Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus Mi-8 helikopterini, biri “Bayraqdar” olmaqla, 8 pilotsuz təyyarəsini vurub.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
Konaşenkov bildirib ki, Mi-8 helikopteri Lyubimovka kəndi yaxınlığında, “Bayraqdar” və 8 pilotsuz uçuş aparatı isə Lisiçansk, Donetsk, Çerniqov, Korosun, Novomixaylovskoe rayonlarında vurulub.
Quruda və dənizdə neft yataqlarında həyata keçirilən səmərəli tədbirlər, yeni neft quyularının və qurğularının yenidən qurulması və müasirləşdirilməsi ilə ölkənin hazırkı neft hasilat imkanlarının sutkada 3 milyon 800 min barrelə çatdığının şahidi oluruq.
Axar.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci deyib.
Rusiyanın Belqorod vilayətində yerləşən neft anbarında güclü yanğın başlayıb.
Yunanıstanda bir sıra mağazalar şəbəkəsinin rəflərindən günəbaxan yağı tədricən yoxa çıxır - bəzi supermarketlərdə yalnız bahalı brendlər qalıb, bəzilərində satış məhduddur, ən böyük mağazalar şəbəkəsində isə bitki yağı ilə bağlı problemin olmadığı bildirilir.
Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrin təbii qaza ödənişlərinin yeni proseduru ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz belə ölkələrdən (dost olmayan – red) olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər sabahdan - bu ilin aprelin 1-dən başlayaraq bu hesablar üzərindən aparılmalıdır”, - V.Putin bildirib.
O əlavə edib ki, bu qaydalardan imtina edilməsi öhdəliyi icra etməməsi kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq.
ABŞ-da "Pfizer/BioNTech" və "Moderna" peyvəndlərin ikinci gücləndirici dozası təsdiqlədikdən sonra ölkə prezidenti Co Bayden kameralar qarşısında peyvənd olunub.
Rusiya ordusu qoşunların bir hissəsini Donetsk və Luqansk vilayətlərinin ərazilərinə köçürür və səylərini bu istiqamət üzərində tam nəzarətin yaradılmasına yönəldir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Düşmənin əsas səyləri işğal olunmuş ərazilərin saxlanmasına, müəyyən istiqamətlərdə hücum əməliyyatlarının bərpasına hazırlığa və Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarətin yaradılmasına yönəlib. Rusiya Şərq əməliyyat zonasında hücum həyata keçirmək üçün silahlı qüvvələrinin yenidən qruplaşdırılması üçün tədbirlər görür. Düşmənin qoşun və texnikasının bir hissəsinin dəmir yolu ilə Belarus ərazisindən Rusiya ərazisinə keçirilməsi qeydə alınıb”, - məlumatda deyilir.
Baş Qərargah əlavə edib ki, Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və logistika infrastrukturuna raketlərdən zərbə endirməsi təhlükəsi qalmaqdadır.
“Poleyskie istiqamətində rus ordusunun əsas səyləri bölmələrin Ukrayna ərazisindən çıxarılmasına, döyüş qabiliyyətinin bərpasına və yəqin ki, başqa istiqamətlərə keçirilməsinə yönəlib. O cümlədən, düşmən 35-ci, 36-cı əlahiddə ümumqoşun ordusunun bölmələrini və hava desant qoşunlarının 76-cı hava desant hücum diviziyasını Poleyski əməliyyat zonasından hərəkətə gətirir”.
Rusiya hərbçiləri Dnepropetrovsk vilayətindəki hərbi obyektə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin regional hərbi administrasiyanın rəhbəri Valentin Rezniçenko Teleqram hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, raket zərbələri nəticəsində inzibati bina və yanacaq anbarı dağılıb, iki nəfər ölüb, beş nəfər isə yaralanıb.
Rezniçenko bildirib ki, hazırda xilasetmə işləri və yanğının söndürülməsi davam edir.
Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində, Ukraynanın Avropa Birliyi məsələsində çox israrlı olacağını düşünmürəm.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Çünki bu prosesdə bəziləri xaricində Avropa Birliyinə üzv olan dövlətlər də bu işə ciddi yapışmayıblar. Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa Birliyinə daxil olmasına müsbət münasibətini öyrəndim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı ondan bunu eşitmək, bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək.
Bilirsiniz, 1963-cü ildən bəri Avropa İttifaqı bizə nə etdi? Davamlı şəkildə yayındırdı, hələ də başımızı qatırlar. Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından qarant ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin təbii ki, bunun təfərrüatına aydınlıq gətirilməlidir”, - Ərdoğan bildirib.
Rusiya hökuməti dünyada günəbaxan yağına olan kəskin tələbatı və bahalaşmanın nəticəsi olaraq Rusiya məhsuluna olan tələbatın artması səbəbindən müvəqqəti olaraq Rusiyada istehsal edilən günəbaxan tumu və yağının eksportuna qadağa qoyub.
Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı nazirliyi aprelin 1-dən ölkə xaricinə günəbaxan tumu və rapsanın ixracını müvəqqəti olaraq dayandırır.
"Müvəqqəti qadağa 1 apreldən 31 avqusta kimi davam edəcək", - deyə məlumatda bildirilir.
Eləcə də hökumət buraxılış məntəqələsində sıravi vətəndaşların yükü arasında da bu məhsulların aparılmasına məhdudiyyətlər qoyulmasını təklif edib.
Qeyd edək ki, Rusiya Milli Dumasının üzvləri və bir neçə iqtisadçı Rusiya istehsalı olan taxıl, şəkər tozu, neft, kömür, metal, ərzaq, xammal və s. eksportunun rus rublu ilə aparılmasını irəli sürüblər.