Pentaqon Ukrayna Buçasındakı vəziyyəti öyrənir, vaxtı və şəhərdə baş verən hadisələri müqayisə edir.
Mikroprosessorların aparıcı təchizatçılarından biri olan ABŞ-ın "Intel" şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında hər hansı sənədin imzalanacağına inanmıram.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan İrəvanda mitinqdə çıxışı zamanı deyib.
Sərkisyan onu da bildirib ki, aksiya iştirakçılarının gələcək addımları Brüsseldə əldə olunacaq razılaşmalardan asılıdır.
O, özünün və sələflərinin son onilliklərdə münaqişəni həll edə bilməməsi ilə bağlı ittihamlara da cavab verib. Onun sözlərinə görə, belə mürəkkəb məsələlər 30-40 ildə həll olunmur.
Buçadakı olaylarla bağlı əsassız ittihamlardan çəkinməyə çağırırıq.
Axar.az xəbər verir ki, bu barədə Çinin BMT TŞ-dəki nümayəndəsi Çjan Tsyon deyib.
“İttihamlar yoxlanılmalı, faktlara əsaslanmalıdır”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Rusiya ordusu Kiyev vilayətini tərk edəndən sonra Buça şəhərində onlarla dinc sakinin amansızca qətlə yetirildiyi məlum olmuşdu.
"Oskar" mükafatlandırma mərasimində aparıcı Kris Roka şillə atması ilə gündəmdən düşməyən Uill Smitin bir neçə layihəsi ləğv olunub.
İranda ötən sutka ərzində 39 nəfər koronavirusdan (COVID-19) ölüb.
Əslən rusiyalı olan yəhudi oliqarx Roman Abramoviç Türkiyənin "Göztəpə" futbol klubunu satın alıb.