Britaniya rəhbərliyi daha 14 rusiyalı məmuru sanksiya siyahısına əlavə edib.

Axar.az xəbər verir ki, sanksiyaya məruz qalan adlar arasında RT kanalı və onun baş direktoru Aleksey Nikolov, Rusiya Televiziya və Radio Şəbəkəsinin aparıcısı Sergey Brilev, “Sputnik”in baş redaktor müavini Anton Anisimov və Rusiya media qurumlarının digər yüksək vəzifəli şəxsləri də var.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev də “Mariupolun mühasirəsinin və bombalanmasının planlaşdırılması və icrasına cavabdeh olduğu” əsası ilə siyahıya daxil edilib.

RT kanalının baş redaktoru Marqarita Simonyan Britaniya sanksiyalarını agentliyə qarşı təhqir kimi qəbul etdiyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ancaq razılaşma mətni işləndikdən sonra görüşə bilərlər. Bunun isə dəqiq vaxt çərçivəsi yoxdur.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz əvvəllər demişdik ki, yüksək səviyyəli görüşdən əvvəl müqavilənin mətni üzərində iş yekunlaşdırılmalı, bu mətn rəsmilər tərəfindən təsdiq olunmalıdır. Yalnız bundan sonra zirvə toplantısı haqqında danışmaq olar”, - Peskov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın dövlət başçısı bu gün eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

"Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetiriblər. Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqləyiblər", - Kremldən bildirilib.

Tərəflər gələcək təmaslar barədə razılığa gəliblər.

Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kuleba növbəti görüş ideyasını dəstəkləyiblər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Dmitri Kuleba və Sergey Lavrov bizə dedilər ki, görüşə hazırdırlar. Yaxın günlərdə və ya iki həftə ərzində ən azı Ukrayna və Rusiyanın xarici işlər nazirləri səviyyəsində görüş baş tuta bilər”, - türkiyəli nazir bildirib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə daha ​​əhəmiyyətli məsələlərin ən yüksək səviyyələrdə müzakirə ediləcəyi barədə razılıq əldə olunub.

"Nümayəndə heyətlərinin texniki danışıqları davam etdiriləcək. Bununla yanaşı, xarici işlər nazirləri arasında görüş keçiriləcək və razılıq əldə olunarsa, bunu təsdiq edəcəklər. Növbəti mərhələdə iki ölkə liderlərinin görüşü olacaq. İndi biz xarici işlər nazirlərinin görüşünün baş tutması üçün lazımi səyləri edirik. Dünən biz Kuleba və Lavrova bu məsələ ilə bağlı təkliflərimizi çatdırdıq və səlahiyyətimiz daxilində hər şeyi etməyə hazırıq. Lavrov Çində idi və Hindistana gedəcəyini açıqladı. Kuleba da Qərbdədir və görüşə hazırdır”.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yeni imkanlar yaranıb.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ermənistandan Azərbaycanın sülh təklifinə bir ildən artıqdır müsbət reaksiya verilməyib. Bir ay bundan əvvəl də biz təkliflər vermişik. Azərbaycan tərəfi bununla bağlı da cavab gözləməkdədir“, - o vurğulayıb.

Müharibənin 36-cı günü üçün Rusiya Ukraynanın itkilərini yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-nin sözçüsü, general-mayor İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 124 təyyarə və 77 helikopter, 216 zenit-raket kompleksi, 341 pilotsuz uçuş aparatı, 1815 tank və digər zirehli döyüş texnikası, 195 reaktiv yaylım atəş sistemi, 762 səhra artilleriyası və minaatan, 1689 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, - Konaşenkov bildirib.

Ukrayna Silahlı Qüvvələri Donbasda düşmənin texnikası və kadırovçuların qərargahına zərbələr enidiriblər.

Axar.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, şərq regionlarında ukraynalı döyüşçülər düşmənə ciddi müqavimət göstərir və möhtəşəm cavab zərbələri endirir.

Ukrayna XİN rəhbəri Dmitri Kuleba fransız həmkarı Jan İv Lö Drianla telefonla danışıb.

Axar.az xəbər verir ki, tərəflər AB-nin Rusiyaya beşinci sanksiya paketini müzakirə ediblər.

Kuleba qeyd edib ki, Rusiyanın hücumları davam edir, buna görə də sanksiyalar daha da gücləndirilməlidir.

Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etmək istəyirik. Bakı buna qarşı deyil.

Axar.az xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu “A Haber” kanalında qatıldığı proqramda açıqlamaları zamanı deyib.