Prezident Vladimir Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransanın sabiq prezidenti Nikola Sarkozini Buçaya səfər etməyə və 14 ildə Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edib.

Ardını oxu...

Çexiya Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin qətlinə görə məsuliyyət daşıyanların mühakimə olunması üçün beynəlxalq tribunalın yaradılmasına çağırıb.

Axar.az xəbər verir ki, sənədin mətni dövlət saytında yerləşdirilib.

"Respublika Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin öldürülməsini müharibə cinayəti kimi pisləyir və bunun beynəlxalq məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inanır”, - sənəddə deyilir.

Rusiya Buçada baş verən hadisələr fonunda 4 aprel tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb.

Qeyd edək ki, Kiyev vilayəti (Buça, Qostomel, İrpen və s.) Ukrayna qoşunları tərəfindən tam azad edildikdən sonra yüzlərlə dinc sakininin Rusiya hərbçiləri tərəfindən amansızcasına öldürüldüyü müəyyən edilib.

NATO ölkələri Kiyevi hərbi təyyarələrlə təmin etməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Qırıcı və ya bombardmançı təyyarələrə gəlincə, istənilən təyyarə bizə çox kömək edə bilərdi. Onlar insanların həyatını xilas edərdi və Rusiyanın səmada üstünlüyü olmazdı. Təəssüf ki, biz bunu əldə edə bilmirik", - Zelenski bildirib.

Zelenski Kiyevə əlavə Sovet və ya Rusiya istehsalı silahların veriləcəyinə ümid etdiyini bildirib:

"Mən bu tip silahların bizə verilməsində problem görmürəm. ABŞ və digər ölkələr tərəfindən istehsal edilən daha böyük sistemlərə gəlincə, biz, şübhəsiz ki, bu cür dəstəyi səbirsizliklə gözləyirik, lakin təəssüf ki, onlarla bağlı vəziyyət daha mürəkkəbdir”.

Roma Papası Fransisk Ukraynaya səfər etməyə hazır olduğunu bildirib, lakin o, səfərin baş tutacağına əmin deyil.

Axar.az xəbər verir ki, pontifik jurnalistlərə açıqlamasında səfərə hər zaman hazır olduğunu qeyd edib.

“Kimlərsə məndən soruşdu. Səmimi şəkildə hər zaman hazır olduğumu bildirdim. “Yox” mövcud deyil. Lakin səfərin baş tutacağını, uyğun olub-olmayacağını bilmirəm”, - deyə Müqəddəs Taxt-Tacın rəhbəri bildirib.

Gürcüstan tərəfdən Rusiya qarşı iqtisadi sanksiyalar olmayacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Yenə də izah edirəm. Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək. Biz ölkəmizin, xalqımızın mənafeyindən çıxış edirik”, - Qaribaşvili bildirib.

Rusiyanın Belqorod şəhərində partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” şahidlərə istinadla məlumat yayıb.

Məlumata görə, partlayışın gücündən şəhərdəki evlərin pəncərələri qırılıb.

Yakovlevsk şəhər dairəsinin rəhbəri Oleq Medvedyev də hadisəni təsdiqləyib və bildirib ki, partlayışlar Tomarovkada baş verib.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna ordusuna məxsus olduqları iddia edilən iki helikopter Belqoroddakı neft bazasına zərbələr endirmişdi. Lakin Ukrayna tərəfi rəsmi olaraq bu hadisədəki iştirakını təkzib etmişdi.

Finlandiya və İsveçin tezliklə alyansa qoşulmasını təmin edə bilərik.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Əlbəttə, bu, onların öz işidir, lakin müraciət etsələr, mən gözləyirəm ki, 30 müttəfiqin hamısı onları qəbul edəcək. Əgər istəsələr, nisbətən tez bir zamanda onları alyansa qəbul etməyin bir yolunu tapacağıq",- o bildirib.

Müasir dünyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi öz qərarlarını verməkdə müstəqil olan siyasətçi azdır.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Sözsüz ki, hamı amerikalıların dəhşətli təzyiqi altındadır. Həm də heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etməyə güc tapmırlar. Və bu baxımdan müasir siyasi Olimpdə Ərdoğan kimi çox az adam var”, - Peskov bildirib.

Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın Geo TV telekanalı məlumat yayıb.

Məlumata görə, prezident müxalifətin parlamentdə Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etməsindən sonra qanunverici orqanın buraxılması təklifini qəbul edib.

Qeyd edək ki, Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq təklifini rədd edib. İmran Xan da bu gün Nazirlər Kabinetini istefaya göndərib.