Artıq bir müddətdir ki, sosial şəbəkələrdə Moskva Bəyanatındakı imzalar (Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin) müzakirə edilir. Bəziləri Nikol Paşinyanın imzasının digər iki liderin imzasından kəskin fərqləndiyini, bəsitliyinin diqqət çəkdiyini vurğulayırlar.

Nikol Paşinyanın imzasını Axar.az-a təhlil edən psixoloq-qrafoloq Elnarə Baxışlı deyib ki, erməni baş nazirin imzasında onun qorxu və əsəblərini gizlətməyə çalışması əks olunub:

“Paşinyanın imzasını görünüşünə görə təhlil etsək, həm keçidlərinə, həm də künclərinə görə maraqlı tərəfləri olduğunu görərik. İmzanın ortasından keçən uzun xətt duyğuları və düşüncələri tam yarı bölməkdir. Ortadan xətt ümumi cizgiləri birləşdirərək ləkəli qələmə oxşadır. Bu, qəsdən yaradılmış imza da ola bilər. İmzadakı həm ilmələr, həm də kəskinlik hisslərin yaxşı maskalanmasını əks etdirir. Xəttin üstündən ortada sıxılmış bir hal əks olunub. Bu, daxili sıxılmanın əksidir.

İmzadakı həmin xəttin yuxarıya doğru qalxmasında özünü sübut, Allaha üsyan kimi yüksək iddialılıq qeyd olunub. Bu imzaya əsasən demək olar ki, Paşinyan qorxu və əsəblərini gizlədir. Mümkün qədər sadə görünməyə, özünü doğrultmağa çalışır və davamlı olaraq özünü tənqid edir. Bu isə ona qətiyyətsizlik hissi verir”.

E.Baxışlı qeyd edib ki, fizioloji olaraq mədə və ürək nahiyəsində ağrılar, ayaq və böyrəklərində narahatlıqların olması da imzada ifadə olunur:

“Sərt şəkildə dirənmək, kömək axtarışı da imzada əks olunub. Hər şey məcburi plana görə edilmiş kimidir və onun daxili sıxıntı yaşadığını göstərir. İmzada aşırı bədbinlik qeyd olunmur. Güclü şəkildə özünü tənqid və özünü rədd hissləri var. Bir sözlə, qətiyyətsizlik, özünütənqid ilə yüksək iddialılıq, üsyanlılıq arasında savaşı görürük. Öz aqresiyasını içində sıxması ciddi səhhət narahatlığını ifadə edir. Bu imza sahibində bacarıq, elitlik yoxdur. Xəsisdir, jest etməyi bacarmır və xırdaçıdır”.

  • Facebook 
  •  
  •  
  •  

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Makron bu addımı ilə “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək, Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib:

“Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Ərdoğan da Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib.

Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə zərbə ola bilər. Ermənilər bir müddət Makronun Türkiyə və Ərdoğan əleyhinə siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu”.

Politoloq qeyd edib ki, Makronun Ərdoğanla münasibətləri düzəltmək cəhdi Parisin Bakı ilə də dialoqa başlaması imkanlarını artırır:

“Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək”.

ABŞ ilə Çin arasındakı ticarət müharibəsi 245 min insanın işsiz qalmasına səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-Çin Əmək Şurasının (USCBC) yeni hesabatında deyilir.

Bildirilir ki, Oksford Ekonomiks ilə birlikdə hazırlanan "ABŞ-Çin İqtisadi Münasibətləri: kritik dövrdə əhəmiyyətli tərəfdaşlıq" başlıqlı hesabatda Prezident Donald Trampın başlatdığı ticarət müharibəsinin ölkə iqtisadiyyatına vurduğu zərər hesablanıb.

2019-cu ildə Çinə edilən ixracın ABŞ-da 1,2 milyon insanın işini dəstəklədiyi qeyd olunub. Bildirilib ki, D.Tramp iqtisadiyyata töhfə vermək yerinə onun böyüməsini azaldıb və bu da 245 min insanın işsiz qalmasına səbəb olub.

 

İki ölkənin ötən ilin yanvar ayında imzaladığı ticarət razılaşmasına rəğmən, gömrük tarifləri yüksək səviyyədə qalıb. Razılaşma kənd təsərrüfatı, maliyyə xidmətləri və düşüncə mülkiyyəti kimi məsələlərdə uzun müddətdir davam edən ticarət əngəllərinin aradan götürülməsində rol oynayıb, amma Çinin iş prinsipləri, subsidiyalar, məlumatlar və kiber-təhlükəsizlik kimi bir sıra təşvişlərini aradan qaldırmayıb. (publika.az)

09:07

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, zəlzələ nəticəsində ən az 3 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 60-dan çox bina dağılıb.

Yeraltı təkanların bir neçə torpaq sürüşməsinə səbəb olduğu da deyilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərbdə yerləşib. Zəlzələ yerin 8 kilometr dərinliyində meydana gəlib.

***

Zəlzələ İndoneziyanın Mamucu şəhərində xəstəxananın dağılmasına səbəb olub.

Xəstəxana işçiləri, eləcə də xəstələr dağıntılar altında qalıb.

"Xəstəxana dağılıb, məhv olmuş vəziyyətdədir. Xəstələr və xəstəxana işçiləri dağıntıların altında qalıb, axtarış işləri davam edir”, - deyə yerli xilasedici qrupun üzvləri bildirib.

Məlumata görə, Qərbi Sulavesi vilayətinin inzibati mərkəzində yerləşən xəstəxananın dağıntıları altında 10-a yaxın insan qalıb.

Zəlzələ nəticəsində ümumilikdə ölkə üzrə 26 nəfər həlak olub, 600 nəfər isə xəsarət alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, müharibə keçmişdə qaldı. İnfrastruktur bərpa edildiyi üçün bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması diqqətəlayiqdir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı iqtisadçı Aleksandr Razuvayev Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşünün nəticələrini şərh edərkən deyib.

“Rus sülhməramlıları Laçın dəhlizi vasitəsilə Qarabağdakı ermənilərlə Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edirlər. Bundan əlavə, razılaşmaya görə, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılmalıdır. Onun təhlükəsizliyi Ermənistan ərazisində yerləşdirilən Rusiya FTX-nın sərhədçiləri tərəfindən təmin ediləcək. Rəsmi Bakı bu dəhlizdən Naxçıvan üzərindən birbaşa Türkiyə ilə birləşəcək dəmiryolu çəkməyi planlaşdırır”, - iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, geostrateji baxımdan Qarabağ bütün türk dünyası üçün vacib bir elementdir. Ərazinin əhəmiyyəti bu bölgənin müəyyən nəqliyyat imkanları yaratmasında, yəni türk dünyasını birləşdirən yolu davam edirməsindədir:

“Təəssüf ki, Ermənistan hələ də iqtisadi baxımdan sağlam düşüncədən kənar siyasi ambisiyalara sahibdir. İrəvanın Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini tanıması, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması düzgün olardı. Özünü təcridetmə siyasəti, ilk növbədə, İrəvanın iqtisadiyyatına ziyan vurur. Vaksinasiya, pandemiyanın sonu və beynəlxalq turizm Ermənistana yeni bir şans verir. Lakin siyasət səbəbindən bu şans, çox güman ki, əldən veriləcək”.

Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı ilə bağlı təfərrüat fərqlidir.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı danışarkən deyib.

O bildirib ki, Kremlin açıqlamasında Putinin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırdığı, Ərdoğanın da Qarabağ münaqişəsinin nizamlanmasında Putinin səylərini dəstəklədiyi qeyd edilir.

Ərdoğan özünün Teleqram kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatından da söz açıb. Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. Eyni zamanda, Ərdoğan Putinə deyib ki, Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan “birlikdə mövcudluğu” (ermənilərlə azərbaycanlıların birlikdə yaşamasını – red.) təmin edəcək şərait yaradılmalıdır”.

Politoloq qeyd edib ki, bu, artıq yaxın gələcəkdə Qarabağda sülhməramlılara ehtiyac olmayacağı mesajıdır:

“Bu sözləri bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da dedi. Cənab Ərdoğan və Mövlud Çavuşoğlu bu sözləri ilə nəyə işarə edirlər?

Ankara bu açıqlama ilə Azərbaycan ərazisində rus sülhməramlılarının missiyasına diqqət çəkir. Yəni onlar üzərlərinə düşən funksiyanı yerinə yetirməli, öhdəliklərindən kənara çıxmamalı, vaxtı çatanda da oranı tərk etməlidir.

Bildiyimiz kimi, bəzi hallarda rus sülhməramlılarının missiyadankənar fəaliyyətləri də müşahidə edilir və bu, Azərbaycan cəmiyyətində o qədər də xoş qarşılanmır. Görünür, Türkiyə rəsmilərini də bu məqam narahat edir və rus sülhməramlılarının da orada müvəqqəti olduğu ona görə xatırladılıb”.

Ermənistanın siyasi həyatı parçalanıb, cəmiyyət tərəfindən qəbul ediləcək nüfuzlu bir lider yoxdur. Bütün bunların fonunda hazırkı hakimiyyətin təkrarlanmasına imkan verən iki amil var: apatiya və nifrət.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbekyan jurnalistlərlə görüşündə bildirib.

O qeyd edib ki, bugünkü apatiya hakimiyyətyönlü qrupların sosial şəbəkələrdə təbliğatı nəticəsində müsbət dozada informasiyanın verilməsi vasitəsilə və ya Serj Sərkisyanın qalacağı təqdirdə “arsax”ın təslim olacağı tezisini irəli sürməklə müharibədən sonra yaranıb:

“Əks məlumatlar ortaya çıxdıqda insanlar ümumiyyətlə nəyəsə inanmağı dayandırırlar. Digər tərəfdən təbliğat və texnologiya baxımından çox geridə qalan və 30 il öncəki metodlarla fəaliyyət göstərən zəif bir müxalifət qanadı onlara qarşı çıxır. Bundan əlavə, müxalifət özü xalqla ünsiyyətin zəif aparıldığını etiraf edib və Vazgen Manukyan bağlı qapılar arxasında seçilib. Bunun əksinə olaraq, Paşinyan 2018-ci ildə meydandan “xalqın namizədi” olduğunu elan edib. Üstəlik, Paşinyanın 2018-ci ildəki tezisləri və açıqlamaları müxalifətin bu gün xalqa dediklərindən daha aydın idi. Bu, siyasi qavrayış baxımından vacibdir”.

Arsen Xaratyan heç bir diplomatik statusa malik deyil və tez-tez Vaşinqtondakı Ermənistan səfirliyini ziyarət edir, bu da diplomatik nümayəndəliyimizə hörməti azaldır.

Axar.az xəbər verir ki, bu barədə "Veto" ictimai hərəkatının rəhbəri Narek Malyan öz Feysbuk səhifəsində “Sorosçuların Ermənistanın diplomatik münasibətlərini necə korladığına dair kiçik bir hekayə” adlı paylaşımında yazıb.

“Bu yaxınlarda Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın atası ölüb. Bununla əlaqədar olaraq, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Varujana zəng edərək başsağlığı verib və Ermənistan səfirliyini ziyarət etmək arzusunu ifadə edib.

Antonov Ermənistan səfirliyinə yollanıb və orada məşhur sorosçu Arsen Xaratyanı görərək hiddətlənib və əsəbiləşib.

Ermənistan və Rusiya səfirləri arasında gərgin bir söhbət gedib. Ermənistan səfiri Xaratyanı səfirliyin ərazisindən çıxarmağa çalışıb.

Rusiya səfiri isə bir daha narazılığını bildirərək Ermənistan səfirliyinin ərazisini tərk edib”, - deyə Narek qeyd edib.

2021.01.13. 22:22

ABŞ Nümayəndələr Palatasında Donald Trampın impiçmenti ilə bağlı iclas başlayıb.

Axar.az xəbər verir ki, dörd səhifəlik impiçment qətnaməsi qəbul edilərsə, Tramp ABŞ tarixində prezidentlik dövründə 2 dəfə impiçmentə məruz qalan ilk lider olaraq tarixə keçəcək.

Qeyd edək ki, qətnamə “Qiyama təhrik” adlanır. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.

***

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmentinin elan edilməsinə səs verib.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi yaxınlaşarkən, Federal İstintaq Bürosunun (FTB) ölkənin 50 ştatının paytaxtındakı konqres binalarındakı silahlı etirazlarla əlaqədar bülleten çıxardığı ortaya çıxıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, FTB bülleteninə əsaslanan "ABC News"un xəbərinə görə, ölkədə Baydenin andiçmə mərasimindən əvvəl 50 ştatın paytaxtındakı konqres binalarında genişmiqyaslı və silahlı etirazlar planlaşdırılır.

"Əldə etdiyimiz məlumata görə, 10 yanvar tarixindən etibarən 16-20 yanvar tarixlərində keçiriləcək 50 ştat konqresində silahlı etiraz aksiyaları planlaşdırılır. Eynilə, 17-20 yanvar tarixlərində Vaşinqtonda ABŞ Konqresində silahlı etirazlar olacaq", - deyə şərh edilib.