Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə R.Metsola 3 məsələnin təminatı ilə bağlı Ukrayna liderinə söz verib.

Metsola Avropa Birliyinin (AB) Rusiyaya sanksiyalarının davam edəcəyini, AB-yə üzvlük üçün müraciət edən Ukraynanı bu prosesdə dəstəkləyəcəklərini və AB ölkələrinə qaçmaq məcburiyyətində qalan ukraynalılara evlərinə qayıdana qədər yardımların davam etdirəcəklərini bildirib.

Belqoroda raket zərbələrinin endirilməsini əks etdirən videoya baxmışam. Onların Ukrayna helikopterlərinin olub-olmamasını müəyyən etmək üçün videonun keyfiyyəti yetərsizdir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərindəki neft bazasının Ukrayna helikopterləri tərəfindən vurulduğunu bildirsə də, Ukrayna SQ hələlik hər hansı açıqlama verməyib.

Britaniya xarici işlər naziri Liz Trassla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Trass Tvitter hesabında məlumat verib.

XİN başçısı qeyd edib ki, Böyük Britaniya və ABŞ Rusiyaya Ukraynaya təcavüzünə görə təzyiqləri davam etdirmək barədə razılığa gəliblər:

“Biz razıyıq ki, Rusiyaya təzyiqlər davam etməlidir və birlikdə Rusiya enerjisindən asılılığı aradan qaldıracağıq”.

O əlavə edib ki, Britaniya və müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Rusiya Prezidenti Vladimir Putin öz hərbi strategiyasına daha real münasibət göstərməyə başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Düşünürəm ki, o, daha realist yanaşır. Çünki Rusiya qoşunlarının Ukraynanın şimalından özbaşına çıxarılmasını təsəvvür edə bilmirəm. Əgər bu manevrləri insan dilinə çevirsək, bu o anlama gəlir ki, rusların Ukraynaya 3 istiqamətdə hücum etməyə gücü yoxdur. Ona görə də qüvvələri digər istiqamətə toplayır ki, ordunu həmin rayonda (Donbas bölgəsində - red.) gücləndirsin”, - deyə XİN rəhbəri bildirib.

İnsanların öz şəhərlərinə qayıtmasından söhbət getmir. Bu, həqiqətən çox təhlükəlidir. Biz dayanmırıq, Kiyev vilayətinin sakinləri üçün 7/24 işləyirik. Bir az gözləmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Kiyev vilayətinin Humanitar Qərargahının rəhbəri Aleksey Kuleba bildirib.

“Vurğulamaq istəyirəm ki, istənilən iş yalnız hərbi qulluqçular tərəfindən işğaldan azad edilmiş ərazilərin - yollar, körpülər və digər infrastruktur obyektlərin tam təmizlənməsindən sonra mümkündür”, - Qərargah rəhbəri qeyd edib.

Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayətindən Donbasa çəkildiyi haqda məlumatlar yayılıb.