Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyət də daxil olmaqla, regional problemləri, ikitərəfli əlaqələri müzakirə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında 2021-ci ilin oktyabrında Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə-ABŞ Strateji Mexanizminə aprelin 4-də Ankarada start verilib.

Ardını oxu...

Çin qurulmuş dünya nizamına meydan oxuduğu üçün Soyuq müharibədən sonrakı dövr başa çatıb.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"İddialı Çin amerikalıların və bütün dünyada insanların təhlükəsizliyi və rifahı üçün uzun müddətdir əsas olan dünya nizamına meydan oxuyur. Soyuq müharibədən sonrakı dövr başa çatır", - o bildirib.

Ukrayna Silahlı Qüvvələri son sutkada iki böyük uğura imza atıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

Qeyd olunub ki, öncə hava hücumundan müdafiə və ya hava qüvvələri İl-22 tipli unikal təyyarəni vurub. Bundan əlavə, Ukrayna hərbçiləri Rusiya donanmasının “Admiral Essen” sinifli freqatına zərər vurmağa nail olub.

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı uğursuzluğu silmək və xalqın gözündə qalib kimi görünmək üçün ölkəsinin daxilində düşmən axtarmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Kimsə satqın təyin edilməlidir. Başqa sözlə Putinə Ukraynada olmasa da, Rusiyadakı sui-qəsdçiyə qalib gəlmək lazımdır. Beləliklə, sui-qəsdçi “tapılmalı”, onun başı kəsilməli, daha sonra müdrik görkəmlə Avropanı xilas edəcək sülh bağlanmalıdır" - Arestoviç qeyd edib.

O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun “satqınlar” arasında ola biləcəyini ehtimal edib.