib. Onlardan 148-i ölüb, 232-si yaralanıb”, - məlumatda bildirilib.

İsrail vətəndaşlarına səslənirəm: Kimin sənədli silahı varsa, üzərində gəzdirsin.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett son günlər artan terror hücumları ilə bağlı müraciətində deyib.

O, İsrailin yeni bir terror dalğası ilə üzləşdiyini bildirib:

“İsrail vətəndaşları, hazırda qanlı terror dalğası ilə üzləşmişik və öncəki kimi buna da birlikdə qalib gələcəyik”.

Qeyd edək ki, son bir həftədə İsraildə ardıcıl silahlı terror aktları törədilib.

Ukraynanın beynəlxalq təhlükəsizliyinə təminat haqqında saziş üzrə referendum yalnız Rusiya qoşunları Ukraynadan çıxarıldıqdan sonra keçirilə bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.

“Ən əsası odur ki, biz praqmatikaya keçdik - bu, əsas məqamdır. Ukraynanın ölkəyə kömək lazım olanda yanında olacaq müttəfiqləri olmalıdır”, - müşavir söyləyib.

O xatırladıb ki, Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı hüquqi cəhətdən təsbit edilmiş sazişin bağlanması təklif olunur, bu sazişdə beynəlxalq hüquqi öhdəliklər götürəcək qarant ölkələr göstəriləcək.

Rusiya Dneprə raket hücumu həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Dnepr şəhərinin meri Boris Filatov Feysbuk hesabında yazıb.

Əlavə şərh verməyəcəyini bildirən Filatov hərbi idarədən rəsmi məlumat gözlədiklərini söyləyib.

Əfqanıstanın yeni hökumətinin ilk diplomatı Rusiyada akkreditə olunub.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Keçən ay yeni səlahiyyətlilər tərəfindən göndərilən ilk əfqan diplomatı Moskvaya gəldi və bizim nazirlikdə akkreditasiya aldı”, - Lavrov bildirib.

Kreml rəhbəri öz pullarını heç vaxt müstəqil və tanınmış insanlara etibar etmir.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçi Vladsilav İzonemtsev Qərbin Putinin xarici yurisdiksiyalarda olan hesablarını bloklamaq ehtimalından danışarkən deyib.

O bildirib ki, ictimaiyyətə tanış olmayan şəxslərin Putinin vəsaitlərini saxlaması mümkündür.

İqtisadçı geniş dairələrdə tanınmayan violençel ifaçısı Sergey Roldiqini (Panama sənədlərində adı hallanır – red.) buna misal gətirib:

“Onlar oliqarx deyillər. Onlar haqqında heç nə bilmirik. Roldiqin kimi... Onlar bəlkə də hansısa təsadüfi informasiya sızması nəticəsində üzə çıxacaq. Qərb dəfələrlə Putinin pullarının axtarışına cəhd etsə də, buna nail olmayıb”.