Baykal gölündə (Rusiya) 5,5 bal gücündə zəlzələ baş verib, təkanlar İrkutskda hiss olunub. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
“Bu gün 05:45-də (Bakı vaxtı ilə 01:45-də –red.) İrkutsk vilayətinin ərazisində seysmoloji hadisə qeydə alınıb. Episentrdə intensivlik 7,6 bal, İrkutskda 5-6 bal olub. Maqnitudası 5,5, enerji sinfi 14,0 olub”, - məlumatda deyilir.
Episentrin Buryatiya Respublikasının Kaban rayonunda Baykal gölündə olması dəqiqləşdirilir.
İrkutsk sakinləri yerli vaxtla saat 05:45-də 5-6 bal gücündə təkanlar hiss ediblər.
Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.
M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib:
“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.
Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.
Ötən gün Aparan rayonunda 7 kəndin aksiya keçirməsi və Paşinyanı dəstəkləməsi müxalifəti şoka salıb.
Axar.az xəbər verir ki, artıq bu gün erməni mediası bu kampaniyaların təşkil olunduğunu bildirəm iddialarla çıxış edib.
Bildirilir ki, hakim partiyanın deputatları bu prosesdə aktiv iştirak edirlər. Məsələn, Mənim Addımım fraksiyasının deputatı Ayk Sərkisyan Paşinyanın istefasını tələb edən Spitak şəhərinin bələdiyyə başçısı Qagik Saakyana və şəhərin Şura üzvlərinə iş yerlərinə daxil olmağa maneə törətmək məqsədilə dünən axşam saatlarında 5000 dram verərək etirazçı qrup yığıb.
Bildirilir ki, Paşinyanın göstərişi ilə onun istefasını tələb edən digər yerli strukturlarda da analoji aksiyalar planlaşdırılır.
İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə, Ermənistan və Azərbaycan arasında müharibənin başa çatmasına sevinir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
H.Ruhaninin sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün plan hazırlayaraq xüsusi nümayəndəsini Rusiya, Azərbaycan və Ermənistana ezam edib. İran atəşkəsin möhkəmlənməsində konstruktiv rola sahib olmağa hazır olduğunu elan edib.
Ruhani əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığın inkişaf etdirilməsi üçün iki ölkənin sərhədlərindən istifadə edilməlidir. Hazırkı şəraitdə iki ölkənin əməkdaşlığı üçün daha əlverişli şərait var.
Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, keçmiş və qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən Niderland parlamentinin ultra-sağçı, antitürkiyə və faşist ideologiyasına mənsub ermənipərəst deputatlarının qaranlıq və soyqırımlarla zəngin tarixlərinə baxmaları daha doğru olar. Sahəsi Azərbaycandan az – 41.528 km, əhalisi isə az fərqlə çox – 17.306.912 nəfər olan bu ölkə dünya tarixinə misilsiz soyqırım aktları törədərək iz qoyub.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunması haqda danışarkən deyib.
O bildirib ki, bu gün Azərbaycan və Türkiyə əleyhinə əsassız iddialarla çıxış edən və heç bir hüquqi əsası olmayan “tövsiyə xarakterli” qətnamələr qəbul edən ölkələrin nədənsə yaxın keçmişləri soyqırım, qətliam və insanlığa yaraşmayan aktlarla zəngindir:
“Reallıqla heç cür barışmaq istəməyən bu qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.
Keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdı. Fildişi Sahili, Qana, Cənubi Afrika, Anqola, Namibiya və Seneqalda müstəmləkəsi olan Niderland eyni zamanda irqçiliyin də banilərindəndir. Afrikadakı müstəmləkələrini nəzarətdə saxlamaq üçün yerli qaradərili xalqları kütləvi qətl edən, sağ qalanları isə Şimali və Cənubi Amerikadakı müstəmləkələrinə kölə kimi aparan bu ölkə fərqli qitələrin ağdərili və qaradərili insanlarının da bir-birinə irqçilik etməsinə zəmin yaradıb”.
Politoloqun sözlərinə görə, ərazisinə görə Fransadan xeyli kiçik olan Niderlandın soyqırım tarixi Fransadan böyükdür:
“Niderlandın Afrikadakı müstəmləkə izlərindən ən çox bilinəni xoixoi xalqına qarşı soyqırımdır. 1659, 1673 və 1674-1677 illər ərzində xoixoi qəbiləsini kölələşdirmək üçün ard-arda soyqırımlar edən Niderland, görəsən, bu faktları unudub, ya unutmaq istəyir?
Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdu. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilmişdi. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. Halbuki bu gün bu ölkənin parlamentinin deputatları Azərbaycanı radikal islamçılıqda və terrorçuluqda ittiham edir. Görəsən, İndoneziyada illərlə aparılan missioner fəaliyyəti, müsəlman əhalinin sıxışdırılması, soyqırıma məruz qalması nədir?
Biz Niderlad parlamentinə bu və bu kimi bir çox real tarixi faktları təqdim edə bilərik. Bəlkə bu zaman kimi nədə ittiham ediklərini anlayar, reallığın şilləsi ilə özlərinə gələrlər”.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, A, B, C və D qruplarındakı matçlardan sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşəcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
9 dekabr
A qrupu
00:00. "Bavariya" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
00:00. "Zaltsburq" (Avstriya) - "Atletiko" (İspaniya)
Bavariya - 13, Atletiko - 6, Zaltsburq - 4, Lokomotiv - 3.
B qrupu
00:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Real" (İspaniya) - "Borussiya" (Münxenqladbax, Almaniya)
Borussiya - 8, Şaxtyor - 7, Real - 7, İnter - 5.
C qrupu
00:00. "Olimpiakos" (Yunanıstan) - "Portu" (Portuqaliya)
00:00. "Mançester Siti" (İngiltərə) – “Olimpik” (Marsel, Fransa)
Mançester Siti - 13, Portu - 10, Olimpiakos - 3, Olimpik - 3.
D qrupu
21:55. "Ayaks" (Niderland) - "Atalanta" (İtaliya)
21:55. "Midtyulland" (Danimarka) - "Liverpul" (İngiltərə)
Liverpul - 12, Atalanta - 8, Ayaks - 7, Midtyulland - 1.
H qrupu
21:55. PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə)
Leyptsiq - 12, PSJ - 9, Mançester Yunayted - 9, Başakşəhər - 3.
Bu gün müxtəlif mənbələrdən mülki geyimdə olan Azərbaycan hərbçilərinin Vardenisdəki restoranların birində nahar etdikləri barədə məlumat almışıq.
Axar.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından deputat İveta Tonoyan parlamentdəki çıxışında deyib.
Tonoyan iddia edib ki, guya Azərbaycan hərbçiləri Vardenisdəki mağazalardan da alış-veriş ediblər.
“Əlbəttə, Milli Təhlükəsizlik Xidməti öz üslubunda bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın nəyə dəydiyini gördük. Biz Qarabağın 75 faizini itirdik”, - Tonoyan bildirib.
Xatırladaq ki, Ermənistan Kəlbəcəri işğalda saxladığı müddətdə dövlət sərhədini bir neçə istiqamətdə irəli çəkib. Hazırda Azərbaycan Ordusu sərhədləri bərpa edir və bu bərpa zamanı da Ermənistanın ərazisinə qatılan yerlər geri alınır.
Qeyd edək ki, bu rayon 1969-ci ilə qədər Basarkeçər adlanıb. Basarkeçərin 37 kəndindən 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kənd olub. 1969-cu ildə ermənilər rayonun adını dəyişib, 1988-ci ilin 28 noyabrında isə silahlı ermənilər bu kəndlərə hücum edib, 34 nəfəri döyə-döyə öldürüblər. Azərbaycanlılar qışda buranı tərk edib, dağ yolu ilə Kəlbəcərə qaçmağa çalışıblar. Kəlbəcərə gələrkən dağlarda daha 12 nəfər donvurmadan ölüb.
Yəqin ki, ötən gün Belarus lideri Aleksandr Lukaşenko ilə Ermənistanın sabiq prezidenti Serj Sərkisyan arasında Qarabağla bağlı gizli danışığın səs yazısından hamı xəbərdardır.
Teleqram kanalında yayılan və erməni mediasının ötən gün böyük həvəslə tirajladığı səs yazısında Lukaşenko məhz müharibədən qaçmaq üçün Ermənistanın bütün ordusunu Azərbaycan ərazilərindən çıxarması, 7 rayonun təhvil verilməsini Sərkisyana təklif edir.
Ermənistan mediasının istinad etdiyi mənbə - “Baqramyan26” Teleqram kanalı (Baqramyan-26 Ermənistanın hökumt binasının yerləşdiyi ünvandır) “nədənsə” danışıqların müəyyən hissəsini yayıb. Bu yayılan hissədə Sərkisyan 7 rayondan çıxmamaqda israr edir, o rayonlar uğrunda 5 min nəfərin öldüyünü bildirir və “niyə elə-belə çıxmalıyam” soruşur. Lukaşenko isə “elə-belə deyil, İlham Əliyev 5 milyard verir” deyir.
Sərkisyanın “6 milyard verirəm, qoy o, 7 rayondan imtina etsin” sözlərindən sonra danışıq yekunlaşır. Daha doğrusu, səs yazısı burda kəsilir.
Lukaşenkonun Böyük Vətən müharibəsini xatırlatması, “biz 30 milyon insan itirdik, indi Almaniya ilə müharibə aparırıq?” deyə, müharibənin mütləq sülhlə bitməsi haqda təkidi, Sərkisyana arqumentinin zəif olduğunu bildirməsi və onun inadından təəccüblənməsi də yetərli deyil. Bu gizli danışıq daha genişdir və “Baqramyan26” o hissələri yaymaqda maraqlı olmayıb.
Sərkisyanın hiyləgər oyunu üzə çıxdı
Bu gün Sərkisyanın ofisindən “daxil olan minlərlə müraciətə” görə bu səs yazısına aydınlıq gətirilib. Özünü bu səs yazısının yayılmasından xəbərsiz kimi aparan Sərkisyanın mətbuat xidməti guya təsadüfən ortaya çıxan bu səs yazısının həqiqi olduğunu təsdiqləyib. Ancaq bununla kifayətlənməyib, “detallara” da varıb.
Açıqlamada qeyd edilib ki, səs yazısı 2016-cı ilin payızında İrəvanda keçirilən MTMT iclasında Lukaşenko ilə dialoqdandır.
Diqqət etdinizmi? 2016-cı ilin payızı.
Sərkisyan nəinki bu səs yazısını kəsib-montaj edərək yayır, həm də tarixi saxtalaşdırır və guya bu danışığın Aprel savaşından sonraya təsadüf etdiyini sırımağa çalışır. Halbuki bu söhbət daha əvvəl olub – faktı təqdim edəcəyik.
Bu haqda informasiyalar da çoxdan – hətta 2011-ci ildən dolaşırdı. Bildirilirdi ki, Azərbaycan Ermənistana ordusunun çıxarılması üçün kompensasiya təqdim etməyə hazır olduğunu bildirib.
2014-cü ilin avqustunda isə “Politrus” müzakirənin detalları ilə bağlı sensasion sayıla biləcək məqamları açıqlamışdı. Məlumatda bildirilirdi ki, Dağlıq Qarabağda erməni muxtariyyəti saxlanılır, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, Ermənistan öz ordusunu tamamilə çıxarır və bölgəyə KTMT sülhməramlıları yerləşdirilir. Sülhməramlıların təxminən 20 min olması barədə də müzakirələr gedib.
Sərkisyan Azərbaycanın təklif etdiyi 5 milyard dollara razı olmayıb – səs yazısında deyildiyi kimi və... ON MİLYARD istəyib (Bu haqda həmin vaxt dərc olunan məqalə BURADA).
Bax, mahiyyət də bundadır: Sərkisyan o torpaqlar üçün savaşdıqlarını əsas gətirərək, alver edib, “5 min adam ölüb” deməklə, erməni qanını satmaq istəyib. Adamın mahiyyəti bundadır.
Azərbaycanın buna razı olub-olmaması və digər müzakirələr barədə heç nə deyilmir.
Erməni mediası bunu niyə aktuallaşdırdı?
Niyə məhz dünən yayıldı bu səs yazısı və niyə Sərkisyan bu gün təsdiqləməklə qalmadı, həm də vaxtını və yerini saxtalaşdırdı?
Məqsəd aydındır: Siyasi meyit olan Sərkisyan yenidən dirilmək istəyir və saxtakarlığa başlayıb. Əks halda gizli danışıqlar bütün təfsilatı ilə təqdim edilər, Sərkisyanın əslində bir alverçi olduğu, torpaqları 10 milyard qarşılığında boşaltmaq istədiyi də ortaya qoyulardı.
Digər tərəfdən, Aprel savaşından sonra Sərkisyanın torpaqları boşaltmaqla bağlı öhdəlik götürdüyünü artıq Paşinyan da deyir. 2016-cı ilin aprelindən təzələnən danışıqlardan mediaya sızan məlumatlarda da bu məsələ daim hallandırılıb.
Aprel savaşından sonra tələb və təkliflər tamamilə dəyişmişdi və Sərkisyan məhz bu ərəfədə öhdəlik götürdüyünü ictimaiyyətdən gizlətmək, guya 2016-cı ildə də torpaqları qaytarmamaq üçün israr etdiyini göstərmək üçün bu manipulyasiyanı edir.
Halbuki bu danışıqlar Aprel savaşı ilə bitmişdi və Dördgünlük müharibə tamamilə fərqli reallıq ortaya qoymuşdu.
Bu səs yazısından aydın olanlar nədir?
1. Ən geci 2014-cü ildə KTMT ölkələrinin Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsində israr etdiyi və Ermənistana tələblər irəli sürdüyü üzə çıxır.
2. Lukaşenkonun Sərkisyana “sənin arqumentin zəifdir” deməsindən görünür ki, bütün tərəflər Azərbaycanın mövqeyini hələ o vaxt birbaşa dəstəkləyib.
3. Lukaşenkonun israrla dediyi “müharibədən qaçmaq üçün” sözləri sübut edir ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişəni MÜHARİBƏSİZ, itki vermədən, qan-qada olmadan həll etmək üçün hər şey edib.
4. Prezident İlham Əliyevin müharibədən yayınmaq üçün təşəbbüsləri tam dəstəklənib, təklifləri yüksək qiymətləndirilib və Ermənistan bütün müstəvilərdə “arqumenti zəif olan” tərəfə çevrilib.
5. Bunlarla paralel İlham Əliyev “müharibənin qaçılmazlığı” tezisini irəli sürüb. Yəni ya bunları qəbul etməlisən, ya da müharibə olacaq!
Bir daha xatırladaq ki, bu haqda geniş və detallı məlumat 2014-cü ilin avqust hadisələri zamanı ortaya çıxmışdı. Bunun ardınca isə Aprel savaşı baş verdi və artıq Ermənistan yalnız öhdəlik götürəndən, 7 rayonu boşaldacağı haqda söz verəndən sonra Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı.
Ancaq Sərkisyan rayonları deyil, hakimiyyəti təhvil verməklə aradan çıxdı.
Paşinyan daha praqmatik davrana bilərdi, əvəzində strateji müttəfiqi Kremlin belə 2016-cı ildə zamin rolunda iştirak etməsi səbəbindən israrlarından qaçmaq üçün Rusiya ilə münasibətləri pisləşdirərək, fərqli bir çıxış yolu axtardı və işğalı əbədiləşdirmək yolunu tutdu.
Lakin İlham Əliyev bütün variantlara hazır idi və nəticə ortadadır: Sərkisyanla müqayisədə daha uğurlu təklif almaq üçün müharibəyə can atan Paşinyan kapitulyasiyaya məcbur edildi.
Bu detallar artıq ayrı yazının mövzusudur...
Bu yaxınlarda "Gallup International" agentliyinin keçirdiyi sorğuya əsasən məlum oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əhali arasında reytinqi kəskin azalıb.
Şimali Koreyada vətəndaş koronavirus (COVID-19) tədbirlərini pozduğu üçün edam edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Asiya KİV orqanları məlumat yayıb. Bildirilib ki, 50 yaşlı sözügedən şəxs Çin sərhədindən qeyri-qanuni yolla Koreya ərazisindən keçib.
Bildirilir ki, Şimali Koreya rəsmi olaraq ölkədə koronavirus olmadığını iddia etsə də, Kim Çen In rejimi fövqəladə karantin tədbirləri tətbiq edib, Çin sərhədini keçən hər kəsin güllələnməsi barədə əmr verib.
Cənubi Koreya kəşfiyyat təşkilatı NIS ötən həftə Kimin Pxenyanda karantin əmri verdiyi və virusun qarşısını almaq üçün dənizdə balıq ovlamağı qadağan etdiyinə dair məlumat yayıb.