Ermənistanda daxili siyasi gərginlik mövcuddur, amma müxalifətin etdiyi çağırışlar (Hökumətin istefası nəzərdə tutulur - red.) erməni cəmiyyətində geniş dəstəklənmir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-a müsahibəsində bildirib.

“Sözün düzü, mən də razı deyiləm, yaranmış vəziyyətə görə hamımız narazıyıq. Ancaq bizim alternativlərimizi anlamaq lazımdır. Sazişin imzalanması zamanı heç bir alternativimiz yox idi. Məncə, erməni cəmiyyəti bunu anlayır. Vəziyyəti pisləşdirməmək üçün çalışmalıyıq”, — Paşinyan vurğulayıb.

Jurnalistin növbədənkənar parlament seçkilərinin mümkünlüyü ilə bağlı verdiyi sualı cavablayan Paşinyan dəqiqlikdən qaçaraq, əsas məsələnin Ermənistanın sabitliyi olduğunu deyib.

“6 aylıq strateji yol xəritəsini hazırlamışam, bu dövr ərzində ölkədə vəziyyətin sabitləşdirilməsi üzərində işləməliyik. Bundan sonra cəmiyyətimizlə, xalqımızla, siyasi qüvvələrimizlə məsləhətləşəcəyik və gələcək addımlar barədə qərar qəbul edəcəyik", - o qeyd edib.

Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Bu sualdan da görünür ki, Qərb özünü nə qədər demokratik göstərməyə çalışsa da, mahiyyət etibarilə hələ də orta əsrin səlibçiləri təfəkküründədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, islamafob hisslərini alovlandıran, islam müqəddəslərinin təhqirlərinə göz yuman, hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar:

“Azərbaycan daim dinindən, irqindən, cinsiyyətindən, millətindən asılı olmayaraq, bütün insanların sülh içində yaşadığı bir ərazi olub. Bu torpaqlarda hökm sürən heç bir dövlət nəzarətindəki xalqın dininə, inancına, yaşayışına qarışmayıb. Bunun ən gözəl nümunəsi yaşı yüzillər olan dini abidələr, məbədlərdir.

Lakin Qərb ölkələrinə baxdıqda bu dediklərimin eynisini demək mümkün deyil. Bu gün dünyada özünü demokratiyanın, insan haqları və azadlıqlarının beşiyi sayan Qərb ölkələrinin bir çoxu soyqırımlarla dolu, qaranlıq bir tarixi keçmişə malikdir. Avropada başda yəhudilər olmaqla, bir çox dini etiqad nümayəndəsi əsrlərlə inkvizisiya deyilən ədalətsiz dini məhkəmələrdə ölüm hökmünə məruz qalıb. Heç təsadüfi deyil ki, bu gün Avropada yaşı yüzdən çox olmayan bircə sinaqoq və ya məscid yoxdur. Lakin Azərbaycanda yəhudilərin yaşadığı Qırmızı qəsəbə kimi tarixi bir ərazi, yaşı minilliyi ötən alban kilsələri var. Bu reallıqlar çərçivəsində müharibə başa çatandan sonra bəzi Qərb liderlərinin qaldırdıqları məsələ yersiz və boşdur. Azərbaycan torpaqlarında yaşayan hər kəsin haqlarını qoruyub, qoruyacaq”.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycandakı kilsələrin aqibətindən narahat olan bəzi ölkələr bilməlidir ki, Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələsində UNESKO ilə çox sıx əməkdaşlıq edir:

“Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Buna görə də kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər gəlib xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.

"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarının 30 il sonra azadlığa qovuşmasının sevincini yaşayırıq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantısından sonrakı çıxışında belə deyib.

Ömər Çelik bildirib ki, Qarabağda Azərbaycanla Ermənistanın atəşkəs razılşaması əsasında daimi sülhə nail olunması çox önəmlidir: "Bu razılaşma əsasında 20 noyabrda Azərbaycanın işğalda olan Ağdam rayonu azadlıq qazandı. Qazanılan Qarabağ zəfərinin əldə saxlanması, regionda daim sülhü qorumaq çox önəmlidir".

AKP sözcüsü deyib ki, Türkiyə Dağlıq Qarabağda sülhməramlı missiyasını icra edəcək: "Türkiyə Böyük Millət Məclisi də artıq ordumuza bu səlahiyyəti verib. Türkiyə ordusu regionda sülhün qorunması missiyasında önəmli rol oynayacaq".

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kişi altı uşağı girov götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hadisə Kolpinoda yerləşən mənzillərdən birində qeydə alınıb.

Bildirilib ki, uşaqları girov götürən şəxs içkilidir və o balta ilə silahlanıb. Mənzilə daxil ola bilməyən həmin şəxsin həyat yoldaşı polisə müraciət edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslə danışıqlar aparır.

ABŞ Qida və Dərman İdarəsi (FDA) hazırkı Prezident Donald Trampın koronavirus müalicəsində də istifadə edilən antikor kokteyli üçün təcili istifadə icazəsini verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Regeneron" şirkətinə məxsus antikor kokteyli ABŞ-da koronavirus müalicəsində yüksək riskli xəstələrə tətbiq edilə bilər.

Təsdiqlənmiş antikor kokteyli daha öncə Donald Trampın koronavirus müalicəsində istifadə edilib. Antikor kokteylinin virusa yoluxan pasiyentlərin xəstəxanaya yerləşdirilməyə ehtiyac olmadan xəstəliyi yüngül simptomlarla keçməsinə kömək etdiyi bildirilib.

Mütəxəssislər kokteylin xəstəliyin başlanğıcında tətbiq edilməli olduğunu söyləyirlər. Xəstəxanaya yerləşdirilmiş və ya oksigen terapiyasına ehtiyacı olan xəstələrdə istifadəsinə iczazə verilmir.

Şirkət noyabr ayının sonuna qədər 80 min, 2021-ci ilin yanvarına qədər 300 min xəstə üçün kifayət edəcək sayda antikor kokteylini hazırlaya biləcəyini açıqlayıb.

Emmanuel Makron sentyabrın 27-dən başlayaraq, işğalçı ölkənin və onun separatçı tör-töküntüsünün vəkili, himayəçisi və sözçüsü kimi davrandıqdan sonra 3-5 nəfərin qarşısında, smartfon kamerasıyla çəkilən videotəlimatını paylaşmaqla, "Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır” deməklə vəziyyəti nisbətən yumşaltmaq, hansısa mərhələdə prosesə yenidən qayıtmaq üçün “üz yeri” qoymaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elçin Mirzəbəyli qeyd edib.

“Bu günədək üzərimizə yağdırmadığı şər, böhran qalmayıb. Məgər ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidenti beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonların Azərbaycan ərazisi kimi tanındığını bilmirdi? Əlbəttə bilirdi! Amma indi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə regionda yeni reallıqların yarandığını, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri və törətməkdə olduqları vəhşilikləri bütün dünyanın gördüyünü anlayır və Cənubi Qafqazdan tamamilə əlinin üzülməməsi üçün manevr xarakterli gedişlər etməklə itirilmiş mövqelərini mümkün qədər bərpa etməyə çalışır.

Biz sözə yox, əmələ önəm verməliyik. “Filankəs filan sözü dedi, filan bəyanatı verdi” kimi bir zamanlar məğlubiyyət acımızı ovutmaq üçün istənilən dilucu həqəqətə “urra” dediyimiz günlər geridə qalıb. Azərbaycanın qələbəsindən, Ermənistanın kapitulyasıyasından sonra “val”ı ənənəvi istiqamətə dəyişiblər. Vətən müharibəsindən öncəki strategiyaya qayıdıblar. “Beşinci kolon”u və onun xaricdəki tör-töküntülərini üzərimizə hürdürməklə, ictimai rəydə çat yaratmağa, qalib olduğumuz halda bizə məğlub kompleksi biçməyə çalışırlar.

“İti qovan” əməliyyatı davam edir. Bu, “yal üçün hürənlərə” də aiddir!”

COVID-19-un ən təhlükəli nəticələri AÇIQLANDI
 

“Koronavirus infeksiyasının ən təhlükəli nəticələri ağciyər zədələnməsi ilə əlaqələndirilir ki, onun da bərpası vaxt tələb edir”.

Publika.az xəbər verir ki, bu barədə virusoloq, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski “Lenta.ru”ya danışıb.

“Ağciyərlərdə ciddi ziyan varsa, bu, kifayət qədər uzun müddət təngənəfəslik və digər xoşagəlməz təsirlərə, hipoksiyaya (oksigen çatışmazlığı) səbəb olacaq. Lakin koronavirusun tənəffüs sisteminə təsirini böyük ehtimalla geri çevirmək mümkündür”, - həkim bildirib.

Eyni zamanda mütəxəssis sinir toxumalarına və digər orqanlara virusun zərər verməsi barədə xəbərlərin əlavə təsdiqlənməyə ehtiyac olduğunu qeyd edib:

“Koronavirusun təsirləri barədə daha nə yazmadılar ki... İndi də hər şeyi demək olar, amma təsdiqlənməsini gözləmək lazımdır”.

Şuşa əməliyyatı, xüsusən isə Qırmızı Bazar bölgəsinə endirilən zərbə, habelə düşmənin müdafiəsinin uzandığı ərazilərə bir neçə yalançı zərbə ilə onun (düşmənin — red.) diqqətini yayındıraraq müdafiə ehtiyatlarını cəbhə xətti boyunca uzatmaq - bir klassikadır.

Bunu Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçisi, hərbi ekspert, politoloq Oleq Kuznetsov bildirib.

“Sözügedən əməliyyat Azərbaycan Ordusunun komandirləri və hərbi rəhbərləri arasında həqiqi generalların olduğunu göstərdi. Şuşanın xüsusi coğrafi mövqeyinə əsaslanaraq azad edilməsinə gəlincə isə deyə bilərəm ki, bir neçə əsas mövqeyi ələ keçirib, əsas yardımçı qüvvələrin şəhərə daxil olmasını təmin edən Azərbaycan Ordusunun xüsusi təyinatlıları çox möhtəşəm bir iş gördülər.

Ermənilər mövqelərinə güvənərək Şuşanın müdafiəsinin təşkilinə çox məsuliyyətsiz reaksiya göstərdilər. Lakin bu, heç bir halda Azərbaycan xüsusi təyinatlılarının xidmətlərini azaltmır, əksinə, onlar düşmənin müdafiəsindəki bütün çatışmazlıqları çox dəqiq müəyyənləşdirərək bu əskikliklərdən ustalıqla istifadə etdilər”, - deyə Kuznetsov qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya mənbələrinə istinad etsək, Şuşa yaxınlığında ölmüş erməni hərbçilərinin sayı 300 yox, təxminən 700-800 nəfərdir, bu isə Ermənistan ordusu üçün böyük itkidir:

“Atəşkəsin ardınca öncə 150 cəsəd çıxarıldı, bundan sonra isə Ermənistan rəsmiləri döyüş meydanında ən azı 500 cəsədin qaldığını elan etdi. Bu, həqiqi döyüş idi, cəbhənin çox vacib bir sektorunda erməni ordusu tamamilə məğlubiyyətə uğradı. Və bu mənada Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun ən müasir, ən gözəl, ən şərəfli səhifəsidir”.

Berlində karantin əleyhinə etiraz aksiyaları

Almaniya paytaxtının mərkəzində karantin əleyhinə etirazlar zamanı azı 365 nəfər saxlanılıb. “Qafqazinfo” bildirir ki, bu barədə Berlin polisi tvitterdə məlumat verib.

Nümayişlərdə ümumilikdə 10 mindən çox insan iştirak edib.

 

Yerli vaxtla saat 19:30-dək 365 nəfər saxlanılıb. Əməliyyatda iştirak edən 10 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, Almaniyada noyabrın 2-dən karantin rejimi tətbiq edilir. Belə ki, restoran və barlar yalnız məsəfəli sifarişləri yerinə yetirir, bütün iri tədbirlər ləğv olunub. Bundan əlavə, zərurət olmadan səyahət etmək tövsiyyə olunmur, mehmanxanalarda gecəlik qalmaq qadağandır. Həmçinin bir yerə 10 nəfərdən çox toplaşmağa icazə verilmir. Teatrlar, kinoteatrlar, fitnes klublar, hovuzlar, konsert zalları fəaliyyətini dayandırıb, idman yarışları keçirilmir.

 

 

Fransanın məşhur “Le Monde” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq arzularından bəhs edən məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, məcburi köçkünlər 26 il ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onların Azərbaycan Prezidenti İlham Əliyevin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış şəhər və kəndləri yenidən bərpa etdirəcəyinə inandıqları bildirilir.

“Prezidentimiz hər şeyi yenidən quracaq və biz qayıdacağıq”, - deyə 78 yaşlı Ülkər Allahverdiyeva qeyd edir. O, daha sonra deyir: “Hökumətimizə etibar etmişəm və bu gün də etibar edirəm. Qələbəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik və torpaqlarımıza qayıtmağımızı gözləyirik”.

Məqalədə bildirilir ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Xalq daim doğma yurduna qayıtmaq arzusu ilə yaşayıb. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın və onun ətrafında yerləşən, yalnız azərbaycanlıların yaşadıqları yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, aparılan etnik təmizləmə nəticəsində 600 mindən çox azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Məqalədə Qarabağdan didərgin düşmüş Allahverdiyevlər ailəsi başlarına gələn faciələrdən də bəhs edirlər. Onlar erməni silahlı qüvvələrinin axşam saatlarında kəndlərinə daxil olduğunu, evləri tanklardan atəşə tutduğunu, insanların ayaqyalın günlərlə çöllərdən keçərək qurtulmağa çalışdıqlarını xatırlayırlar.

“Biz, sadəcə, maşına minməyə vaxt tapdıq. Əşyalarımızı, pasportlarımızı götürməyə belə vaxtımız olmadı. Sadəcə, evimin qapısını açarla bağladığımı xatırlayıram. Qaçan zaman avtomobilimiz işləmədi, üç gün piyada getməli olduq. Qarabağda yüzlərlə azərbaycanlının yaşadığı kəndlər kimi, bizim Horovlu kəndimiz də tamamilə dağıdıldı”, - deyə Ülkər Allahverdiyeva bildirir. O, əlindəki şəkli göstərərək deyir: “Bunlar mənim həyat yoldaşım, oğlum və qardaşım oğludur. Döyüşüb şəhid olublar”.

“Hər kəs o torpaqlara qayıdıb iş tapacaq, bir oralarda yeni həyat qurmaq istəyirik”. Bu sözləri isə Ülkər Allahverdiyevanın qızı Mehriban Quliyeva 2016-cı ildə hökumətin yenidən qurduğu Cocuq Marcanlı kəndini misal gətirərək deyir.

Ülkər Allahverdiyevanın tibb texnikumunda təhsili alan 25 yaşlı nəvəsi Günay isə deyir: “Bakını sevirəm, amma mən tibb bacısı işləyəcəyim Horovluya gedəcəyəm”.

Ermənilərin işğal etdikləri kəndlərdə qəbiristanlıqları dağıtmalarına qəzəblənən Rəhman isə bunları deyir: “Onlar mənim atamın cəsədini qazıb çıxarıblar. Qəbir daşlarını sındırdıqları bir yana qalsın, qəbirləri buldozerlə qazmağa və cəsədlərin qalıqlarını çıxarmağa nə ehtiyac var idi?!”. Bu xəbəri Rəhmana onun qardaşının Azərbaycan Ordusunda xidmət edən əsgər oğlu verib. O, Horovluya gedib və kəndin hazırkı vəziyyətini əmisinə təsvir edib.

Rəhman ruhdan düşmədiyini, kəndə qayıdıb orada vaxtilə tikdirdiyi ikimərtəbəli evi yenidən tikdirmək arzusunda olduğunu bildirir.

Onun qonşusu Elçin Hüseynov da ermənilərin bu hərəkətindən qəzəblənir: “Ermənilər otuz ildir torpaqlarımızı talan etdilər. İndi gedəndə evləri yandırırlar. Onlar məhv etdikləri hər şeyə görə cavab verməlidirlər”.

Yazıda o da qeyd edilir ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb və təhlükəsiz yaşamaq üçün əvvəlcə bu ərazilər minalardan təmizlənməlidir.