10 noyabr bəyanatının iki izahı var. Bunlardan biri pessimist və daha doğru olandır. Bu, o qədər pessimistdir ki, insanlar artıq onu qəbul etməkdə çətinlik çəkəcəklər. Atəşkəs haqqında bəyanat faktiki olaraq Qarabağ mövzusunu qapadır. Bu bəyanatda birbaşa deyilmir, amma bəyanat tam olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanıb. Paşinyan isə baş nazir kimi onu imzalayıb. Onu artıq heç kim dəyişə bilməz.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri Jirayr Liparidyan deyib.

“Azərbaycanlılar geri qayıdacaqlar və Azərbaycan hakimiyyəti hər şeyi edəcək ki, maksimal sayda şəxs geri dönsün. Biz də istəyirik ki, Qarabağ erməniləri geri qayıtsınlar. Onlar bu cür Qarabağa dönməyə hazırdırlarmı?

Digər tərəfdən Rusiya maraqlıdır ki, daha çox erməni geri dönsün. Prezident Putin və digər dünya liderləri “Qarabağın statusu müəyyən edilməyib” dedikdə ”Qarabağın müstəqilliyi mümkündür” fikrini nəzərdə tutmurlar. Onlar artıq deyiblər ki, bu mümkünsüzdür, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onlar bunu çox dəqiq müəyyənləşdiriblər.

10 noyabr bəyanatında söhbət müstəqil Qarabağla Azərbaycanın tərkibindəki Qarabağ arasında seçim etməkdən getmir. Bu seçim əgər nə vaxtsa mövcud olubsa, indi artıq o yoxdur. Danışıqlar iki ssenaridə mövcud ola bilər. Qarabağda ermənilərin Azərbaycanın tərkibində coğrafi, ərazi vahidliyi olacaq, yoxsa İlham Əliyevin haqqında bəhs etdiyi mədəni muxtariyyəti ermənilər əldə edəcəklər? Bu isə o deməkdir ki, onların vəziyyəti Türkiyə və İrandakı ermənilərin vəziyyəti ilə oxşar olacaq. Yəni onlar dini azlıq kimi bir sıra hüquqlara sahib ola bilərlər. Yəni özlərinin kilsələri, məktəbləri, bəlkə də qəzetləri və erməni dili dərsləri ola bilər, amma başqa heç nə”, – deyə o bildirib.

Liparidyan Ermənistan rəhbərliyinin hələ də Qarabağın müstəqilliyini tanımağa cəhdlər etməsinin mentalitetlə bağlı olduğunu deyib:

“Mentalitetimiz dəyişməyib. Bu, bizim siyasi düşüncəmizdə əsas problemdir və bu problem 200 ildir belədir. O, yeni deyil. Biz illuziyanı bəyənirik. Arzulamaq bizim həyat strategiyamızdır. Halbuki arzulamaq strategiya deyil”.

Ermənistanda etiraz aksiyaları davam edir və bu aksiyaların fonunda polis orqanları insanları heç bir səbəb gətirmədən həbs edir, onları hara apardığını bildirmirlər.

Axar.az xəbər verir ki, bu barədə İşıqlı Ermənistan Partiyasının deputatı Ani Samsonyan öz Feysbuk hesabında yazıb.

“Bir neçə gün əvvəl mən etiraz aksiyalarında maskalı polislər tərəfindən həbs edilən vətəndaşlarla bağlı Ermənistan polis rəisinə müraciət etdim və bunları bildirdim:

1. Onlar hansı polis bölməsindən olduqlarını aydın şəkildə bildirməlidirlər.

2. Mülki geyimdəki şəxslərin insanları həbs etdiyinin şahidi olmuşam. Məgər qanunvericiliyə görə polislərimiz xidməti müddətində forma geyinmək məcburiyyətində deyilmi?

3. Nəyə görə polislər mülki geyim və maska ilə öz kimliklərini gizləməyə çalışırlar?” - o bildirib.

Qeyd edək ki, 10 noyabrda Qarabağ münaqişəsinin yekunu ilə bağlı üçtərəfli bəyanatın imzalanmasından bəri Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı etiraz aksiyaları keçirilir.

4 il ərzində beynəlxalq güclərin dəstəyi ilə işğal etdiyi torpaqları 30 ildən sonra cəmi 44 gündə itirən ermənilər, özlərinin də dedikləri kimi, tarixlərinin ən ağır, rüsvayçı məğlubiyyətlərini yaşayırlar. Ermənistan ordusu darmadağın edilib, az qala, döyüşə göndərməyə tank, qırıcı, hərbi maşın tapa bilmirdilər. Yəqin, bəşər tarixində heç bir ordu qısa müddətdə bu cür darmadağın edilməyib.

Fikrimcə, Ermənistanın bu ağır məğlubiyyətə uğramasının başlıca səbəbkarı ağılsız, populist fikirləri ilə Azərbaycanı müharibəyə təhrik edən Baş nazir Nikol Paşinyandır. Amma qəribədir ki, erməni cəmiyyətinin bir qismi hələ də Nikola etimad bəsləyir. Onun reytinqinin 30 faiz civarında olduğunu beynəlxalq reytinq təşkilatları yenicə açıqlayıb.

Ölkədə Nikolun istefası üçün keçirilən aksiyalara gözləniləndən xeyli az insan toplaşır. Hətta erməni rejissor Mqer Mkrtçyan deyib ki, İrəvanda taksi üçün gediş haqlarının artırılması əleyhinə etirazlara kapitulyasiya haqqında razılaşmaya qarşı etirazlardan daha çox insan toplaşmışdı.

Sanki erməni cəmiyyəti Paşinyanın hakimiyyətdə qalmasına, kapitulyasiya imza atmasına razıdır. Bunun bir neçə səbəbi ola bilər, amma biz əsas ehtimalları yazaq:

1. Ermənilər dildə “biz Azərbaycana bir kənd belə verməyəcəyik” desələr də, əslində, altşüurda bu torpaqların onların olmadığını bilirdilər. Və başa düşürdürlər ki, bir gün Azərbaycan xalqı özünün olanı almağa gələcək.

Buna görə də ermənilər labüd bir şeyin baş verdiyini anlayırlar və bu reallıqla barışmalı olduqlarını qəbul edirlər.

2. Erməni cəmiyyəti öz yaralarını sarımaqla məşğuldur. 10 mindən çox itkisinin, yaralı, itkin, əsirlərinin hayındadırlar. Ona görə də indi onu hakimiyyətdə Paşinyanın, ya da qeyri birisinin olması o qədər də maraqlandırmır.

3. Ermənilər Azərbaycan Ordusunun ağlasığmaz qəhrəmanlığı qarşısında mat vəziyyətinə düşüblər. İrəvana daşınan minlərlə meyit erməni cəmiyyətinə şok yaşadıb. Ermənilər qorxurlar ki, onlar Paşinyanı devirərlər, yerinə gələn şəxs kapitulyasiyanı pozaraq Azərbaycanı yeni müharibəyə təhrik edər. Bu isə erməni cəmiyyəti üçün növbəti dəhşətə, əlavə itkilərə səbəb olar.

İstənilən halda hazırda ermənilər Paşinyanı devirməkdə maraqlı deyillər – onun uğursuz, rüsvayçı “lider” olmasını bilməklərinə baxmayaraq.

Bizə isə bunu demək qalır: Azərbaycan Ordusu işğalçı erməni cəmiyyətini elə bir duruma salıb ki, o, bütün qəlbi ilə nifrət etdiyi Nikol Paşinyanı qorumağa, onu hakimiyyətdə saxlmağa məhkumdur.

Hindistan COVID-19 peyvəndinin inkişafında ön sıralarda yer alır. Buradakı bəzi qurumlar sahib olduğu güclü və yüksək potensiallı elmi cəmiyyəti ilə inkişafın ön mərhələsindəsindədir. Hindistanın ən yaxşı institutları hesab olunan Əhmədabadda "Zydus" Biotexnika Parkı, Heydərabadda "Bharat" Biotexnika və Pune şəhərində yerləşən Serum institutu tərəfindən həyata keçirilən COVID-19 peyvəndinin hazırlanması və istehsal prosesi ilə bağlı geniş bir araşdırma aparmaq, həmçinin bu prosesdə iştirak edən alimlərə mənəvi dəstək olmaq üçün 28 noyabr 2020-ci il tarixində Hindistanın Baş naziri Narendra Modi bu 3 şəhərə səfər etdi. Baş nazir Modi bildirdi ki, Hindistan yalnız peyvənd araşdırmalarına görə ön sıralarda deyil. O, eyni zamanda dünyada peyvənd istehsalı üçün həlledici rol oynayacaq. Hindistan virusla birgə mübarizə zamanı digər ölkələrə köməklik göstərməyi özünə mənəvi borc hesab edir. Növbəti ay 100 ölkənin səfirinin Hindistanın Serum İnstitutu və Gennova Məhdud Biofarmakologiya institutuna ziyarət etmələri planlaşdırılır. COVID-19 böhranı zamanı Hindistan 133 ölkəyə dərman tədarük edərək pandemiya ilə mübarizədə dünyanın əzcaçısı rolunu oynayıb.

Hökümətin qəbul etdiyi sürətli və təşəbbüskar qərarlar ölkəyə pandemiyanın yayılmasına nəzarət etməyə köməklik göstərir. Hindistan, hökumət və institusional səviyyədə virusa qarşı dərhal önləyici tədbir görən ölkələrdən biri idi, burada 17 yanvar 2020-ci il tarixindən sərnişinlərin yoxlanılmasına start verilib, ölkədə yalnız 500 virusa yoluxma halı qeyd olunmasına baxmayaraq 24 mart 2020-ci il tarixində pandemiya ilə mübarizə üçün kifayət qədər infrastruktur və digər imkanlar yaratmaq məqsədilə bütün ölkə üzrə karantin rejimi tətbiq olundu və bununla da dünyada ilkin olaraq karantin rejimini tətbiq edən ölkələr sırasına yer aldı. Baş nazir Modi özü ölkədəki COVID-19 pandemiyası ilə bağlı vəziyyəti şəxsən nəzarət edir və son 9 ay müddətində demək olar ki hər həftə ən az bir dəfə COVID-19 ilə əlaqədar iclasa rəhbərlik edir və bunların əksəriyyəti ictimaiyyətin diqqətindən kənarda qalırdı. O, səhiyyə işçiləri və idmançılar, eləcə də mətbuat nümayəndələri və radio aparıcıları kimi cəmiyyətin bütün təbəqələri ilə qarşılıqlı ünsiyyətdə olub, onları insanları məlumatlandırmağa, öyrətməyə, təcrübələrini aşılamağa və yüksək bacarıqlarını istifadə etməyə təşviq edib.

Baş nazir Modi 24 mart tarixində tamamilə karantin rejiminin tətbiq olunmasının lazım olduğunu bildirəndə, virusa yoluxma halı yalnız bir həftə ərzində 10.9% -dən 19.6% -ə qalxmış və 3 gündən biraz çox müddətdə ikiqat artma halı qeyd olunmuşdu. O vaxta qədər heç bir ölkənin bu qədər erkən qəbul etmədiyi bütün ölkə üzrə karantin rejiminin tətbiq olunması ilə bağlı bu qərarı Baş nazir Narendra Modi qəbul etmişdi. Bu qərar Hindistanın trayektoriyasını dəyişdirdi. Karantin rejimi ilə bağlı seçim gec həyata keçirildiyi təqdirdə, artıq üst səviyyəli mərhələyə daxil olunduğu üçün bu qərar həqiqətən kömək etməzdi. Bu vaxta qədər xəstəxanalar artıq dolmuşdu və ölüm halları artırdı. Bundan başqa, bu, pandemiyanın müalicəsinin aparılması üçün hökumət tərəfindən infrastrukturun yaradılması istiqamətində həlledici bir dövr idi. Hindistan karantin müddətindən istifadə edərək 15.362 xüsusi COVID-19 səhiyyə müəssisəsi, 1540000 təcrid olunmuş çarpayı, 27000 oksigen dəstəkli yataq və reanimasiya şöbəsi üçün 78.000 çarpayı təsis etdi. Ölkədəki dövlət xəstəxanaları 32.400 nəfəs aparatı ilə təmin olundu. Bu rəqəmi son 70 ildə dövlət xəstəxanalarının cəmi 12 min nəfəs aparatı ilə sahib olması faktı ilə müqayisə edin! Həmçinin ştat hökümətləri 37 milyon N95 maskası və şəxsi mühafizə üçün nəzərdə tutulan 16 milyon tibbi avadanlıq ilə təmin olundu.

Müxtəlif ölkələrin pandemiyaya qarşı mübarizədə nə qədər uğur qazandığı ilə bağlı sual soruşulanda, hər ölkə üzrə ümumi yoluxma sayına baxmaq asan yoldur. Ancaq bir ölkənin fəaliyyətinin həqiqi ölçüsü bir milyon yoluxma halına düşən ölüm sayı ilə müəyyən olunur. 28 noyabr tarixindən etibarən Hindistanda bir milyon əhaliyə 6.731 yoluxma halı rast gəlib ki, bu da pandemiyadan çox təsirlənən digər ölkələrə nisbətən daha az rəqəmdir. Bir milyon əhaliyə düşən ölüm sayına gəlincə, Hindistanda bir milyon əhali üzrə cəmi 98 ölüm halı qeyd olunub. Hal-hazırda Hindistanda şkala üzrə aşağı tendensiya müşahidə olunur. Ən yüksək yoluxma halı sentyabr ayının ortalarında baş vermişdir və bu rəqəm gündəlik 97.894 yoluxma halı idi və 26 noyabr tarixində isə artıq cəmi 43.174 yoluxma halı qeyd olunub.

Bütün ölkədə pandemiya ilə mübarizə aparılan zaman, təcili olaraq eyni zamanda yoxsulluqla mübarizə aparmaq şərt idi və bu dayandırılmanın yoxsullar üçün çətinlik yaratmamasına ehtiyac duyulurdu. Hökumət qadınlara, yoxsul yaşlı vətəndaşlara və fermerlərə pulsuz ərzaq taxılı və nağd pul vermək, fermerlərə dəstək olmaq, tikinti və inşaat işçilərinə müavinət vermək, yoxsul ailələrə pulsuz qaz balonları ilə təmin etmək üçün hərəkətə keçdi. Nümunə olaraq qeyd etmək olar ki, Hindistanda 420 milyon əhali təxminən 10 milyard ABŞ dolları dəyərində maddi yardım aldı.

Ölkədə erkən karantin rejiminin tətbiqinin, eləcə də iqtisadiyyatın daha erkən zamanda fəaliyyətinin davam etdirilməsinin təsiri əksər yüksək tezlik göstəricilərində yüksəliş ilə müşahidə olunur. İstehsalat satınalmaları üzrə menecerlər indeksi (PMI) sentyabr ayında 56,8-dən 2020-ci ilin oktyabr ayında 58,9-a qalxdı və bununla da, son on ilin ən yüksək göstəricisi qeyd olundu. PMI Xidmətləri indeksi də həmçinin oktyabr ayında 54.1-ə yüksəldi və yeddi aylıq kiçilmə ardıcıllığına son qoyaraq bazar şərtlərinin yaxşılaşdığına işarə etdi. Sərnişin nəqliyyat vasitəsi satışlarında 2020-ci ilin oktyabr ayında 2 faiz artım müşahidə olundu, iki təkərli avtomobilin daxili satışlarında isə 16,8 faiz yüksəlif oldu və bu göstəricinin istehlak tələbi üçün yaxşı göstərici olduğu bildirilir. Vergi yığımları səkkiz ayın ən yüksək səviyyəsinə yüksəldi və illik 10,2 faiz artım ilə müsbət bir il kimi qeyd olundu. Dəmiryol yükdaşıması oktyabr ayında 15,4 faiz, noyabrın ilk 10 günündə 13,6 faiz artdı. Oktyabr ayında yük daşıma həcmində 1,23 faiz artım qeyd olundu və bununla da, əvvəlki ilin səviyyələrinə görə yüzdə yeddiyə çatdı. Yerli aviasiya sərnişinləri may ayında 2800000-dən avqust ayında 28320000-ə, sentyabr ayında 39430000-dən və oktyabr ayında 52710000-ə qalxdı. Hindistanın ÜDM-ində 20-ci maliyyə ilinin 2-ci kvartalında 7.5% azalma müşahidə olundu, müqayisədə 20-ci maliyyə ilinin birinci kvartalında 23.9% azalma qeyd olunmuşdu. Bu iki kvartal ərzində, xüsusi istehlak xərclərində də həmçinin böyük bir irəliləyiş görülə bilər və bu, Hindistan istehlakının yaxın bir neçə ay ərzində yenidən inkişaf edəcəyinə bir işarədir.

Hindistanın Bakıdakı səfiri B.Vanlalvavna

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.

Axar.az xəbər verir ki, N.Paşinyan Feysbuk üzərindən açıqlamasında oktyabrın 19-da ona Qarabağ separatçı-terrorçularının başçısı Araik Arutyunyanın zəng etdiyini bildirib:

“O dedi ki, müharibəni dayandırmaq lazımdır. Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını “dqr”in “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir”.

Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:

“Putin dedi ki, müharibənin dayanması üçün danışıqların məntiqinə uyğun olaraq Qarabağın statusu məsələsindən imtina etməli, keçmiş DQMV-nin ətrafında olan rayonları qaytarmalısınız və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir”.

Paşinyan deyib ki, səslənən təkliflərə sülhməramlıların keçmiş DQMV-nin sərhədlərinə və Laçın dəhlizinə yerləşdirilməsi şərti ilə razılıq verib.

“Bu variantı Arutyunyana çatdırdım, Arutyunyan razı olduğunu bildirdi. Bundan sonra parlamentdəkənar partiyaların da iştirakı ilə iclas çağırdım və qəbul olunan qərarı onlara elan etdim. İslasda bir çoxları bunu narazılıqla qarşıladı, iclasdan sonra isə bəziləri sosial şəbəkələrdə “artsax” uğrunda ümummilli mübarizəni dayandırmağın xainlikdən başqa bir şey olmadığını yazdı”, - Paşinyan deyib.

Erməni baş nazirin sözlərinə görə, həmin gün parlament fraksiyalarının iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda ölkə prezidenti və bütün ermənilərin katalikosu da iştirak edib:

“Mən müxalifətə elan etdim ki, hansısa məsuliyyəti onların üzərinə yıxmaq istəmirəm, sadəcə, məlumat verirəm ki, belə bir addım atmağı nəzərdə tuturam, sonra elə çıxmasın ki, xalqdan gizli nəsə etmək istəyirəm. Həmin vaxt ictimai bir açıqlama versəydim, Azərbaycan təklif olunan ssenaridən imtina edəcəkdi, erməni tərəfi isə çox çətin bir vəziyyətə düşəcəkdi”.

Paşinyan bildirib ki, iclasdan sonra Putinə zəng edərək, təkliflərə razı olduğunu deyib. Putin isə bildirib ki, Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə edib, sabah ona zəng edəcək:

“Səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bildirdilər ki, Qarabağın statusu müəyyən edilmədən hər hansı razılaşmaya qarşı çıxırlar. Onlar həm də bunu Ermənistanın keçmiş prezidentləri adından dediklərini bildirdilər.

Ancaq bunlar artıq vacib deyildi, mən artıq qərar vermişdim və sona qədər getmək istəyirdim”.

Növbəti gün, söz verdiyi kimi, Rusiya Prezidenti zəng edir. Putin deyir ki, İlham Əliyev buna razıdır, ancaq tələbləri var: sülhməramlılar keçmiş Dağlıq Qarabağın ərazisi boyu deyil, Azərbaycan Ordusunun dayandığı yerdən sonra – faktiki təmas xəttinə gələ bilər. Həmin vaxt Hadrut və Talış artıq Azərbaycan Ordusunun nəzarətində idi və onlar geri çəkilmək fikrində deyildilər:

“Bundan başqa, İlham Əliyev tələb etmişdi ki, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtmasını mütləq təmin etməlidir.

Bu şərtlə mən atəşkəsə razı ola bilməzdim. Belə ki, hətta Hadruta razılaşsam da, Şuşanın geri verilməsi ilə heç cür razılaşa bilməzdim. Prezident Putin təəccübləndi ki, niyə mən azərbaycanlıların geri qayıtmasına qarşıyam. Onda mən öz arqumentlərimi dedim və Putin onların “məntiqli olduğunu” bildirdi”.

Paşinyan deyib ki, azərbaycanlıların Şuşaya geri qayıdacağına razılaşsaydı, onda bu ərazidə sayca azərbaycanlılar böyük üstünlük qazanacaqdılar və Xankəndi yolu məsələsi gündəmə gələcəkdi: bu yolu kim və necə nəzarət edəcəkdi?

Paşinyan həmçinin deyib ki, bu şərtə razılaşacağı halda Azərbaycanın yeni tələbləri başlayacaqdı: məsələn, Şuşadan Qırmızı Bazara qədər olan yola nəzarət.

Paşinyanın bundan sonra təklif edilənlərin sonuncusu – “ən pis təkliflə” niyə razılaşdığını hələlik açıqlamayıb.

Xatırladaq ki, bundan öncə Paşinyan müharibənin qaçılmaz olması səbəblərinə aid öz yanaşmasını təqdim etmiş və dərhal da çox ciddi təkziblər və iradlarla qarşılaşmışdı. Xüsusilə eks-prezident Serj Sərkisyanın kürəkəni Minasyan Paşinyanı manipulyasiyada, xalqı növbəti dəfə aldatmaqda ittiham etmişdi.

13:31

Hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status və gələcəkdə referendum qarşılığında verməyə hazır idi. Amma Azərbaycan bununla razılaşmadı və yeni tələb irəli sürdü. Azərbaycanın tələbi belə idi: Qarabağ və Laçın koridoru üçün heç bir status olmayacaq!

Axar.az xəbər verir ki, bu sözləri Nikol Paşinyan sosial şəbəkə hesabında qeyd edib.

Paşinyan qeyd edib ki, Şuşa məsələsi 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilib. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalıdır.

Paşinyan iddia edib ki, 2013-cü ildən etibarən 2016-cı ilin aprel müharibəsinə qədər Azərbaycan sərhəddə gərginliyi artırmağa başlayıb:

“Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yerinə yetirməməyə və birtərəfli qaydada tələblərini irəli sürməyə davam etdi. 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra bütün bunlarla tanış oldum. Nə edə bilərdim? Xalqa müraciət edib, "Dostlar, vəziyyət belədir — ya Qarabağın statusu olmadan yeddi bölgədən imtina edirik, ya da müharibə olacaq” deyə bilərdim.

Onda insanlar nə deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı və elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. “Əraziləri qaytarırıq” desəydim, bu səfər insanlar "Nikol xaindir" deyəcəkdi və müharibə yenidən başlayacaqdı”.

Baş nazirin sözlərinə görə, məsələni Türkiyə-Azərbaycan hərbi təlimləri mərhələsində danışıqlar yolu ilə həll etməyə çalışsaydı (yəni iyuldakı gərginlik (Tovuz təxribatı nəzərdə tutulur – red.) ilə sentyabrdakı müharibə aralığında), ondan qoşunların geri çəkilməsi üçün xüsusi bir cədvəl tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq və yenə müharibə başlayacaqdı:

“Beləliklə, 2018-ci ildən sonra Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, bundan yalnız bir çıxış yolu vardı - ərazilərin qeyd-şərtsiz geri qaytarılması və Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət olmadan yeni bir müharibə riski!”

Paşinyan yazır ki, müharibə başlayan kimi onu dayandırsaydı, eyni şey olacaqdı — yeddi rayonu geri vermək:

“İndi bir çox insan deyir ki, Ermənistan öz dostları ilə daha yaxından əməkdaşlıq etməli idi. Amma kim deyir ki, dostların məsələnin həllinə fərqli baxışları var idi? Ən azından indi, düşünürəm ki, onların baxışlarının yuxarıda göstərilənlərlə tamamilə üst-üstə düşdüyü aydın oldu.

Bütün deyilənlərin fonunda Ermənistan mümkün qədər müharibəyə hazırlaşırdı. Bəlkə də zəif hazırlaşdı, amma iyul döyüşləri ən azından Azərbaycana qarşı yaxşı hazırlaşdığımızı göstərdi. Ancaq Türkiyə və muzdlular daha sonra müzakirə ediləcək başqa bir hekayədir”.

Ermənistanın baş naziri onu da qeyd edib ki, hazırda vəziyyəti sabitləşdirmək lazımdır:

“Əsas məsələ əsirlərin geri qaytarılması və itkin düşənlərin aqibətinin aydınlaşdırılması ilə bağlı işlərdir. Bu məsələ çox sürətlə həll edilməlidir.

Düşmən görür ki, məsələnin təxirə salınması Ermənistanda vəziyyəti daha da gərginləşdirməyə kömək edir, hətta toqquşmalara səbəb olur. Bu halda əlbəttə, onlar əllərini sallayıb gözləyəcəklər ki, bu, Ermənistanda hansı daxili gərginliyə səbəb olacaq”.

Paşinyan buna görə daxili çəkişmələri bir kənara qoyub, bütün gücləri birləşdirməyi təklif edib.

Belə qalmaqallı qətnamənin indi - müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra və Ermənistan qoşunlarının, demək olar, bütün ərazilərdən çıxarıldığı vaxtda qəbul edilməsi Fransanın əvvəllər olduğu kimi, Cənubi Qafqazda baş verənlərə biganə olduğunu göstərir. Onlar bundan yalnız Türkiyə və Rusiyaya təzyiq göstərmək üçün növbəti vasitə kimi istifadə edir.

Axar.az Report-a istinadən xəbər verir ki, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyinin baş direktorunun müavini Andrey Petrov Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib.

“Bu sənədin qəbul edilməsinin əvvəllər də heç bir mənası yox idi, o ki qaldı indi ola. Çünki münaqişə, demək olar, tamamilə həll edilib və bu cür tanımalar heç nəyə təsir etmir. Qeyd etmək lazımdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən çıxıb, özü də çoxdan – hələ müharibə dövründə Makronun Ermənistanı dəstəkləyən tamamilə təxribat xarakterli açıqlamalar verdiyi andan. Hələ o zaman Azərbaycan qeyd edirdi ki, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalmasına imkan vermir, çünki həmsədr neytral olmalıdır”, - o bildirib.

Politoloqun fikrincə, bu qətnamənin qəbulu Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərəcək:

“Qətnamənin heç bir hüquqi qüvvəsi olmasa da, çox güman ki, hökumət tərəfindən dəstəklənməyəcək olsa da, bu, nədənsə indi erməni millətçi işğalçı əhval-ruhiyyəsini dəstəkləməyə qərar verən Fransadakı siyasi qrupların bəyanatıdır. Bu nə deməkdir? Bu, o deməkdir ki, həmin senatorlar üçün Azərbaycan ilə Fransa arasındakı münasibətlərin gələcəyi, Azərbaycanın Fransa mədəniyyəti, ticarəti üçün artıq etdikləri, Fransa biznesinin Azərbaycanda mövcud olması heç bir əhəmiyyət kəsb etmir. Nədənsə heç kim “Total”ın Azərbaycanın neft-qaz layihələrindəki payını xatırlamır. Beləliklə, bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Azərbaycan ilə Fransa arasındakı münasibətlərin pisləşəcəyi qənaətinə gələ bilərik”.

Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma "dqr"in "tanınması"nın zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib.

İranda ötən sutka ərzində 13 961 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, bunu Trend-ə bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 908 346 nəfərə çatıb. Virus daşıyıcılarından 5 849 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 482 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 46 689 nəfərə yüksəlib.

Sadat Lari İranda indiyədək 633 275 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək 5,95 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.

Avropa ABŞ-ın İran nüvə razılaşmasına qayıtması üçün Cozef Baydenə təzyiq etməyəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Fransa, Almaniya və Britaniya nüvə razılaşmasını əvvəlki kimi dəstəkləyir, amma onlar İranda iyunda keçiriləcək prezident seçksindən öncə razılaşmaya tam qayıtmaq niyyətində deyillər.

Bu ölkələrin hadisələrin inkişafını gözlədikləri qeyd edilib.

     

08:00

Ermənilər silahlı qüvvələrinin inkişafına kifayət qədər əhəmiyyət vermədilər. Xüsusilə Serj Sərkisyanın hakimiyyətinin dövründə ölkədə korrupsiya çiçəkləndi, davamlı maxinasiyalar var idi. İnsanlar bu idarəetmədən onsuz da qəzəblənmişdilər.

Axar.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Aleksandrov Ermənistanın müharibədə məğlub olmasının səbəblərini açıqlayarkən deyib.

“Qərb də həmişə olduğu kimi, bundan istifadə edərək, öz adamını ortaya çıxardı. O da (Paşinyan - red.) yaxşı şüarlarla həm çevrilişdə, həm də seçkidə qalib gəldi. Paşinyan ordunu gücləndirdimi? Sadəcə bir neçə “İsgəndər” almaqla bəzi simvolik jestlər etdi. Daha yaxşı olardı ki, Paşinyan “İsgəndər”lərin əvəzinə onlarla “Kornet” tank əleyhinə raket kompleksləri alardı. Amma Paşinyana şou göstərmək lazım idi. O, piar ustasıdır, ictimaiyyət qarşısında şou göstərməyi sevir”, - Aleksandrov bildirib.