Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgəyə dayanıqlı sülhün gəlməsi region dövlətlərinin nə qədər müdrik və cəsarətli siyasət yürüdəcəyindən çox asılıdır.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinin bölgənin müharibədən sonrakı gələcəyi haqqında sualını cavablandıran partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədrinin sözlərinə görə, hazırda görünən odur ki, qonşu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istədiklərini bəyan edir və ən azından neytrallıqlarını qoruyub saxlamağa çalışırlar:
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də regona kənar güclərin müdaxiləsini aradan qaldıracaq. Həmişə söyləmişəm ki, regionda təhlükəsizliyin, siyasi sabitliyin, inkişafın təmin olunması üç Cənubi Qafqaz dövlətinin, Türkiyənin, Rusiyanın və İranın dostluq və əməkdaşlığından keçir. Artıq Azərbaycanın Ermənistan istisna olmaqla digər qonşularımızla üçtərəfli formatda əməkdaşlığı var. İnşallah, müharibə başa çatandan sonra altı ölkənin birgə və sıx əməkdaşlığını qaçılmaz hesab edirəm və zəruri sayıram. Bu əməkdaşlıq Avrasiya İttifaqı çərçivəsində də ola bilər. Vahid iqtisadi məkanın yaradılması xalqların rifahına və sülhə böyük töfhə verə bilər. Ona görə bölgənin bütün ölkələri haqqın və beynəlxalq hüququn yanında olmalı, Ermənistana təzyiq etməli və müharibənin tezliklə başa çatmasına çalışmalıdırlar”.
ABŞ-da prezident seçkisi ilə bərabər Nümayəndələr Palatasına keçirilən seçkilərin də nəticələri elan olunmağa başlayıb.
Axar.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası daha çox səs toplamağı bacarıb. Belə ki, hazırda Demokratlar Partiyası Nümayəndələr Palatasında 212 mandat qazana bilib, Respublikaçılar isə 194 yer əldə ediblər. Demokratların mütləq çoxluğu üçün minimum daha 6 yeri zəmanət altına almalarına ehtiyacları var.
Nümayəndələr Palatasına yenidən erməni lobbisində yer alan konqresmenlər seçiliblər. Xüsusilə bu tip konqresmenlərə Kaliforniya ştatında daha çox dəstək verilib. Belə ki, son hesablamalara əsasən, ştatdan seçiləcək konqresmenlərin böyük çoxluğunu demokratlar təşkil ediblər.
Nümayəndələr Palatasına yenidən seçilən erməni lobbisi üzvləri arasında Adam Şif, Ceki Speyer (ana tərəfdən ermənidir), Nensi Pelosi, Barbara Li, Ted Liyu, Cudi Çu (son üçü Qarabağdakı savaşa görə Pompeoya məktub yazaraq Azərbaycana qarşı çıxıb), Qreys Napalitano, Bred Şerman və digərləri yer alıblar.
Avropa Şurasının jurnalistika və jurnalistlərin müdafiəsinin təşviqi internet platforması Fransanın TF1 televiziya kanalını və onun jurnalisti Lizron Budulu hədəfə alan nifrət kampaniyası ilə bağlı Fransaya xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, internet platformasının tərəfdaşları olan “Avropa Jurnalistlər Federasiyası” (EFJ) və “Sərhədsiz reportyorlar” (RFS) təşkilatları tərəfindən təqdim edilmiş xəbərdarlıqda təhlükənin mənbəyinin qeyri-müəyyən olduğu, jurnalistlərin hələ də sıxışdırıldığı bildirilir. Qeyd edilir ki, L.Budul oktyabrın 22-də Dağlıq Qarabağda vəziyyəti əks etdirən reportajından sonra onun və TF1 kanalının sosial şəbəkələrindəki hesablarında çoxsaylı təhqiramiz mesajlar yazılıb. L.Budul bir neçə gün davamlı olaraq nifrət zəminli çıxışların və hədələrin hədəfinə çevrilib. TF1 televiziya kanalının elektron poçtuna təhqir və hədə dolu mesajlar göndərilib, zənglər edilib.
Erməni icmasının TF1 kanalının qarşısında nümayiş keçirdiyi və nəticədə reportajın kanalın internet səhifəsindən silindiyi vurğulanıb.
Xatırladaq ki, L.Budulun Dağlıq Qarabağdan hazırladığı reportaj erməni lobbisinin təzyiqi ilə TF1 kanalının internet səhifəsindən silinsə də, sonradan Azərbaycanın Fransadakı səfirliyinin və icmasının fəaliyyəti nəticəsində bərpa olunub.
ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub.
Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb.
Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının rəhbərliyi ilə razılaşdırılır.
Bildirilir ki, bir neçə il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birini ictimailəşdirmişdi. Bu hesabatda ASALA-ya qoşulmuş qruplaşmaların fəaliyyəti, eləcə də onların törətdiyi terror aktları izlənirdi:
“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) ABŞ-ın bir sıra siyası maraqlarına təhdiddir. ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, Qərbi Avropa və ABŞ-da da bəzi obyektlər hədəf olub. Bundan başqa, Liviya və Suriya ilə təmasların aktivləşməsi marksistyönümlü ASALA-nın anti-Amerika təsirini daha da gücləndirə bilər”.
Bu günlərdə Ermənistanın baş naziri Rusiya Prezidentinə rəsmi Moskvanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə dərhal başlamaq xahişi ilə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentdəki jurnalistlərə müsahibəsində bildirib.
”Müqavilə münasibətlərimizə və bundan irəli gələn funksiyalara gəldikdə, deyə bilərəm ki, hazırda bütün lazımi tədbirlər görülür. 1997-ci il müqaviləsi baza müqaviləsidir və bundan başqa sənədlərdə də ifadə olunan funksiyalar irəli sürülür”, – deyə Mnatsakanyan bildirib.
Nazir KTMT-nin ən azı iki üzvünün – Belarus və Qazaxıstanın bilavasitə Azərbaycanın iqtisadi tərəfdaşları olduğunu nəzərə alaraq, KTMT-yə müraciət etmək üçün maneələrin olub-olması ilə bağlı sualı da cavablandırıb:
”Bu sual dərin təhlil və uzun bir müzakirə mövzusu ola bilər. Konkret cavab isə budur ki, biz səmərəlilik və sürət baxımından vacib saydığımız addımları atırıq. Biz mövcud alətlərə uyğun olaraq üç həmsədr və ayrı-ayrı ölkələrlə işləyirik. İlk gündən etibarən bütün alətlərimizi işə salmışıq”.
Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.
Axar.az-ın məlumatına görə, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.
Əvvəllər bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.
Gürcüstanda son 24 saat ərzində daha 2295 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.
Ermənistanı itirildiyi ərazilərdən geri çəkildikcə müharibə cinayətlərinə əl atmaqda davam edir.
Axar.az xəbər verir ki, bunu Trend-ə qarşılığında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov dedi.
O bildirib ki, Ermənistan bu məsuliyyətdən yayına bilməyəcək:
"Ermənistanın boş sahələri minalaması, fosfor bombalarından istifadə etməsi daha çox beynəlxalq təşkilatların günahıdır. Ona görə ki, Ermənistana bu şəraiti yaradıblar. Fürsətdən istifadə edir".
Hərbi ekspert qeyd etdi ki, Ermənistan bu müharibə cinayətlərinə görə cavab verməli olacaq:
“Döyüş əməliyyatları bitəndən sonra Ermənistan Azərbaycana buna görə təzminat ödəməli olacaq. Bu gün Azərbaycanın mülki vətəndaşı minaya düşürsə, buna görə Ermənistana cavab verməli olacaq. Artıq bu müalicə ilə əlaqəli Azərbaycanın Baş Prokurorluğu lazımi sənədlər toplayır. Ermənistanın məsuliyyətə cəlb olunmasına heç kimin köməkliyi olmasın. Ermənistanın döyüş əməliyyatları zamanı hazırlanan bütün müharibə cinayətləri özlərinə qarşı bumeranq effekti veriləcək ”.
Polkovnik-leytenant bildirib ki, hərbi əməliyyatlar bitəndən sonra Ermənistanın daha ağır günləri başlayacaq:
"Ermənistanın törətdiyi müharibə cinayətləri o qədər çoxdur ki, o dövlətin özünü toparlamasına uzun illər lazım olacaq. Ermənistan dövlətinin varlığı məsələsi gündəmə gələ bilər. İqtisadiyyatı çökmüş vəziyyətdə olan bir ölkənin hərbisi də çökəndən sonra özünü hansı qüvvə ilə müstəqil dövlət adlandıracağı qaranlıq məsələdir".
"Oktyabrın 23-də Vaşinqtonda dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü Donald Tramp administrasiyasının beynəlxalq nüfuzunu artırmaq məqsədi daşıyır və hər hansı səmərə verəcəyi inandırıcı deyil".
Axar.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında amerikalı politoloq, beynəlxalq əlaqələr eksperti Piter Teys (Peter Tase) deyib.
“Ermənistan qüvvələri geri çəkilərkən dövlət katibi Pompeo birdən-birə oyanıb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu görüşmək üçün Vaşinqtona dəvət edir. Həmçinin Pompeo Ermənistan xarici işlər naziri ilə də ayrıca görüşəcək. Bu, Qafqaz təmasları sırf Tramp administrasiyasının beynəlxalq nüfuzunu qaldırmağa, dünyadakı geosiyasi mövqeyinə diqqəti cəlb etməyə yönəlib”, – o diqqətə çatdırıb.
P.Teys oktyabrın 23-də keçiriləcək Vaşinqton görüşlərinin “boşa çıxacağ”ını bildirib: “Beynəlxalq hüququ pozaraq hələ də Azərbaycanın şəhərlərini atəşə tutan, azərbaycanlı uşaqları, qadınları, günahsız insanları öldürən Ermənistan tərəfi bununla vaxt qazanmış ola bilər”.
Ekspertin fikrincə, qarşıdakı görüşlərin daha bir məqsədi Rusiyanın regiondakı rolunu azaltmaq ola bilər:
“ABŞ-ın diplomatik təsiri, dövlət katibi Pompeonun ikili standartlar mövqeyi də ATƏT-in Minsk qrupu formatının artıq köhnəldiyinə dəlalətdir. Odur ki, Vaşinqtonda keçiriləcək görüşlərdən müsbət nəsə gözləməyə dəyməz. Bu görüşlərin yeganə nəticəsi Ermənistanın vaxt qazanaraq Nikol Paşinyan və başqa erməni terrorçulara siyasi mötəbərlik təmin etməsi ola bilər. Halbuki bu şəxslər Dövlət Departamenti və Avropanın başlıca diplomatik qurumları tərəfindən arzuolunmaz şəxs elan edilməlidir”.