Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada erməni həmkarı Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, - o bildirib.

AB Rusiya və Belarus oliqarxlarının və təşkilatlarının təxminən 30 milyard avroluq aktivlərini dondurub.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, Brüsseldəki işçi qrupunun məqsədlərindən biri də AB-nin sanksiyaları altında olan şəxslərə məxsus aktivlərlə cinayətkar fəaliyyət arasında əlaqəni öyrənməkdir:

“Üzv dövlətlərin yarıdan çoxu aktivlərin dondurulması üçün görülən tədbirlər haqqında Komissiyaya məlumat verib. Komissiyaya qayıqlar, helikopterlər, daşınmaz əmlak, 6,7 milyard avro dəyərində incəsənət nümunələrinin müsadirəsi, 29,5 milyard avroluq dondurulmuş aktiv barədə məlumat verilib. Bundan əlavə, təxminən 196 milyard avroluq əməliyyatlar bloklanıb”.

Ermənistanın birinci prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Jirayr Liparityan İrəvanla Ankara arasında danışıqlar prosesində fəal iştirak edir, hakimiyyət orqanlarına və Ermənistanın Baş nazirinə müxtəlif məsləhətlər verir.

Ardını oxu...