Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın hazırkı vəziyyətdən istifadə edərək hakimiyyətə qayıdacağı barədə yayılan məlumatı partiyanın mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov təkzib edib.
Axar.az xəbər verir ki, o, Ermənistan Respublikaçılar Partiyasının hakimiyyətə qayıtmağa hazırlaşmadığını iddia edib.
Onun sözlərinə görə, partiya ölkənin maraqlarını təmsil edə biləcək hakimiyyəti dəstəkləməyə hazırıq.
Qeyd edək ki, 2018-ci ildə Sərkisyanın hakimiyyəti Paşinyana rahatlıqla ötürməsi haqda məlumat gəzir. İddialara görə, Rusiyanın ərazilərin geri qaytarılması barədə öhdəliyi yerinə yetirməsi barədə Sərkisyana tələbi qarşılığında o, Paşinyana gizli dəstək verib və hakimiyyətdən qəsdən geri çəkilib. Müharibənin uduzulması məsuliyyəti Paşinyanın üzərinə düşdükdən sonra isə geri qayıtmaq istəyir.
09:00
Ermənistan-Azərbaycan münaqişəsinin hərbi fazasının ikinci mərhələsi başa çatdı və biz yeni mərhələnin başlanğıcının astanasındayıq.
Axar.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, yeni mərhələni iki dövlətin aşağıdakı şəraitdə hərbi-siyasi qarşıdurması kimi səciyyələndirmək olar:
“Rusiya və Türkiyə hərbçilərinin Azərbaycana gəlmələrinin mənası odur ki, Ermənistanın təslim olması şərtlərinə görə onun silahlı qüvvələri bizim ölkənin bütün ərazisini tərk etməyə məcbur edilib, münaqişəyə qədər əsasən ermənilərin yaşadıqları ərazinin bir hissəsində isə təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edəcəklər. Bu zonalar tamamilə silahsızlaşdırılmalıdır və orada yalnız Rusiya hərbçilərində silah olacaq. Münaqişə zonasındakı Azərbaycanın nəzarətində olan bütün ərazilərdə və 1 dekabr tarixindən sonra nəzarətimizə keçəcək digər torpaqlarımızda dövlətimizin yurisdiksiyası tam həcmdə və məhdudiyyətsiz şəkildə bərpa olunacaq.
Yuxarıda qeyd olunan hərbi-texniki reallıqlar çərçivəsində ümumilikdə beynəlxalq aləm tərəfindən tanınmış məhz bizim torpaqlarımızın yerdə qalan 3 faizi üzərində Azərbaycanın suverenliyinin bərpası istiqamətində siyasi proseslər baş verəcək”.
Politoloq qeyd edib ki, razılaşmaların həyata keçirilməsi ilə 1 dekabr tarixindən sonra məcburi köçkünlərin 99 faizə qədəri – 1991-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş total-etnik təmizləmənin qurbanı olmuş azərbaycanlılar öz evlərinə qayıtmaq imkanı qazanacaqlar:
“Qeyd olunanlardan çıxış edərək, əsas taktiki vəzifələr aşağıdakılardır:
1. Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması cədvəli ilə nəzərdə tutulmuş tədbirlərin qeyd-şərtsiz icrası;
2. 1 dekabr tarixindən sonra ən qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin yerdə qalan bütün bölmələrinin və texnikasının müəyyənləşdirilməsi və Azərbaycan ərazisindən çıxarılmasının təmin edilməsi;
3. Sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılması;
4. Hazırda qanunsuz silahlı birləşmələrin dövriyyəsində olan silah və hərbi texnikanın toplanması və Azərbaycan tərəfinə təhvil verilməsi;
5. Sülhməramlı qüvvələrin nəzarətindəki ərazilərdə qeyri-qanuni olan şəxslərin müəyyənləşdirilməsi və oradan uzaqlaşdırılması.
Bu vəzifələri yerinə yetirmək üçün sülhməramlı qüvvələrin və müşahidə missiyasının mandatının müəyyənləşdirilməsi üzrə Rusiya Federasiyası və Türkiyə Respublikası ilə dərhal danışıqlara başlayacaq hökumət orqanı yaratmaq lazımdır. Nəticədə meydana çıxacaq sənəd Milli Məclisin xüsusi qərarı ilə təsdiq edilməlidir”.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı fikirlərinə münasibət bildirib.
Nazirlikdən Axar.az-a bildirilib ki, Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.
“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.
Müsahibədə Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilmişdir. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 Noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.
Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləmişdir.
Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.
Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.
Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.
Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.
Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə etdi. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır", - nazirlikdən bildirilib.
Ermənistan hökuməti hələ də lider kimi davranmaq yerinə bir provokator, manipulyator kimi davranmağa davam edir.
Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Armen Sərkisyanın həlak olan rus hərbiçilərini Ermənistan “Hərbi xidmətə görə” medalı ilə təltif etməsi barədə danışan türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Bu hərəkətlə Rusiya hökumətinə yaltaqlanmağın faydasının olmayacağını vurğulayan Abdullah Ağar bunları əlavə edib:
“Ermənistan hökuməti bu yolla həm Rusiyaya yaltaqlıq etmək, həm də erməni xalqına rus ordusunu və texnikasını istədiyi kimi işlədib, hətta onlara öz adından medal belə verdiklərini göstərmək istəyir. Lakin onlar anlamır ki, ruslar onun kimi özünü çoxbilmiş zənn edənləri 40 dərəyə aparar, 40 dərədən də susuz gətirər. Ermənistan hökuməti ruslardan istifadə etdiyi xülyaları ilə yaşadığı müddətdə Rusiya onlardan istədiyi kimi istifadə edir, onların isə ruhu belə duymur”.
Xatırladaq ki, 9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri təsadüf nəticəsində vurulub. Azərbaycan bu səhvi etiraf edərək, zərərçəkənlərə kompensasiya ödənilməsini üzərinə götürüb və günahkarların cəzalanması üçün hadisə ilə bağlı cinayət işi açıb.
Bugün isə Ermənistan Prezidenti Armen Sərkisyan helikopterdə həyatını itirən və yaralanan hərbiçiləri, Ermənistan dövləti uğrunda heç bir fəaliyyəti olmamasına baxmayaraq, “Ermənistanın hərbi medalı” ilə təltif edib.
Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib.
Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İranın Ermənistandakı səfirliyinin nömrələrini qeyd edərək, Xocavənd və Cəbrayılda xidmət edərkən itkin düşən əsgərlərin valideynlərinin övladları haqda bilgilərə sahib olmaq üçün səfirliklə əlaqə saxlaya biləcəklərini bildiriblər.
Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bu məlumatı aydınlaşdırmaq üçün İran tərəfi ilə fəal işlədiklərini bildirib.
Onun sözlərinə görə, Ermənistanın Tehrandakı səfirliyinin sorğusuna cavab olaraq və İranın İrəvandakı diplomatik nümayəndəliyi ilə danışıqlar zamanı İranda erməni hərbçilərinin olması barədə məlumat təsdiqlənməyib.
Xatırladaq ki, son günlər Qarabağ cəbhəsinin cənub sektorunda, Araz vadisində gedən döyüşlər zamanı hərbi personalın İran ərazisinə keçməsi barədə məlumatlar yayılmaqdadır.
İşıqlı Ermənistan Partiyasından olan deputat Gevork Qorgisyan II Qarabağ savaşından öncə İrəvanın Rusiyadan aldığı Su-30CM təyyarələri ilə bağlı parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasındakı iclasın detalını açıqlayıb.
Axar.az xəbər verir ki, Qorgisyan iclas zamanı Su-30CM-lərin nə dərəcədə döyüşə hazır olması məsələsini müzakirə etdiklərini bildirib. O, həmçinin millət vəkillərinin bu təyyarələr üçün niyə hökumətin silah almadığı sualını Müdafiə Nazirliyi nümayəndəsinə verdiklərini deyib.
MN nümayəndəsi isə onlara bu məsələnin həll ediləcəyini, aviasiya raketlərinin alınmasının planda olduğunu söyləyib.
Qeyd edək ki, Ermənistanda Rusiyanın 4 ədəd Su-30CM təyyarəsi var. Ermənistan müharibəyə qədər bu təyyarələrlə çox qürurlansa da, savaşda onlardan istifadə etməyib.
Müharibədən sonra Ermənistan KİV-ləri və bir sıra siyasətçilər bu təyyarələrin niyə istifadə edilməməsi məsələsini gündəmə gətirsələr də, Ermənistan MN təyyarələrin öz tapşırıqlarını icra etdiyini deməklə kifayətlənib.
Şuşa – bu adın qarşısına hansı gözəl sözü yazsaq, yenə də ürəyimiz soyumur, rahat olmuruq. Elə bilirik, Şuşaya layiq olmadı, elə bilirik, Şuşanı lazımınca dəyərləndirə bilmədik.
Bakı bizim beyin, düşüncə paytaxtımızdırsa, Şuşa ürək, hissiyyat paytaxtımızdır.
Dil, əlbəttə ki, həm də təfəkkür tərzidir. Paşinyan deyib ki, Şuşa bədbəxt və boz şəhərdir.
Bunu oxuyanda dərhal yadıma düşdü ki, biz Şuşaya güldən ağır söz deməmişik. Şuşadan 28 il uzaq qaldıq, amma bu şəhərə elə həssas yanaşdıq ki, elə bildik, haqqında nəsə kobud söz desək, baş götürüb uzaq bir ölkəyə gedər. Ermənilər isə cəmi 10 gündür Şuşanı itiriblər, amma indidən “bədbəxt, boz şəhər” adlandırırlar. Onlar üçün bozdur, amma biz Şuşaya baxanda dünyanın bütün gözəl rənglərini görürük.
İşğaldan azad edilmiş yerlərdə çəkilmiş kadrlardan da gördük ki, ermənilər orada quruculuq işləri aparmayıblar, əksinə dağıdıblar. Çünki o torpaqları sevmirlər, ona ideologiya kimi yanaşırlar, əzik xalq komplekslərini ört-basdır eləmək üçün o torpaqlara sahib olmaq istəyirlər.
Bizim üçün isə işğaldan azad edilən torpaqlarımızın, xüsusən Şuşanın müqəddəsliyi o qədər dərindir ki, hətta dinsiz-imansız insanlarımız da orada namaz qılmağı, məbədi ziyarət etməyi başlıca amal kimi qəbul edir, bu arzu ilə yaşayırlar.
Diqqət edin: Azərbaycan əsgəri Şuşanı işğalçıdan təmizləyən kimi dərhal nə etdi? Məscidi təmizlədi, süpürdü. Ermənilər isə məscidlərdə donuz, kilsələrdə silah-sursat saxlayırlar.
Bu fakt belə ermənilərin Şuşaya sadəcə qala-şəhər kimi yanaşdıqlarını, müdafiə məqsədilə bu şəhərin əzəmətinə sığındıqlarını göstərir.
“Azərbaycan hərbçilərini güllə ilə vururduq, qanları axa-axa Şuşanın ətrafındakı qayalıqlardan şəhərə dırmaşırdılar”, - bunu erməni hərbçisi demişdi.
Dünyada belə bir təcrübə, belə bir ordu yoxdur. Açığı, bunu ifadə etməyə söz tapa bilmirəm. Bir anlıq Şuşanın coğrafiyasını, qayalıqlarını düşünün. Sonra da yaralı halda ora dırmaşan, şəhəri azad etmək üçün dayanmadan irəli getmək istəyən hərbçilərimizi gözünüzün önünə gətirin.
Heyrətamizdir!
Təkcə bu fakt belə ermənilərin yaratdıqları “azərbaycanlılar döyüşə bilmir” mifini darmadağın edir. Şuşanın azad edilməsi əməliyyatını, hərbçilərimizin buradakı qəhrəmanlıqlarını müxtəlif dillərə tərcümə edib dünya mediasında yaymaq lazımdır. Şuşanın azad edilməsi haqda film çəkmək zəruridir. Çünki bu, təkcə bir ərazinin yox, həm də böyük bir mədəniyyətin, elmi-dini-mistik bir mərkəzin azad edilməsi və öz əvvəlki mahiyyətinə qaytarılması əməliyyatı idi.
Şuşa haqqında, eləcə də işğaldan azad edilən digər rayonlarımız haqda çox danışmaq olar. Amma ermənilərə bunu başa salmaq lazımdır: Şuşanı sevməyən bir zehniyyətin Bakıya iddia etməsi və “dənizdən-dənizə böyük ermənistan” xülyası qurması erməni millətçiliyinin necə absurd dayaqlar üzərində qurulduğunun sübutlarından sadəcə biridir.
Ermənilər sevmədikləri torpaqlara sahib çıxmaq istəyirdilər. Amma bu, aksiomadır: sevmədiyin bir şeyə sahib olmaq bir gün sənin fəlakətinə çevrilir. Ermənilər bunu yaşadılar - labüd fəlakəti.
İrəvanda son illərdə Ermənistanda antirusiya təbliğatının açıq şəkildə aparıldığını yada salmamağa çalışırlar. Halbuki qərbyönümlü Baş nazir Paşinyan Kreml ilə münasibəti pisləşdirmək üçün əlindən gələni edib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Rasim Babayev deyib.
O bildirib ki, bu prosesdə Gümrüdə yerləşən Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılmasını tələb edən çoxsaylı erməni əhalisi də iştirak edib:
“Gəlin xatırlayaq:
- Antirusiya aksiyalarının iştirakçıları "rus ordusu Ermənistanda olmamalıdır" şüarları səsləndirir, Gümrüdəki Rusiya hərbi bazasının İrəvan üçün təhlükə yaratdığını bəyan edirdilər.
- 2018-ci ilin iyununda Avropa Şurası Parlament Assambleyasındakı Ermənistanın nümayəndə heyəti Rusiyanın bu təşkilata qayıtmasına qarşı səs verdi. Ermənistanın hakim Mənim Addımım blokunun nümayəndəsi Ruben Rubinyan qeyd olunan təşkilat çərçivəsində Moskvanın hüquqlarının bərpasının əleyhinə çıxış etdi.
- Son illərdə Ermənistanda rusdilli məktəblər bağlanıb. 2020-ci ildə erməni parlamenti respublikanın informasiya məkanında Rusiyanın "Pervıy kanal", "RTR Planeta", "Kultura" telekanallarının yayımlanmayacağı barədə yeni qanun qəbul edib.
- Paşinyan 2008-ci ildə Moskvanın Ermənistan ərazisində uran ehtiyatlarının geoloji kəşfiyyatına 3 milyon dollar ayırdığını xatırlayaraq, “Qərbi Lidian İnternəşnl” şirkətinə Amulsar qızıl-filiz yatağının işlənməsi hüququ verdi. Yəni indiki Ermənistan rəhbərliyi yenə də Rusiyanın acığına Amulsarı Qərbə verdi”.
Politoloq xatırladıb ki, bura Ermənistandakı ABŞ bioloji laboratoriyalarına rusiyalı mütəxəssislərin buraxılmamasını, qatı antirust kadrlara yüksək vəzifələrin verilməsini, Rusiyanın kadrlarına, xüsusilə Putinin yaxın münasibətdə olduğu Köçəryana cinayət işi qaldırılması və həbsini, o cümlədən KTMT Baş katibi Xaçaturovun saxlanılmasını, Ermənistandakı Rusiya şirkətlərinə qarşı təqibləri, “Qazprom Ermənistan” da daxil olmaqla, bir çox rus şirkətində yoxlamaları və s. əlavə etdikdə, mənzərə xeyli aydınlaşır.
Əfqanıstandan geri çəkilmənin bədəli ağır olar.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ ordusunun bir hissəsinin Əfqanıstandan çıxarılması prosesi barədə danışarkən bildirib.
"Çətin bir qərarla üz-üzəyik. 20 ilə yaxındır Əfqanıstandayıq və heç bir NATO müttəfiqi burada lazım olduğundan daha uzun qalmaq istəmir. Ancaq eyni zamanda çox erkən və ya koordinasiyasız şəkildə geri çəkilmək çox baha başa gələ bilər", - Stoltenberq qeyd edib.
Ermənistanın Kəlbəcərdən çıxması vandalizm aktları ilə müşahidə olunmaqdadır. Ərazilərimizin işğaldan azad edilməsi prosesində son məqamda da maddi-mədəniyyət abidələrinə zərər vurulur.
Axar.az xəbər verir ki, Özbəkistanın “interpress.uz” portalı yazır ki, bu haqda Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə söyləyib.
Prezidentin köməkçisi deyib: “Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır. BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsi var. Kəlbəcərdə mülki əhalinin məskunlaşması tamamilə qanunsuz xarakter daşıyır. Ona görə orada olan hər hansı bir mülkiyyətin heç bir hüquqi qüvvəsi yoxdur”.
“shonch.uz” portalı isə “Şuşa Azərbaycanın gözəl incisidir” sərlövhəli məqalə çap edib.
Materialda Qarabağın, o cümlədən qədim Şuşanın turizm potensialı, zəngin flora və faunası haqqında söhbət açılır. Bildirilir ki, dəniz səviyyəsindən 1400 metr hündürlükdə, tarixi abidələrlə zəngin olan Şuşa şəhərində yeni turizm marşrutları açmaq zərurətə çevrilir. Qeyd olunur ki, şəhərin ərazisində 900 tarixi-mədəni abidə mövcuddur. İşğal nəticəsində bu abidələrin hansı vəziyyətdə olması ilə bağlı təhqiqat işləri də aparılmalıdır.