Yaxın 10-13 il ərzində Rusiya ilə təkrar toqquşmalar mümkündür.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O bildirib ki, Rusiyada hakimiyyət dəyişikliyi imkanları da nəzərdən keçirilir, lakin bu, Ukrayna ilə qarşıdurmanın sona çatmasına gətirib çıxarmayacaq:
"Əlbəttə, hər şey ola bilər, hansısa liberal gələ bilər... Putin getdi, oliqarxlar liberalı seçdi. Sonra informasiya, iqtisadi, kəşfiyyat rəqabəti olacaq. Həm də hərbi, amma birbaşa müharibə olmadan. Bu sivilizasiya mübarizəsi dəhşətlidir”.