Bu günün prizmasından baxdığımız zaman 2016-cı il aprel döyüşlərini 44 günlük müharibədən sonra qazandığımız böyük zəfərin ilk müjdəçisi, başlanğıcı adlandırmaq olar.
Bu sözləri Axar.az-a 2016-cı il aprel döyüşlərinin əhəmiyyətini şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın həmin döyüşlərdə azad etdiyi mövqelərin və qazandığı qələbənin 44 günlük müharibənin də böyük zəfərlə nəticələnməsində xüsusi önəmi var:
“Döyüşlər zamanı Azərbaycan Ermənistana ilk dəfə idarəolunan sursatlardan və pilotsuz aviasiyadan tam şəkildə istifadə, hədəflərə nöqtə atışları ilə cavab verdi. Əslində həmin döyüşlər rəsmi İrəvana xəbərdarlıq idi. Lakin onlar nə hərbi ritorikadan, nə də əməllərindən əl çəkdilər. Azərbaycan Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Suqovuşan istiqamətində bəzi mövqeləri işğaldan azad edərək əlverişli mövqelər əldə etdi. Həmin mövqelərin azad edilməsi cənub istiqamətində Füzuli-Cəbrayıl, şimal istiqamətində isə Suqovuşan-Ağdərə yolunun Azərbaycanın atəş nəzarətinə keçməsi ilə nəticələndi. 44 günlük Vətən müharibəsinin başlanğıcında düşmənə ilk əks-hücum zərbələrinin məhz Talış və Lələtəpə yüksəkliyindən endirilməsi 2016-cı il aprel döyüşlərinin, eyni zamanda sözügedən yüksəkliklərin azad edilməsinin önəmini bir daha gözlər önünə sərir”.
Hər kəsin öz qohumu var. İstər yaxın, istər uzaq qohum olsun, qohumlardan qaçmaq mümkün deyil.
Axar.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində Xarici İşlər Nazirliyində kadr siyasəti zamanı məmur övladlarının vəzifəyə gətirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Azərbaycan 10 milyon əhalisi olan balaca ölkədir. Biz vaxtilə Xarici İşlər Nazirliyinə kadrları imtahan vasitəsilə işə götürürdük. Xeyli yaxşı kadr var. Amma yaxşı bilirsiniz ki, Azərbaycanda qohumluqdan qaçmaq mümkün olmur”.
Azərbaycan diplomatiyasının uğurları barədə danışan sabiq nazir qeyd edib ki, məqsədləri dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın bir hissəsi olmasını çatdırmaq idi:
“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra Azərbaycan diplomatiyasının əsas məqsədi beynəlxalq ictimaiyyət, təşkilatlarla ikitərəfli əlaqələr yaratmaq olub. Biz buna nail ola bildik və heç kimdə Qarabağın Azərbaycanın bir hissəsi olduğu ilə bağlı hansısa şübhənin yaranmasına imkan vermədik. Bütün bunlar özünü 44 günlük Vətən müharibəsində göstərdi. Fransa Senatı Azərbaycanın əleyhinə qətnamə qəbul etsə də, hökumət tam şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirdi.
Öz işimi və diplomatların fəaliyyətini qiymətləndirməyimi istəyirsinizsə, deyim ki, nöqsanlar hər yerdə var. Nöqsanlar olmadan işləmək olmur. Amma azərbaycanlı diplomatlar yaxşı işləyiblər ki, müharibə başlayanda heç bir ölkədə Azərbaycanın öz torpaqlarını azad etməsinə dair heç bir sual yaranmadı”.
Rusiya Suriyadan 16 min muzdlu əsgəri Ukraynaya qarşı müharibəyə cəlb etmək niyyətindədir.
İnanmıram ki, Ərdoğandan başqa bu məsələyə bu qədər şəxsi vaxt və səy sərf etməyə hazır lider olsun.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa çıxış edib.
“Biz Türkiyədən Türkiyənin milli maraqlarına zidd heç nə gözləmirik, azad, dinc və firavan Ukrayna Türkiyənin milli maraqlarına uyğun olardı. Türkiyəni sevməyimizin bir çox səbəbi var. Düşünürəm ki, dostluğumuzu çox firavan və uğurlu gələcək gözləyir”, - Kislitsa bildirib.
Sosial şəbəkələrdə Rusiyanın Belqorod şəhərindəki neft bazasının vurulma anını əks etdirən video yerləşdirilib.
Axar.az xəbər verir ki, görüntülər Rusiya Teleqram kanallarında paylaşılıb.
Qeyd edək ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov iki Ukrayna helikopterinin alçaq hündürlükdən uçaraq Rusiya ərazisinə daxil olduqlarını və neft bazasını atəşə tutduqlarını bildirmişdi.
Erməni KİV-i ölkənin Baş naziri Nikol Paşinyanın hökumətin iclasındakı çıxışını tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“O, ruslardan şikayətlənib, deyib ki, Qərb də öz öhdəliklərini yerinə yetirmir və ümumiyyətlə etinasızdır. Paşinyan Ermənistan vətəndaşlarına aydın şəkildə bildirib ki, müharibədən qaçmaq üçün yalnız bir yol var – bütün şərtləri yerinə yetirməklə Azərbaycana təslim olmaq, həmçinin alçaldıcı sülh müqaviləsini imzalamaq”, - deyə qəzet bildirir.