Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin penitensiar sistemdən şikayətini baxılan işlərin siyahısından çıxarıb.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə nazirinin müavini Beka Dzamaşvili keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, məhkəmənin rəyinə əsasən, insan hüquqlarının müdafiəsi baxımından şikayətə baxılmanı tələb edən xüsusi hal yoxdur:
“Bu qərar bir daha təsdiqləyir ki, penitensiar müəssisədə Mixeil Saakaşvili ilə rəftar və onun müalicəsi Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara tam uyğundur, onun hüquq və maraqları tam qorunur”.
Qeyd edək ki, M.Saakaşvili Avropa İnsan Hüquqları Məhkəməsinə etdiyi şikayətdə penitensiar müəssisədə onunla pis rəftar edildiyini və düzgün müalicə olunmadığını iddia edirdi.
Xatırladaq ki, sabiq dövlət başçısı ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tiflisdə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.
Biz atəşkəs və davamlı sülhə qədər humanitar məsələlər üçün də səy göstərmişik.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Xüsusilə humanitar dəhlizlərin açılması ilə bağlı. Ən çox çətinlik çəkdiyimiz Mariupol idi. Ona görə dünənki sükutu alqışlayırıq.
Bu sükutdan sonra vətəndaşlarımızın çıxması daha asan oldu. Əslində, zaman ərzində bəzi vətəndaşlarımız Beynəlxalq Qızıl Xaç və Qızıl Ayparanın avtobusları ilə oradan çıxıblar. Hətta öz maşınları ilə bu karvanlara qoşulan vətəndaşlarımız da olub", - Çavuşoğlu bildirib.
Danışıqları videokonfrans üsulu ilə davam etdiririk. Krım və Donbasla bağlı mövqeyimiz dəyişməyib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna ilə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Amerikalı rəssam Zhenya Gershmanın fotojurnalist Volfqanq Şvanın Ukraynanın Xarkov şəhərində çəkdiyi, müharibənin simvoluna çevrilən fotonu əks etdirdiyi yağlı boya tablosu 100 min dollara satılıb.
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç aprelin 4-5-də Azərbaycana işgüzar səfər edəcək.
Axar.az quruma istinadən xəbər verir ki, səfər çərçivəsində Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illərdə fəaliyyət planı hökumətə təqdim ediləcək.
18:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, liderlər regionda son prosesləri müzakirə ediblər.
Müzakirə zamanı Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Putin isə İstanbulda nümayəndə heyətlərinin görüşünün təşkilinə görə Ərdoğana təşəkkürünü bildirib.
Ukrayna Polşanın təklif etdiyi sülh təşəbbüslərini alqışlayır, lakin münaqişə dondurulmamalıdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“İstənilən ssenari üçün masada fərqli həllərimiz olmalıdır. Ona görə də təbii ki, Polşa hökumətindən gələn təşəbbüslər faydalıdır. Çünki Polşa NATO-nun üzvüdür və Alyansda müəyyən təşəbbüsləri işıqlandırmaq imkanı var. Amma indi bu və ya digər ölkədə səslənən istənilən təşəbbüsə bir xəbərdarlıq edirik: bu təşəbbüslər münaqişəni dondurmamalıdır. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Rusiya fevralın 23-də tutduğu mövqelərə qayıtmalıdır və müvafiq olaraq, mövcud status-kvoya kömək edəcək heç bir təşəbbüs Ukraynanın maraqlarına cavab vermir”, - Kuleba bildirib.
ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
Bildirilib ki, KXDR-in raket sənayesi ilə əlaqəsi olan 5 şirkətin adına sanksiya siyahısına əlavə edilib.
Ukrayna helikopterlərinin Rusiya ərazisindəki Belqorod şəhərinə zərbələr endirməsi barədə hələlik Ukrayna tərəfindən rəsmən təsdiqlənməmiş məlumat müharibənin tam fərqli formatda davam etdiriləcəyini göstərir. Əgər Rusiya ən qısa müddətdə yeni ehtiyatlarının qruplaşmasını keçirib döyüş əməliyyatları zonasına daxil etməsə, Ukrayna ələ keçirdiyi təşəbbüsdən ruhlanaraq daha geniş miqyasda ərazilərini Rusiya işğalçılarından azad etməyə nail olacaq.
Bu fikirləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
“Rusiya müharibəni ilk həftədən uduzmağa başladı, çünki planlaşdırılan 4 günlük əməliyyatla Kiyev və bir çox vilayət mərkəzinin işğal planı iflasa uğramışdı. 4 günə paytaxtı ələ keçirməyi planlaşdıran Rusiya 37-ci gündə qoşunlarını geri çəkməyə məcbur olub. Artıq rus ordusunun həm mənəvi, həm fiziki cəhətdən yorğunluğunu görürük. Rusiya qoşunları hazırki vəziyyətdə demək olar ki, təşəbbüsü tam əldən verib”, - ekspert bildirib.
Ukrayna qoşunlarının müdafiədən hücuma keçərək demək olar ki, bütün istiqamətlər boyunca taktiki və strateji üstünlüyü əldə etməyə başladığını deyən ekspert onu da əlavə edib ki, tək istisna Mariopul şəhəridir:
“Onun da Rusiya tərəfindən mühasirəsi hələ də davam edir. Digər istiqamətlərdən üstünlük isə tam olaraq Ukrayna tərəfindədir”.