ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində atışma baş verib.
Axar.az xəbər verir ki, naməlum şəxs öz avtomobilindən "El Santo" restoranının qarşısında gözləyən kütləyə odlu silahla atəş açıb.
Hücumda ən azı 6 nəfərin öldüyü bildirilib.
Hələlik rəsmi açıqlama verilməyib.
Buça şəhərində törədilən qətliamlara görə G7 ölkələrindən Rusiyaya qarşı yeni sərt sanksiyalar tələb edirik.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Tviter hesabında paylaşım edib.
"Buçadakı qətliamlar qəsdən törədilib. Rusiya hərbçiləri mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Biz onları dayandırmalı və qovmalıyıq. Mən G7-dən dərhal yeni sanksiyalar tələb edirəm", - Kuleba yazıb.
Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham edib.
Axar.az xəbər verir ki, Kaçinski bu barədə Almaniyanın "Die Velt" qəzetinə müsahibəsində deyib.
"Almaniya hökuməti illərdir Rusiyanın nələr etdiyini anlamaq istəmədi. Bunun nəticəsini də bu gün görürük. Almaniya Ukraynanı lazım olan silahlarla təmin etmir və Rusiya neftinin idxalına embarqo qoymur", - Kaçinski bildirib.
Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamiya hesab edir ki, qarşı tərəf ümumilikdə Kiyevin təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
"İstanbulda mövqeyimizi açıqladıq. Prinsipcə, Rusiya Federasiyası artıq öz rəsmi cavabını verib, o da bundan ibarətdir ki, Krım məsələsi istisna olmaqla bizim təklif etdiyimiz bu mövqeyi qəbul edirlər. Kuleba bildirdi ki, hələ rəsmi təsdiq yoxdur. O, bunun yazılı şəkildə olmasını gözləyir”, - Araxamiya deyib.
Deputat vurğulayıb ki, Rusiya Ukraynanın təkliflərinə şifahi razılıq verib: “İndi tərəflər müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməsi üzərində işləyəcəklər”.
Araxamiya qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.
Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə, potensial qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır.
Türkiyədə bundan əvvəl keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti Krımın statusu ilə bağlı 15 il danışıqlar aparmağı təklifini irəli sürüb. Kreml tezliklə məsələnin müzakirəsini rədd edib.
Kiçik bir oğurluq ali məhkəmənin hakiminin karyerasını bitirib.
Ukrayna neytral və nüvəsiz status məsələsində daha real mövqe göstərir.
Axar.az xəbər verir ki, bunu Ukrayna ilə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
“Ukrayna tərəfi neytral və qeyri-nüvə statusu ilə bağlı məsələlərə münasibətdə daha real yanaşır, lakin razılaşma layihəsi təqdim olunmağa hazır deyil”, - Medinski bildirib.
Şimali Atlantika Alyansına (NATO) üzv olan böyük dövlətlərin, lazım gələrsə, effektiv dəstək üçün onun ətrafında təşkilatlanması Ukrayna üçün vacibdir.
Axar.az xəbər verir ki, bunu Rusiya ilə danışıqlardakı Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
“Biz öz NATO-muzu yaratmaq istəyirik. Təcavüz zamanı ən böyük və effektiv NATO ölkələrinin dəstək verməsi bizim üçün vacibdir. Türkiyə çox önəmlidir, Avropanın ən böyük NATO ordusudur. ABŞ və Böyük Britaniya da önəmlidir. İndi çox aktiv məsləhətləşmələr gedir. Artıq rəsmi şəkildə bəyan edilib ki, NATO-ya üzv olan üç dövlət məhz mənim təsvir etdiyim formatda zəmanət verməyə hazırdır. Bu, əslində NATO-nun 5-ci maddəsidir, lakin 72 saat ərzində daha sərt aktivləşdirmə mexanizmi ilə onlar məsləhətləşməli və yardım göstərməlidirlər”, - Araxamiya qeyd edib.
ABŞ-ı Rusiya və Çin deyil, daxili siyasəti təhdid edir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Bizə ən böyük təhdid silahdan deyil, xəstə və radikal siyasətçilərdən gəlir. Onlar bilərəkdən, ya bilməyərəkdən ölkəmizi məhv etmək istəyirlər. Bu, Rusiya və Çindən də böyük təhlükədir”, - Tramp bildirib.
Qərbin maliyyə və bank sektoruna qarşı sanksiyaları kontekstində Belarus Rusiya ilə ticarətdə hesablaşmalarda problem yaşamır.
Axar.az xəbər verir ki, bunu Belarus Baş naziri Roman Qolovçenko bildirib.
“Biz Rusiyanın maliyyə mesajlaşma sisteminə çoxdan qoşulmuşuq, o, SWIFT-in birbaşa analoqudur. Ona görə də biz rusiyalı tərəfdaşlarla hesablaşmalarda heç bir problem yaşamırıq”, - Baş nazir qeyd edib.