Almaniyada son bir gündə 11 mindən çox koronavirusa yeni yoluxma halı və 400-ə yaxın ölüm faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında göstərilir.

Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 399 ölüm halı qeydə alınıb, 11 192 nəfər isə yeni növ virusa yoluxub.

Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 216 363 yoluxma halı və 56 945 ölüm faktı təsbit edilib. 1,9 milyondan çox insan sağalıb.

Siyasi ekspert Vüqar Zifəroğlunun Axar.az-a müsahibəsi:

- İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə növbəti səfər edib. Bu səfərlərdə əsas məqsəd nədir?

- İran regionda baş verən siyasi prosesləri anlamağa çalışır. 44 günlük müharibə regionda yeni reallıqlar yaratdı. Qalib Azərbaycan, məğlub Ermənistan var. İran müharibə zamanı prosesi izləməklə kifayətləndi. İndi isə fərqli bir situasiya, fərqli reallıqlar mövcuddur. Rəsmi Tehran bu situasiyada necə davranacağını, bundan sonra prosesin necə inkişaf edəcəyini yəqinləşdirə bilməyib. Əsas qayğısı isə kənarda qalmamaqdır. Çünki hazırda regionda geniş imkanlar - ciddi iqtisadi potensial, gəlir mənbələri var. Bu mənada Zərif yeni reallıqlar fonunda region ölkələrinin baxışını, düşüncəsini öyrənmək üçün ardıcıl səfərlər edir. Nəticə etibarilə İran Zərifin regiona səfəri nəticəsində ölkələrin maraqlarını, görüşünü müəyyən edib, buna görə xarici siyasətini formalaşdıracaq.

İran xüsusilə regionun iqtisadi perspektivini və bura Qərb ölkələrinin artan marağını yaxşı bilir. Bu mənada İranın da Azərbaycan və onun yaratdığı yeni reallıqlardan doğan iqtisadi fürsətlərdən bəhrələnmək istəyi normaldır.

- Sizcə, İran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi altıtərəfli əməkdaşlıq formatında maraqlıdır?

- Düşünürəm, maraqlıdır. Biz bunu Zərifin son açıqlamalarından da görə bilərik. Həqiqətən də Türkiyənin təklif etdiyi əməkdaşlıq formatının alternativi yoxdur. Bu, region ölkələri üçün də faydalı və qarşılıqlı maraqları təmin edir. Eyni zamanda, regionun inkişafı baxımından ciddi perspektivlər yaradır.

Formatla bağlı narahatlıq doğuran tək şey iştirak edəcək ölkələrin nə dərəcədə səmimi olmasıdır. Misal üçün, Ermənistanın qeyd etdiyimiz formatla bağlı düşüncələri, yanaşması qeyri-müəyyəndir. Xüsusilə də ölkədə güclənən revanşist hisslər, erməni rəsmilərinin Xankəndiyə səfərləri destruktiv yanaşmanın bariz örnəyidir. Digər tərəfdən, rus sülhməramlıları ilə bağlı məsələdə mübahisəli məqamlar var. Bu və digər məsələləri nəzərə alsaq, formatın həqiqətən də məhsuldar və region üçün uğurlu olması üçün ölkələrin daha konstruktiv yanaşma sərgiləyib səmimi davranması lazımdır.

- Bu gün İranda bir qrup siyasi düşünür ki, Azərbaycan Qarabağ münaqişəsini bitirdi, istiqamətini İrana çevirəcək...

- Bu, tamamilə yanlış bir yanaşma və təsəvvürdür. Azərbaycan heç bir ölkənin beynəlxalq hüquqla tanınan ərazilərinə iddia etmir.

Bəli, hazırda İranın şimal əyalətlərində 35 milyondan artıq Azərbaycan türkü yaşayır. Lakin bu o demək deyil ki, Azərbaycan İrana ərazi iddiası ilə çıxış edəcək. Rəsmi Bakının əksinə, bu gün qonşumuz olan bəzi ölkələr açıqca bizə qarşı ərazi iddiası səsləndirir. Məsələn, İranda bəzi siyasi şəxslər Azərbaycanı “İranın şimal əyaləti” adlandırır. Yəni yaxşı olardı ki, İran şimal qonşusundan narahat olmaqdansa, daxilindəki bu cür avantüristlərin sərsəm bəyanatlarını susdursun. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Qonşu ölkələr də bunu belə qəbul edib, real yanaşma sərgiləyib, əməkdaşlıq perspektivləri üzərində işləməli və gələcəyə baxmalıdırlar.

Çin-ABŞ münasibətləri getdikcə düşmənçilik halına gəlir, lakin bu, iki ölkə arasındakı əməkdaşlığı da istisna etmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın yeni dövlət katibi Entoni Blinken Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Heç kimə sirr deyil ki, ABŞ ilə Çin arasındakı münasibətlər bəlkə də dünyanın ən vacibidir. <...> Ancaq bu münasibətlərdə getdikcə daha çox düşmənçilik aspektləri yaranır, burada rəqabət və hələ də əməkdaşlıq aspektləri də var. Və əməkdaşlıq aspektləri qarşılıqlı maraqları təmsil edən sahələrdə mövcuddular", - Blinken qeyd edib.

Fransanın apardığı antitürk, antiislamçı siyasətin iflasa uğrayacağı bəlli idi. Əvvəlcə Fransa lideri Makronun Türkiyə Prezidentinə “Əziz Tayyib, gəlin danışaq” deməsi, daha sonra Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri bunu bir daha təsdiq edir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı başda Fransa olmaqla, bir sıra Avropa ölkələrinin Ermənistana verdiyi dəstəklə bağlı dediyi sözlər bu gün özünü doğruldur:

“Cənab Prezident müharibə vaxtı demişdi ki, Ermənistana dəstək verən ölkələr vaxt gələcək işğaldan azad edilən torpaqlara investisiya yatırmaq və əməkdaşlıq etmək üçün müharibənin qalibi Azərbaycanla yaxınlaşmağa çalışacaqlar. Həqiqətən də ölkə başçısının uzaqgörən siyasəti bir daha özünü doğrultdu. Jan-Batist Lömuanın Azərbaycana səfərinin bir adı ola bilər – Fransa səhvini anladı.

Bildiyiniz kimi, ölkədə İnvestisiya Holdinqi yaradılıb. Əksər dövlət qurumları da bu holdinqə daxil edilib. Düşünürəm, bununla bağlı yaxın günlərdə böyük bir özəlləşdirmə proqramı olacaq. Təbii ki, bu proqramda iştirak etmək istəyən Avropa ölkələri də var. Bu istiqamətdə artıq Britaniya, İtaliya, hətta Macarıstan belə təkliflər göndərib”.

Politoloq qeyd edib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması baxımından da xarici investorların ölkəyə axınını təmin etmək üçün ciddi işlər görülür:

“Təbii ki, bu prosesdə 44 günlük müharibə zamanı Azərbaycana hətta azacıq dəstək verən ölkələr də iştirak edəcək. Düşünürəm, rəsmi Paris öz səhvini anlayır və bu məqsədlə Jan-Batist Lömuanı Azərbaycana göndərir. Rəsmi Bakının Parisin bu yanaşmasına cavabı necə olacaq, bunu demək çətindir. Lakin reallıq ondan ibarətdir ki, Fransa digər ölkələrə nəzərən geridə qalır”.

Bax, Vaşinqtonda parlamenti ələ keçirmişdilər. Bu insanlarla nə edirlər? Federal Təhqiqatlar Bürosunun rəhbərlərindən birinin dediyi kimi: Bizim əllərimiz uzundur, hər kəsə əlimiz çatar, hər kəsi içəri atarıq. 15 yaşdan 25 yaşadək, daxili terrorçuluğa görə.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də keçirilən ölkə boyu keçirilən mitinqləri şərh edərkən söyləyib.

“ABŞ-da da siyasi şüarlarla çıxmışdılar. Ancaq qanundan kənar. Bəs bizdə niyə qanundankənar hərəkətlərə icazə verilməlidir? Yox. Xüsusilə yetkinlik yaşına çatmayanları irəli itələmək olmaz. Terrorçular da özündən irəliyə qadın və uşaqları çəkirlər. Buna görə bir daha demək istəyirəm: bütün insanların siyasi fəaliyyət göstərmək, fikirlərini bildirmək, fikirlərini ictimai şüurda təbliğ etmək hüququ var. Ancaq qanun çərçivəsində. Həmçinin hüquq-mühafizə orqanları qanun çərçivəsində fəaliyyət göstərməlidir. Onlar da Rusiya xalqına və dövlətinə xidmət etmək vəzifələrini qanun çərçivəsində yerinə yetirməlidirlər. Ümid edirəm, bu şəkildə uğur qazanacağıq. Heç kim, xüsusən siyasət sahəsində öz iddialı hədəf və məqsədlərini müdafiə etməyə çalışaraq onlara (qanundan kənar hərəkətlərə - red.) müraciət etməməlidir. Siyasət belə deyil, hər halda söhbət məsuliyyətli siyasətdən gedir”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, rusiyalı müxalif bloger Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Bloger bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun Yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 86 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.

08:45

Kiyev Donbasla bağlı Rusiya ilə birgə plan hazırlamağı mümkünsüz hesab edir.

Axar.az xəbər verir ki, bu sözləri Üçtərəfli Təmas Qrupunun Ukraynadan olan üzvü Sergey Qarmaş deyib.

O bildirib ki, Rusiya "Normand formatı"nın fəaliyyətini zəiflətmək və Almaniya ilə Fransanın olmadığı, əvəzində isə qondarma respublikanın iştirak etdiyi Üçtərəfli Təmas Qrupunun fəaliyyətini gücləndirmək istəyir.

Qarmaş bu variantın Kiyev üçün qəbuledilməz olduğunu qeyd edib:

"Hələ ki, hər iki tərəfi qane edəcək plan əldə etmək mümkün deyil".

Qarmaş onu da əlavə edib ki, ATƏT tərəflər arasında Donbasla bağlı razılıq sənədinin əldə edilməsini istəmir.

Fransanın paytaxtı Parisdə təxminən 300-ə yaxın miqrant boş qalan uşaq bağçalarından birini zəbt edərək etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Miqrantlar soyuqdan və pandemiyadan qorunmaq üçün hökumətdən sığınacaq tələb ediblər.

Daha sonra Paris meriyası miqrantlara iki məktəbin idman zallarında gecələmək üçün yerlərin ayrılacağını bildirib.

Qeyd edilir ki, etiraz edən miqrantların əksəriyyəti noyabrın sonunda Respublika meydanında qaçqın düşərgəsini dağıtmış və bu səbəbdən oradan qovulmuşdular.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasında işlərinə başladığı ortaya çıxıb.

Ardını oxu...

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri baş leytenant Elçin Zakir oğlu Ağayevdir.

Axar.az Report-a istinadən xəbər verir ki, Elçin Ağayev 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da digər qəhrəmanlar kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-sı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin atası Zakir Ağayev oğlunun vətənpərvər olduğunu deyib: "Oğlumla fəxr edirəm ki, uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vətənpərvər oğul idi. Həmişə Vətənlə fəxr edirdi. Bu yolu öz seçdi. Qarabağımızı işğaldan azad etdikləri günü səbrsizlikə gözləyirdi. Şuşa şəhərini işğaldan azad etmək, Şuşa uğrunda döyüşmək və oranı görmək Elçinin ən böyük arzularından biri idi. Amma o, Şuşanı görə bilməsə də arzusunu övladlarının timsalında gerçəklişdirəcəm. Övladlarını Şuşaya aparacam".

Şəhidin həyat yoldaşı Kəmalə Ağayeva da onunla bağlı xatirələrini bölüşüb. Onun sözlərin görə, Elçinin həmişə düşmənə qarşı nifrəti vardı: "O, düşmənə qarşı qəzəb hissi ilə yaşayırdı. Məhz bu qəzəb onu daha da gücləndirmişdi. Biz onunla fəxr edirik. Müqəddəs Qarabağımız məhz Elçin kimi qəhrəmanların canı və qanı bahasına düşməndən azad olundu".

Şəhid baş leytenant Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Onun 2 övladı yadigar qalıb. Şəhidimizin dünyaya gələcək üçüncü övladına Şuşa adı veriləcək. Ailəsi körpənin daşıyacağı bu adı Elçinin həsrətində olduğu Şuşa şəhəri ilə əlaqədar olduğunu vurğulayıb.