Mövcud şərtlər və son hadisələr fonunda danışıqlarla bağlı istənilən xəbəri ciddiyə almamalıyıq. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli variantı yoxdur. Əgər həmsədrlər Azərbaycanı danışıqlar masasına yenidən oturtmaq istəyirsə, mütləq əsaslı təklif irəli sürməlidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyanın Ermənistan Baş naziri Nikol Paşinyanın konfliktin “mərhələli həll” variantına qayıtması haqda fikirlərini şərh edərkən deyib. Politoloq bildirib ki, bu xəbəri ciddiyə almaq doğru deyil:

“Bəli, faktiki olaraq Vitali Balasanyanın dediyi kimi, 2007-ci il strategiyasında Dağlıq Qarabağ “respublika kimi” təqdim edilib, indi isə yeni strategiyada “respublika” sözündən imtina edilib. Lakin bu, heç də Paşinyanın “mərhələli həll” variantına qayıtdığı mənasına gəlmir. Bunun bir adı var, o da Ermənistan klanı ilə Dağlıq Qarabağ klanı arasında olan ziddiyyət! Biz onsuz da bilirik ki, bu iki klan arasında rəqabət gedir. Düşünürəm, Vitali Balasanyanın iddiasındansa, İrəvan klanı ilə Dağlıq Qarabağ klanının bir-biri ilə düşmən olması bizi daha çox maraqlandırmalıdır”.

Politoloq qeyd edib ki, həmsədrlər məlum Tovuz hadisələrindən sonra tərəfləri danışıqlar prosesinə qaytarmaq üçün münbit şərait yaratmağa çalışırlar:

“Bu gün Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri ilə həll edilməlidir. Göründüyü kimi, bu və bu kimi şirnikləşdirici məlumatlarla tərəfləri danışıqlar masasına yenidən qaytarmağa çalışırlar. Lakin son Tovuz hadisələri bir daha onu göstərdi ki, Ermənistan tərəfinin birmənalı olaraq danışıqlar prosesinə marağı yoxdur. Əks təqdirdə, dövlət sərhədində təxribat törətməzdilər. Bu özlüyündə danışıqlar variantının iflas olması və bərpa olunmaması üçün əsasdır”.

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 15 377 155 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə oxu.az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 630 266 xəstə ölüb, 9 352 351 nəfər sağalıb.

Koronavirusa yoluxma ən çox Şimali Amerika qitəsindədir (4 805 734 nəfər). Sonrakı yerləri Cənubi Amerika (3 463 246 nəfər), Asiya (3 600 847 nəfər), Avropa (2 717 950 nəfər) paylaşır.
Ölkələr arasında virusa yoluxma sayına görə ABŞ (4 100 875 nəfər), Braziliya (2 231 871 nəfər) və Hindistan (1 239 684 nəfər) ilk üçlükdədir.

İlk onluqda dördüncü yeri tutan sərhəd qonşumuz Rusiyada 789 190 yoluxma müşahidə olunur.

İranda 281 413, Türkiyədə 222 402, Ermənistanda 35 693, Gürcüstanda 1 073 nəfərdə koronavirus aşkarlanıb.

Azərbaycanda koronavirusa yoluxan 28 633 nəfərdən 385-i ölüb, 20 443-ü sağalıb.

Azərbaycanlı jurnalistə qarşı erməni təxribatı
Xəzər TV-nin ABŞ nümayəndəsi Vüsalə Abbasovaya qarşı təxribat olub.

Azxeber.com xəbər verir ki, jurnalist Vaşinqtonda azərbaycanlıların ordumuza dəstək aksiyasını işıqlandırmaq istəyərkən, bir erməni ona yaxınlaşıb və plakat qaldırıb.
 
Bu anda azərbaycanlılardan biri onu həmin yerdən uzaqlaşdırmaq istəyib. ABŞ polisi dərhal məsələyə müdaxilə edib və təxribatçı həmin ərazidən qovulub.
 
Həmin anları təqdim edirik:

İş adamının 6 milyonluq maşınını SİÇANLAR YEDİ
Türkiyəli tanınmış iş adamı Ali Ağaoğlunun "Rolls Royce" markalı maşınını siçanlar yararsız hala salıb.
İş adamı Ali Ağaoğlunun başına maraqlı hadisə gəlib. Onun 6 milyon Tl-lik "Rolls Royce" markalı maşını siçanlar tərəfindən korlanıb. İş adamı Bodruma tətilə getmədən əvvəl maşınını tikintisi gedən binaların əhatəsində saxlayıb. Məlum olub ki, siçanlar maşının elektrik naqillərini yararsız hala salıblar. İş adamı maşınının yararsız hala düşməsi səbəbindən tətilini təxirə salıb. Xatırladaq ki, Ali Ağaoğlu maddi sıxıntılar yaşadığı üçün 5 ədəd "Rolls Royce" markalı maşınını satışa çıxarıb. 

Ali Ağaoğlu'nun 6 milyon TL'lik aracını fareler kemirdi

Ali Ağaoğlu'nun 6 milyon TL'lik aracını fareler kemirdi, System.String[]

Koronavirusu tezliklə və effektiv məhv edən üsul aşkarlandı

Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.
“Report” xəbər verir ki, bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.

Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.

“Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.
Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.

Bütün bu materiallar qısa dalğalar aralığında - ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, - Klerici bildirib.

Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.

Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ordumuza dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq

Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.

Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi. “Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, - deyə R.Tağıyev əlavə edib.

Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.

Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.

 





 
Koronavirusun sağalmasını sürətləndirən üsul aşkarlandı

Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.

Report xəbər verir ki, bu barədə "Ridus" bildirir.

Qeyd edilir ki, tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.
Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.

Qeyd edək ki, dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb. COVID-19-un qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfərdən artıqdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Paşinyan Minskdən Bakıya səsləndiErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki münaqişəni həll etmək üçün qarşı tərəfi sülh danışıqlarına çağırıb.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

"Münaqişənin güc yolu ilə həlli və bölgəmizin bütün xalqlarının maraqlarına cavab verən dinc danışıqların alternativi yoxdur”, – Paşinyan cümə günü 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı bildirib.

O, Şuranın növbəti iclasının oktyabr ayında İrəvanda keçirilməli olduğunu da xatırladıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan və Azərbaycan sərhədində döyüşlər başlayıb.

Azərbaycan 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə dörd əsgərini itirdiyini deyib. (konkret.az)

Diaspor təşkilatları Ermənistan təxribatını dünya mediasına çatdırmağa çalışır

İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində xaincəsinə və qəfildən hərbi təxribat törətməsi barədə xəbər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən  məlumat görə, Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya, Ukrayna və digər ölkələrin müxtəlif media quruluşlarında və xəbər portallarında dərc olunan məlumatlarda və məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərimizin və dinc sakinlərin həlak olduqları, yaralandıqları, evlərin dağıdılması və sair məsələlər diqqətə çatdırılıb.

Qeyd edək ki, bu məlumatlarıın geniş şəkildə yayılmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının da rolu olub. Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.

Xarici mətbuatda dərc olunan bəzi məlumatlarla aşağidakı linklər vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:

http://crnogorskiportal.me/sadrzaj/1232

https://www.badische-zeitung.de/tote-bei-gefechten-zwischen-armenien-und-aserbaidschan--188151840.html

https://slaptai.lt/armenijos-intrigos-ksso-organizacijoje/

https://slaptai.lt/antanas-rasimas-del-karinio-incidento-tovuzo-rajone/

https://www.lexpress.fr/actualite/deux-morts-dans-des-affrontements-a-la-frontiere-entre-l-armenie-et-l-azerbaidjan_2130658.html

https://www.sabah.com.tr/dunya/2020/07/12/azerbaycan-ermenistan-sinirinda-catisma-cikti

https://www.sabah.com.tr/dunya/2020/07/13/bakan-cavusoglundan-onemli-aciklamalar

https://dailynewshungary.com/armenian-artillery-shells-azerbaijani-positions-the-latter-responds-and-stops-the-armenian-advance/

https://alfahir.hu/2020/07/13/azerbajdzsan_ormenyorszag_katonak_konfliktus

https://masimovasif.net/kampfe-zwischen-armenien-und-aserbaidschan/

https://nex24.news/2020/07/gefechte-zwischen-ahttps://www.merkur.de/politik/tote-bei-gefechten-zwischen-armenien-und-aserbaidschan-zr-13832685.htmlrmenien-und-aserbaidschan-tote-und-verletzte/

https://www.nu.nl/buitenland/6064463/twaalf-doden-na-drie-dagen-grensgevechten-tussen-azerbeidzjan-en-armenie.html

https://gordonua.com/blogs/hikmet-dzhavadov/s-kakogo-perepuga-mid-armenii-priglasil-posla-ukrainy-za-prizyv-kieva-ostanovit-ogon-na-armyano-azerbaydzhanskoy-granice-eto-zhe-absurd-

Rusiya qırıcıları Türkiyə nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var
Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu təşkil ediblər.

Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, bir nəfər ölüb, 11 nəfər yaralanıb

Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Babda uçuşlarını davam etdirdikləri də gələn məlumatlar sırasındadır. Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı gözlənilmir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər