ABŞ ordusu İranın nüvə obyektlərinə əsla zərbə vurmayacaq. İsrailin təkbaşına hərəkət etməsi lazımdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İsrailin yaşayış məntəqələri üzrə naziri Tzaçi Haneqbi çıxış edib.

Tehran rəhbərliyinin nüvə fəaliyyətinin qarşısını almaq üçün gələcəkdə başqa bir seçimin olmayacağını deyən nazir ölkəsinin bununla bağlı müstəqil şəkildə hərəkət etməli olduğunu qeyd edib.

Vyetnamda COVİD-19-un yeni ştammına rast gəlinib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin hökumət portalı VGP məlumat yayıb.

Qeyd olunub ki, Milli Gigiyena və Epidemiologiya İnstitutu Hai Duonq və Quanq Ninidə koronavirus xəstələrindən alınan test nümunələri nəticəsində İngiltərədə yayılan yeni COVİD-19-a bənzər ştamm aşkar edib.

İşğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası prosesi hazırda dövlətin, eyni zamanda ölkə başçısının başlıca prioritet məsələsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığı haqda ətraflı məlumat verdi.

Bunu Axar.az-a xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinin iqtisadi tərəfləri haqda danışarkən deyib.

O bildirib ki, məskunlaşma üçün öncə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin tikilməsi lazımdır:

“Cənab Prezident müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturunun mahiyyəti haqda ətraflı məlumat verdi. Düşünürəm, bu haqda məlumat verməsi olduqca vacibdir. Çünki işğaldan azad edilən ərazilərdə formalaşdırılan xüsusi idarəetmə strukturu həm də həmin ərazilərimizdə yaradılmaqda olan yeni iqtisadi inkişaf modelinin əsas elementlərindən biri olacaq. Həmin bu iqtisadi model daha sonra ölkənin digər regionlarında da tətbiq ediləcək.

Praktik olaraq bu, həmin ərazilərin iqtisadi inkişafı və yenidən qurulması üçün xüsusi bir zəmin formalaşdırır. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə fəaliyyətlər sistemli şəkildə kompleks olaraq həyata keçirilir. Nəzərə alsaq ki, birinci mərhələdə minalardan təmizləmə, daha sonra həmin ərazilərin sistemli şəkildə qurulması reallaşacaq. Bu, həm də növbəti mərhələdə özəl və xarici sərmayənin cəlb edilməsinə şərait yaradacaq. Nəticə etibarilə biz mərhələli şəkildə məskunlaşma və iqtisadi inkişafı müşahidə etmiş olacağıq. Bu konteksdən yanaşsaq, Füzuli şəhərində beynəlxalq aeroportun inşası Füzuli-Şuşa magistral yolunun çəkilməsi də regionun inkişaf etməsi baxımından vacibdir”.

Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qafqaz bölgəsində uzunmüddətli sülhün və əmin-amanlığı formalaşması üçün zəmin yaradır.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsinin bölgədəki geosiyasi vəziyyəti kökündən dəyişdiyini diqqətə çatdıran general Yücel Karauz bildirib:

“Noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl etmək Ermənistanın dövlət səviyyəsində üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlikdən boyun qaçırmaq, yaxud əldə olunan razılaşmanı bu və ya digər formada pozmaq cəhdi yolverilməzdir. Ümumiyyətlə, mənfi çağırışların və onun yaratdığı risklərin məsuliyyətini Ermənistan dövləti daşıyır. Yeni fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin funksiyası, sadəcə, bölgədəki prosesləri müşahidə etməklə yekunlaşmır. Əldə olunan informasiyalarda əksini tapan risklərin dərhal aradan qaldırılması Mərkəzin fəaliyyətinin əsasını təşkil edir. Xüsusilə bölgədə mənfi hal yaradan fəaliyyətlər, terror cəhdləri, qanunsuz silahlı şəxslərin hərəkəti, Azərbaycanın suverenliyinə xələl gətirən bütün məqamlar yolverilməzdir. Bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün qısa zamanda konkret addımlar atılacaq”.

Ermənistanın təcavüzkar siyasəti ucbatından uzun illərdən bəri bölgədə qapalı qalan nəqliyyat dəhlizlərinin açılmasını tarixi hadisə kimi dəyərləndirən general Yücel Karauz deyib: “Bölgədə altıtərəfli əməkdaşlıq, siyasi və diplomatik müstəvidə yeni münasibətlərə dair çağırışlar bütün Qafqaza sülh və inkişaf vəd edir. Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər onun qurtuluşunun yeganə yoludur”.

ABŞ-da günü-gündən güclənən qütbləşmə yaxın gələcəkdə vətəndaş müharibəsinə çevrilə bilər. Çünki bu ölkənin daxilində çox ciddi etnik, sosial, dini, ideoloji, irqi və s. problemlər mövcuddur. Qeyd etdiyim problemlər ABŞ-da prezident seçkiləri zamanı özünü radikal formada büruzə verdi, yəni ardı gələcək.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ABŞ-da vətəndaşların son zamanlar silah almaq üçün müraciətlərinin sayının pik həddə qalxmasının yaxın gələcəkdə bu ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyi haqda səslənən iddiaları şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, ABŞ bir dəfə vətəndaş müharibəsi ilə üzləşib:

“1861-1865-ci illəri əhatə edən ABŞ vətəndaş müharibəsi bu ölkənin daxilində olan irqçilik, quldarlıq və s. problemlərin ifrat dərəcədə qabarması səbəbi ilə baş vermişdi. Üzərindən 160 il keçməsinə baxmayaraq, bu gün belə konfederasiyalıların bayrağı ABŞ-da etirazın, ədalətsizliyin, inqilabın rəmzidir.

Son günlər xüsusilə ABŞ-da artan etirazlar fonunda bu bayraq yenə üzə çıxıb. Bu isə cəmiyyətin yenidən vətəndaş müharibəsinə gedə biləcəyini göstərir. Hazırda ölkə daxilində Tramp tərəfdarları hələ də qəzəblidir və sakitləşmək bilmir. Onlar seçkilərin ədalətsiz keçirildiyini, saxtakarlıq hallarının olduğunu, Baydenin saxta yolla seçildiyini iddia edirlər.

Xalqın bu qədər silah alması normal hadisə deyil. Səbəb nə olursa-olsun, təhlükəli vəziyyətdir”.

Politoloq qeyd edib ki, hazırda ABŞ-da Kaliforniya, Texas, Havay və Alyaska ştatları mərkəzi hakimiyyətdən narazıdır:

“Amerikada ştatlarının bəzilərinin ilk vaxtlar müstəqil dövlət təcrübəsi olub. Texas və Kaliforniya ştatları buna misal ola bilər. Hətta bu gün belə Kaliforniya ştatının bayrağında respublika sözü qeyd olunub. Digər tərəfdən, daxili qütbləşmə ştatlara da təsir edir. Bir sıra ştatlar, xüsusilə də cənub ştatları ayrılmaq niyyətlərini dəfələrlə bildirib. Texas, Kaliforniya ştatları isə daxili iqtisadi potensialı ilə müstəqilliyə ən yaxındır. Əgər Bayden administrasiyası mövcud daxili vəziyyəti nizama sala bilməsə, ABŞ tezliklə yeni bir vətəndaş müharibəsi ilə üzləşə bilər. Onu da deyim ki, Tramp bunu öncədən görmüşdü və məhz bu səbəbdən daxilə yönələn siyasi proqramlar həyata keçirirdi”.

Sülhməramlıların işi münaqişə tərəflərinin mülki administrasiyalarının münasibətləri ilə bağlı məsələlərlə məşğul olmaq deyil, silahlı münaqişəni neytrallaşdırmaqdır. Hazırda azərbaycanlıları narahat edən mülki məsələlərlə isə Rusiya-Türkiyə Monitorinq Mərkəzi məşğul olacaq.

Bu barədə Axar.az-a açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

“Sülhməramlılar Azərbaycan TIR-larının Kəlbəcərə yolunun bloklanması və buna oxşar məsələlər barədə yuxarı orqanlara məlumat verirlər. Yəni, bu cür konfliktlərin həll edilməsi sülhməramlıların səlahiyyətlərinə və sülhyaratma funksiyasına daxil deyil. Onlar hərbi silahlı qarşıdurmaların neytrallaşdırılması ilə məşğul olmalıdırlar. Rusiya sülhməramlılarının “artsax” sözündən istifadə etməsi isə o demək deyil ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirlər. Onların bu sözdən istifadəsi Qarabağın erməni əsilli sakinləri ilə qarşılıqlı əlaqədə baş verir”, - o bildirib.

Ekspertin sözlərinə görə, hansı sözün işlədilməsinin hansı anlam kəsb etməsi siyasətçilərə, diplomatlara aiddir:

“Əgər Azərbaycan tərəfinin bununla bağlı hər hansı iradı varsa, o, bunu rəsmi olaraq sülhməramlı kontingentin rəhbərliyinə və Rusiya rəsmilərinə bəyan etməlidir. Yeri gəlmişkən, məhz bu cür konfliktlərin həlli məqsədilə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılıb. Hər hansı TIR-ın hərəkətinin bloklanması, müxtəlif terminlərin istifadəsi, eləcə də bir çox iqtisadi və təsərrüfat məsələlərinin öyrənilməsi və həll edilməsi bu mərkəzin birbaşa vəzifəsidir. Bundan əlavə, sözügedən mərkəz münaqişənin həlli istiqamətində qarşıdurmanın tərəfləri və vasitəçilər üçün tövsiyələrini fomalaşdırmalıdır. Anlamalıyıq ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarına qarşı irəli sürdüyü tələbləri, gözləntiləri və iddiaları onların hüquqi statusu ilə əlaqəli deyil. Bütün bu tələblər Rusiya-Türkiyə Monitorinq Mərkəzinə, eləcə də Rusiya və Ermənistan xarici siyasət idarələrinin başçılarına ünvanlanmalıdır”.

Cənubi Amerika dövləti Qayanada 6,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar paytaxt Corctaundan 465 km cənubda qeydə alınıb.

Zəlzələ ocağı isə 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Qarabağ ermənilərinin təxribatları olub, var və olacaqdır. Özü də bu təxribatlar həm Azərbaycana, həm azərbaycanlılara, həm də Rusiya sülhməramlılarına qarşı yönəlmiş təxribatlardır.

Bu barədə Axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Qarabağda ermənilərin yeni təxribatları barədə məlumatları şərh edərkən deyib.

“Xatırlayırsınızsa, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsindən 4-5 gün keçəndən sonra ermənilər onların komandanlığına tort təqdim etdi, sonra isə Xankəndi-Şuşa su kanalını partlatdılar. Ötən həftə onlar azərbaycanlı inşaatçıları Kəlbəcərə buraxmırdılar və iş o yerə çatdı ki, sülhməramlı kontingentin komandanı general Muradov məsələyə qarışmalı oldu. İndi isə emənilər Kəlbəcərə tikinti materiallarını daşıyan böyük yük maşınlarını mühasirəyə alıblar, internetdə də bu maşınların Rusiya sülhməramlıları tərəfindən buraxılmaması haqda tamamilə təxribat xarakterli videolar yayılır”, - Kuznetsov bildirib.

Onun sözlərinə görə, Qarabağ erməniləri Rusiya sülhməramlılarının müdafiəsi altında özlərini təhlükəsiz hiss edirlər, cəzalarını almayacaqlarını bilib, həyasızlıq göstərirlər:

“Əgər Rusiyanın hərbi qulluqçuları olmasaydı, əminəm ki, azərbaycanlı sürücülər yollarını kəsən etirazçılara belə rahat davranmağa imkan verməzdi, bütün dünyada olduğu kimi, onları döyüb, maneələri maşınları ilə keçərdilər. Lakin Rusiya sülhməramlılarının olması faktı Azərbaycan sürücülərinə bunu etməyə imkan vermir və onlar sülhməramlıların müdaxiləsini gözləyir.

Aydındır ki, Qarabağ ermənilərinin mühiti dağılıb və onlar reallıqla barışmaq istəmirlər, bu da daxili etirazlara səbəb olur. Reallıq dəyişdi və onlar buna alışmalı və ya ayılmalıdır, hələ ki, bunun üçün imkanları var. Görünür, sülhməramlılar Qarabağ ermənilərinin əsas kütləsini tərksilah edib, onlar künc-bucaqdan atəş açmaq imkanından məhrum olaraq, futbolda olduğu kimi, rəqibə mane olmaq üçün xırda fol taktikasına əl atmağa başlayıblar.

Prinsipcə, bu hərəkətlərdə yeni heç nə yoxdur və Azərbaycan tərəfi bu cür xırda təxribatlara daim hazır olmalıdır. Qarabağ erməniləri hələ də sadəlövhcəsinə hesab edirlər ki, onlar Qarabağ torpağının ayrılmaz sahibidirlər, lakin bu, belə deyil və gec-tez onlar bu reallıqla barışmalı olacaqlar. Hazırda Qarabağ erməniləri üçün şok və çox ağrılı olan hadisə baş verir — onların psixoloji stereotipləri dağılır. Bu da öz növbəsində refleks doğurur və dağılan mifi qorumaq istəyini üzə çıxarır.

Tamamilə aydındır ki, biz hamımız su kəmərinin partlamasından tutmuş nasist Njdenin heykəlinin açılış mərasiminə və yük maşınlarının hərəkətinin bloklanmasına qədər əvvəldən planlaşdırılmış təxribatlar seriyasının canlı şahidiyik. Lakin burada bir məqama diqqət yetirmək istəyirəm: vəziyyətə qərəzsiz baxsaq, belə çıxır ki, bütün bu təxribatlar Qarabağ ermənilərinin bu gün maddi resurslara deyil, insanların emosiyalarına və enerjisinə əsaslanır. Əslində uzun müddət qəzəblənmək psixi və fiziki enerjinin tükənməsinə qədər mümkündür, bundan sonra mütləq şəkildə frustrasiya yaranır. Və bu vəziyyətdə təbiətlə mübahisə edə bilməzsiniz. Qarabağ erməniləri hələ ki, bu təbii-bioloji qanunun təsirini hiss etməyiblər, lakin tezliklə edəcəklər. Etiraz yalnız reaksiya verildikdə effektivdir və əgər ona məhəl qoyulmursa, o zaman o özü-özünə yox olur.

Qarabağ erməniləri bir və ya iki ay sonra yorulacaq, bahar ərəfəsində təsərrüfat mövsümü başlamadıqda isə onlar Qarabağda olmalarının perspektivsizliyini görəcək və tədricən həyatlarını Rusiyanın humanitar yardımı hesabına keçirməyin mümkünsüzlüyünü anlayacaqlar...”