Müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilərin sosial vəziyyəti acınacaqlıdır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Qarabağa qayıdan ermənilərin üzləşdikləri problemlərdən yazıb.

Əksər erməninin işğal dövründə Qarabağda yeganə dolanışıq sahəsindən - əkinçilik və heyvandarlıqdan məhrum olublar. Çünki əkin sahələri və otlaqlar Azərbaycan Ordusunun nəzarətindədir.

Qayıdanların çoxu ya ərini, ya oğlunu, ya yaxınını müharibədə itirib və bu, onlar üçün bu ərazilərdə yaşamasına çətinlik yaradır.

Əlil olan hərbçilərin də işləmək üçün yeri, o cümlədən, yaşamaq üçün təminatı yoxdur.

Rusiyanın ermənilərə verdiyi humanitar yardımların miqdarı mövcud problemlər fonunda cüzidir. Erməni mənbələr Qarabağa qayıdanların qida problemi ilə üzləşdiyini yazır.

Həmçinin, ticarət əlaqələrinin itməsi burada yaşamaq üçün heç bir perspektiv qoymur.

Rus sülhməramlıların müharibədən sonra Qarabağa 50 mindən çox ermənini qaytardığı haqda rəsmi məlumat var. Lakin əksər erməninin müvəqqəti qayıtdığı, əsas məqsədlərinin evlərini satmaq, qalan əşyalarını toplamaq olduğu haqda məlumatlar var. Xüsusilə əkinçilik və heyvandarlığın olmaması, ticarət əlaqələrinin sıradan çıxmasından sonra ermənilər Qarabağda yaşamaq istəmirlər.

Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu, Azərbaycan qanunları altında bərabərhüquqlu yaşayacağını və sosial həyatlarının daha yaxşı olacağını bəyan edib. İndi seçim ermənilərindir: ya Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşayacaqlar, ya da Ermənistana qayıdıb sosial problemlərin ağuşunda boğulacaqlar.

Müharibə vaxtı Ermənistana gedən ermənilər hazırda vağzallarda, o cümlədən, 7-10 nəfərlik qruplarla kiçik evlərdə qalır. “Qarabağlı ermənilərin” evinə girdiyi ermənilər artıq onların çıxmasını tələb edirlər.

Hökumət Qarabağdan gedən ermənilərin ehtiyaclarını ödəyə bilmir. İki gün öncə bu ermənilər İrəvanda hökumət binası önündə aksiya keçirsələr də, heç bir dəyişiklik yoxdur.

Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) erməni işğalından azad edilmiş ərazilərdə "ermənilərin tarixi və mədəni irsinin, mədəniyyət abidələrinin qorunması ilə bağlı narahat olduğunu" bəyan edib.

Ardını oxu...

Təcili Tibbi Yardım Stansiyalarına müraciətlərin sayı 2019-cu illə müqayisədə 2020-ci ildə 82 faiz artıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2020-ci ildə 1252 sayda ürək-damar cərrahiyyəsi həyata keçirilib: "Uşaqlar üzərində bu əməliyyatlar 68 nəfərdə aparılıb".

Onun sözlərinə görə, Tibbi ərazi bölmələri üzrə ən çox müraciət Şəki-Zaqatala bölgəsi üzrə olub. Z.Əliyev qeyd edib ki, 2021- ci il üzrə xəstəxanaların sayı üzrə dərman vasitələrinin çeşidinin genişləndirilməsi nəzərdə tutulur.

Türkiyənin nəzarət etdiyi “Zeytun budağı”, "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat zonasında sabitliyi pozmağa cəhdlər hələ də davam edir. Son dönəmdə isə bu hücumlar daha da artıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya üzrə türkiyəli ekspert Oytun Orxan danışıb.

"Tel-Rıfat, Menbiç və Eyn-İsa bölgəsində YPG/PKK terrorçularının varlığına son qoyulmadıqca, terror təhdidi və hücumları davam edəcək. Türkiyə bu günə qədər Rusiya başda olmaqla, apardığı müzakirələrdən bir nəticə əldə edə bilməyib.

Xüsusilə, Co Baydenin iqtidara gəlişi ilə YPG-nin müdafiə siyasəti yürüdəcəyi gözlənilir. ABŞ terror hücumlarını dəstəkləmədiyini bildirsə də, YPG-nin zərərsizləşdirilməsində Türkiyənin qarşısında ən böyük əngəldir. Bu quruluşun yaradılmasında baş memar ABŞ-dır. Dolayısı ilə ABŞ-ın terrorçuların qarşısını almaqda heç bir addım atmayacağını bilirik.

ABŞ Suriya Demokratik Qüvvələrinin komandiri Fərhad Abdi Şahin vasitəsilə YPG-ni qanuniləşdirməyə çalışır. Ancaq bu səylərə baxmayaraq, YPG-ni PKK-dan ayırmaq mümkün deyil və təşkilat hədəfə çatmaq üçün ən yaxşı bildiyi üsuldan istifadə etməyə davam edəcək. ABŞ terrorçulardan istifadə edərək Türkiyənin müqavimətini qırmağa çalışacaq", - O.Orxan qeyd edib.

“Peyvənd millətçiliyi” yeni koronavirus mutasiyasının ortaya çıxmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus deyib.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın zəifliyi bütün dünyada vaksinasiyanın qarşısında duran ən böyük maneədir.

O, peyvənd variantlarının sayının artmasına rəğmən onun qlobal tələbin kiçik bir hissəsini ödədiyini bildirib.

Qebreyesus dünya əhalisinin 16 faizinin cəmləşdiyi zəngin ölkələrin peyvənd ehtiyatının 60%-ni aldığını bildirib. Onun sözlərinə görə, əgər dünya əhalisinin böyük hissəsi peyvənd olunmasa, o zaman zəngin ölkələrin səyləri məhsuldar olmayacaq.

Erməni axtarış qruplarının bu gün Qarabağdakı döyüş meydanlarında axtarış aparmasına icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, axtarışa qadağanı Azərbaycan Ordusu qoyub.

Bildirilib ki, ötən gün Hadrut qəsəbəsi yaxınlığında bir erməninin çürümüş meyiti tapılıb. Bu gün isə Azərbaycan Ordusu səbəb demədən axtarışların dayandırılmasını tələb edib. Ordumuzun ermənilərə axtarış üçün sabah icazə verib-verməyəcəyi bəlli deyil.

Qeyd edək ki, 14 noyabrdan bu vaxta qədər Qarabağdakı döyüş meydanlarından tapılan erməni meyitlərinin sayı 1355-ə çatıb.