ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) təhlükəsizliyimizin, etibarlılığın və regional enerji tədarükünün artırılmasıyla əlaqədar bir sıra tərəfdaş ölkələrlə proqram reallaşdırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı RT yayıb. Televiziya yeni layihənin “enerji aktivlərinin inkişafına investisiyalar” adlandırıldığını bildirib.

Layihə çərçivəsində enerji sektorunun bütün sahələrinə, o cümlədə istilik və elektrik enerjisi istehsal edən obyektlərə, paylama şəbəkələrinə, bərpa olunan enerji mənbələrinə investisiyaların qoyulması nəzərdə tutulub.

Layihənin Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Kosova, Moldova, Şimali Makedoniya, Serbiya və Ukraynaya aid ediləcəyi bildirilib.

Yeni layihənin ABŞ biznesi və texnologiyaları üçün bazarların açılmasına imkan yaradacağı vurğulanıb.

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 15 845 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 945 680 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 373 nəfər, hazırkı dövrədək isə 112 465 nəfər vəfat edib.

Son sutka ərzində Qarabağa 96 erməni qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“2020-ci ilin 14 noyabrından bəri Qarabağa ümumilikdə 51947 erməni qaytarılıb”, - məlumatda qeyd olunub.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan növbədənkənar parlament seçkisində iştirak etməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, Ohanyan hələlik hansı partiya ilə seçkiyə qatılacağını açıqlamayıb.

Qeyd edək ki, Ohanyan bundan öncə bir dəfə parlament seçkisində Serj Sərkisyanın hakimiyyətinin sonlarına yaxın iştirak etmişdi. Onun o zaman seçkiyə qatılmasına səbəb Sərkisyanla arasında yaranan inciklik olmuşdu. Ohanyan seçkiyə keçmiş xarici işlər naziri Vardan Oskanyan və İrs Partiyasının sədri Raffi Ovanisyanla blok yaradaraq qatılmışdı. Blok seçkidə 2% səs toplaya bilməmişdi.

Qarabağdakı separatçıların keçmiş “komandan”ı Cəlal Arutyunyanın Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinə təyinatı sosial şəbəkələrdə etirazlara səbəb olub.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Arutyunyanı hakimiyyətə satılmaqda ittiham ediblər.

Onların fikrincə, Arutyunyana MN-in ən gəlirli sferasını verməklə hakimiyyət onun ağzını yummağa və hökumətə qarşı opponentlərinin istifadə alətinə çevrilməməsinə çalışır.

Qeyd edək ki, Arutyunyan II Qarabağ savaşı zamanı Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində ağır yaralanmışdı, uzun müddət komada qalmışdı.

“NATO-nun beyin ölümü gerçəkləşdi” sözünü Türkiyəyə görə söylədim.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Türkiyə 2 il əvvəl Suriyanın şimalında ABŞ və Fransa ilə koordinasiya qurmadan əməliyyat keçirdi. Bu əməliyyat Fransa hərbçiləri bölgədə olarkən baş tutdu. Ankara Suriya Demokratik Qüvvələrinin (SDQ) PKK olduğunu iddia edərək əməliyyata başladı. Bəziləri üçün bu düzgün mövqedir. Bizim dəstəklədiyimiz qüvvələrə qarşı müharibə başladıldı. Nəticədə NATO, ABŞ və Fransanın bölgədəki etibarlılığı tamamilə məhv oldu”, - Makron bildirib.

Fransa lideri iddia edib ki, bizlə koordinasiyaya girmədikləri üçün Türkiyəyə güvənə bilmərik:

“Türkiyə Suriya, Liviya, Qarabağ və Aralıq dənizinin Şərq hissəsində AB və NATO-dakı tərəfdaşlarına qarşı sistematik davranış sərgilədi. “NATO-nun beyin ölümü” ifadəsini buna görə söylədim. Ankara ilə hansı məsələləri həll etmək istəyirik? Liviyadakı vəziyyəti həll etmək, adıçəkilən ölkədə türk hərbçilərindən xilas olmaq”, - deyə o bildirib.

Qərb Ankaraya embarqo tətbiq etdi, türklər isə ən yaxşı PUA-nı hazırladı. Nəticədə havada supergüc oldu.

Axar.az xəbər verir ki, bu barədə Almaniya nəşri yazıb.

“Hər şey qeyri-rəsmi boykotla başladı. Türkiyə 2016-cı ildə NATO-dan döyüş PUA-ları almaq istəsə də, ABŞ və İsrail vermədi. Sonra türk şirkətləri işə başladı və TAI-Anka, “Bayraqdar” PUA-ları beynəlxalq sektorun ən qabaqcıl məhsulları oldu. Türklər bu gün onlara embarqo qoyanlara minnətdardır”, - nəşr bildirib.