Hazırda gündəmdə olan məsələlərdən biri də yanvarın 20-dən ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Baydenin Rusiyaya münasibətdə yürüdəcəyi siyasətin necə olacağı ilə bağlıdır.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, ekspertlərin ABŞ-Rusiya münasibətlərin kəskin olacağını proqnozlaşdırdığı bir vaxtda iki ölkə arasında münasibətlərin yaxşılaşmasına doğru ilk addım atılıb. ABŞ və Rusiya prezidentləri – Barak Obama və Dmitri Medvedyev arasında 8 aprel 2010-cu ildə Praqada imzalanan, 5 fevral 2011-ci ildən qüvvəyə minən və ABŞ-ın 45-ci prezidenti Donald Trampın birtəfərli qaydada çıxması ilə 5 fevral 2018-ci ildə qüvvədən düşən Strateji Hücum Silahlarının ixtisarı və məhdudlaşdırılması ilə bağlı Saziş (rusca SNV-III) üzrə razılaşma əldə olunub. Co Baydenlə Vladimir Putin arasında yanvarın 26-da baş tutan ilk telefon danışığı əsasında əldə olunan yeni razılaşmaya əsasən müqavilənin qüvvədə olma müddəti əlavə şərtlər olmadan beş il müddətinə – 4 fevral 2026-cı ilədək uzadılıb. Beləliklə, ABŞ və Rusiya arasında münasibətlərin normal məcrada inkişafı üçün ilk anlaşma əldə olunub.
Seçkiqabağı dövrdə rəqibi Donald Trampı Rusiyaya bağlı olmaqda suçlayan, onu kəskin ifadələrlə ittiham edən 46-cı ABŞ Prezidenti müasir Rusiyanı və onun sələfi olan SSRİ-ni yaxşı tanıyır. Qocaman siyasətçi iki dəfə – 1979-cu ilin avqustun 30-31-də və 1988-ci ilin yanvarın 15-də SSRİ-də olub. O, Moskvanı sovet rəhbərliyinin dəvəti əsasında ziyarət edib. C.Bayden həmin illərdə (1973-cü ildən 2009-cu ildə ABŞ-ın 47-ci vitse-prezidenti seçilənədək) Delaver ştatından ABŞ Senatının və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.
C.Bayden birinci səfəri zamanı Moskvada SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) Aleksey Kosıgin tərəfindən qəbul olunub. Bu səfər zamanı nüvə silahsızlaşdırılması məsələləri müzakirə olunub.
Səfərdən sonra SSRİ-nin Dövlət Televiziyasına müsahibə verən C.Bayden deyib:
“Biz hesab edirik ki, SSRİ-yə səfərimiz çox məhsuldar və çox faydalıdır. Biz SSRİ Ali Sovetinə və Nazirlər Sovetinin sədri Kosıginə Strateji silahların məhdudlaşdırılması Sazişinin (rusca OSV-2) imzalanmasında ABŞ Senatının rolunu söyləməyə gəlmişik. Sizin rəhbərliyiniz əməkdaşlığa çox meyillidir”.
Görüş zamanı C.Bayden Sovet İttifaqının rəhbəri Leonid Brejnev tərəfindən də qəbul olunub. Üstündən onilliklər ötəndən sonra – 2011-ci ilin martında Moskvaya səfəri zamanı Moskva Dövlət Universitetində tələbələr üçün mühazirə söyləyən C.Bayden həmin görüşü belə xatırlayırdı:
“Mən senatorlar qrupunu strateji silahların məhdudlaşdırılması ilə bağlı razılaşma əldə etmək üçün Moskvaya aparmışdım. Brejnev ağır xəstə idi və görüş başlayandan dərhal sonra getdi. Kosıgin isə bizə dedi: “Biz sizə etibar etmirik, siz də bizə. Və hər birimizin bunun üçün inandırıcı səbəbləri, kifayət qədər ciddi əsasları var”.
ABŞ-ın hazırkı prezidentinin SSRİ-yə ikinci səfəri 1988-ci ildə baş tutub. Bu səfər zamanı C.Bayden SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, nə az, nə çox 28 il (1957-1985-ci illərdə) SSRİ-nin xarici işlər naziri olmuş “Cənab Yox” ləqəbli Andey Qromıko tərəfindən qəbul olunub. Bu səfərdə isə əsasən ABŞ Prezidenti Ronald Reyqanla SSRİ-nin rəhbəri Mixail Qorbaçov arasında 8 dekabr 1987-ci ildə Vaşinqtonda imzalanmış Orta və yaxın mənzilli raketlərin ləğv olunması üzrə Sazişin ratifikasiya olunması məsələsi müzakirə olunub. Görüş zamanı A.Qromıko bildirib ki, hazırda əsas vəzifə imzalanmış sazişin ratifikasiya edilməsidir. Daha sonra isə A.Qromıko qarşılıqlı əməkdaşlıqla bağlı rəsmi xarakterli bir sıra fikirlər söyləyib.
C.Bayden sonrakı illərdə də bir neçə dəfə Rusiyaya səfər edib. Onun 1997-ci ildə Rusiyada xarizmatik və sirli siyasətçi kimi tanınan Aleksandr Lebedlə görüşdüyü bildirilir. Ancaq bu görüşlə bağlı məlumat o qədər də çox deyil.
2011-ci il martın 10-da isə C.Bayden vitse-prezident statusunda Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşüb. Bu görüşlər zamanı Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması və hətta iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsi müzakirə olunub.
“Mən yenidən Rusiyada olmağımdan çox şadam. Mən Rusiyanı öyrənirəm və Rusiyaya böyük dövlət kimi hər zaman dərin hörmət bəsləmişəm”, – deyə seçkiqabağı dövrdə Rusiyanı kəskin tənqid edən C.Bayden 2011-ci ildə Moskvada D.Medvedyevlə görüş zamanı demişdi.
ABŞ-ın Harvard Universitetinin Hüquq fakültəsi tərəfindən nəşr olunan, ölkənin ən prestijli "Lav Rivyu" jurnalının rəhbəri vəzifəsinə müsəlman təyin edilib.
Axar.az xəbər verir ki, 134 illik jurnalın rəhbərliyinə 26 yaşlı müsəlman tələbə Həsən Şahavi gətirilib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama da 1990-cı ildə sözügedən jurnalın ilk qaradərili direktoru vəzifəsini icra edib.
15:22
Türkiyə prezidentliyinə keçmiş namizəd Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasından rəsmən istefa etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bunu İncə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün “Türkiyə təəssüf ki, Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. Bu gün saxta CHP-çi olanlarla, FETÖ-cuları, sorosçuları qoruyanlarla, “Mavi Vətən”i anlamayanlarla, “Türkiyə təəssüf ki, Azərbaycana yardım etdi” deyənlərlə yollarımı ayırıram”, - İncə bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyədə özgüvəni və iddiası olmayan tək müxalifət partiyası CHP-dir:
“CHP Atatürkün qoyduğu ideologiyadan uzaqlaşıb. Cəfasını çəkənlər başqa, səfasını sürənlər başqadır. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyib, Mustafa Kamal Atatürk deməyənlərlə yolumuz ayrıldı”.
Qeyd edək ki, Məhərrəm İncə artıq partiya yaratmaq üçün hazırlıqlara başlayıb. Belə ki, o, 2018-ci il prezident seçkisi dönəmində yaratdığı Məmləkət Hərəkatını Məmləkət Partiyasını çevirəcəyini bildirib.
İncədən bir neçə gün öncə CHP-dən üç millət vəkili də istefa verdiyini açıqlamışdı.
Cinayətkarlar yalnız Nikol Paşinyanı ağır şəkildə döyəcəyini elan etdiyi üçün millətin “qəhrəmanını” həbs ediblər. Mən də bunu etmək niyyətindəyəm.
Axar.az xəbər verirr ki, bunu fevralın 8-də “Sasna Çrer” erməni silahlı qruplaşmasının üzvü Pavlik Manukyan Ermənistan Baş Prokurorluğunun binası qarşısında Qarabağ müharibəsi iştirakçısı Vahan Badasyanın azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı bildirib.
“Badasyanın həbs edilməsinin əsl səbəbi ölkədə onun da üzv olduğu Ermənistanın Qurtuluş Döyüşçüsü hərbi şurasının yaradılmasıdır. O, şura yaradıldığı günün ertəsi həbs olunub.
Beləliklə, mövcud Ermənistan hakimiyyətini Serj Sərkisyanın aqibəti gözləyir”, – deyə Manukyan qeyd edib.
Türkiyə prezidentliyinə keçmiş namizəd Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasından rəsmən istefa etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bunu İncə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Türkiyədə özünə güvəni və iddiası olmayan tək müxalifət partiyası CHP-dir:
“CHP Atatürkün qoyduğu ideologiyadan uzaqlaşıb. Cəfasını çəkənlər başqa, səfasını sürənlər başqadır. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyib, Mustafa Kamal Atatürk deməyənlərlə yolumuz ayrıldı”.
Qeyd edək ki, Məhərrəm İncə artıq partiya yaratmaq üçün hazırlıqlara başlayıb. Belə ki, o, 2018-ci il prezident seçkisi dönəmində yaratdığı Məmləkət Hərəkatını Məmləkət Partiyasını çevirəcəyini bildirib.
İncədən bir neçə gün öncə CHP-dən üç millət vəkili də istefa verdiyini açıqlamışdı.
Qars müqaviləsi Azərbaycan və onun ərazilərinin qorunması baxımından mühüm əhəmiyyətə malik sənəddir. Qars müqaviləsi bir tərəfdən Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, digər tərəfdən Türkiyə olmaqla, Qars şəhərində RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanıb.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bu gün 100 illiyi qeyd edilən Qars müqaviləsi haqda danışarkən deyib.
O bildirib ki, Naxçıvanın taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusu Qars müqaviləsinə əsaslanır:
“Bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələri ilə referendum keçirilir və həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilir, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanır.
Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olub.
Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi məsələlərini də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdır”.
Tarixçi alim bildirib ki, Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırıma uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi:
“Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi.
Qeyd olunan maddədə yazılırdı: “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.
Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi 11 km uzunluğunda müəyyən edilib, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay anlaşmasında müəyyən olunduğu kimi, dəyişilmədən saxlanılıb.
Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin ilin 11 sentyabrında qüvvəyə minib. Qeyd etmək lazımdır ki, Türkiyə İğdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək kəndindən keçən Araz çayı vasitəsilə sərhəd təşkil edən həmin 11 km-lik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində İstiqlal savaşı dövründə Mustafa Kamal Paşa tərəfindən qızıl pul ödənməklə alınıb”.
Hakim fraksiya üç səbəbə görə erkən parlament seçkilərini keçirməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının və Vətənin Qurtuluşu Hərəkatının üzvü İşxan Saqatelyan hakim Mənim Addımım blokunun erkən parlament seçkiləri keçirilməsindən imtina qərarını şərh edərkən deyib.
“Birincisi, Paşinyan bilir ki, onun seçilmək şansı yoxdur. Bu, sadəcə mümkün deyil.
İkincisi, seçkilər onun komandasında ciddi problemlərə yol açacaq, çünki onların əksəriyyəti parlament mandatının itirilməsi təhlükəsini dərk edir.
Üçüncüsü, hakimiyyət etirazçı hərəkatın artıq təslim olduğunu hesab edir”, – deyə Saqatelyan yazıb.
Saqatelyan hakimiyyətin böyük səhv etdiyini bildirib:
“Çünki “populist xainlər” xalqlarını bir dəfə aldada bilər, ikinci dəfə bu, işə yaramayacaq”.
Saqatelyan bu qərara etiraz olaraq aksiyaların başlayacağını qeyd edib:
“Növbəti mitinq 20 fevral saat 15:00-da Azadlıq meydanında keçiriləcək”.
Ermənistanın təslim olması ilə nəticələnən Qarabağ müharibəsini dayandıran 10 noyabr üçtərəfli razılaşması Naxçıvanla Azərbaycan arasındakı “Zəngəzur dəhlizi” kimi bilinən nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Və bu dəhlizin açılmasına dair hazırlıqlar Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində ərazi almaq istəyənlərin də kəskin artmasına səbəb olub.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy deyib.
“Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ savaşından sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alınıb. Bu dəhlizdən keçən quru və dəmir yollarının açılacağını eşidən yerli və xarici iş adamları diqqətini Qars və İğdıra çevirib”, - Gülbəy bildirib.
ASİMDER başqanı əlavə edib ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb olan Qarabağın işğalı probleminin bu müharibə ilə aradan qalxması sərhədlərin açılacağına dair xəbərlərin də yayılmasına səbəb olub:
“Bu xəbərlərin təsiri ilə Qars və İğdırda əraziləri dəyərindən beşqat artıq ödəyərək almaq istəyən, mənşəyi məlum olmayan xarici iş adamları və ya firmalar bölgəyə axın edir. Qars və İğdırdakı vətəndaşlarımızı ərazilərini satarkən diqqətli olmağa, şübhələndikləri durumla bağlı təhlükəsizlik orqanlarına xəbər verməyə çağırırıq”, - o deyib.
Göksəl Gülbəy istisna etmir ki, həmin xarici iş adamları və ya firmalar erməni diasporuna bağlıdır. Çünki ötən əsrin 90-cı illərində ermənilər bölgənin gələcəkdə hansı strateji əhəmiyyətə malik olacağını görərək İğdırdan torpaq sahələri almağa çalışırdı.
Ermənistanın eks-prezidenti Robert Köçəryanın yeganə “kozır”ı Nikol Paşinyanın siyasətidir.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyanç deyib.
Onun sözlərinə görə, Köçəryan heç vaxt siyasətdən getməyib.
Surenyanç Köçəryanın hazırkı mövqeyinin onun özü üçün müttəfiq gördüyü Vətənin Xilası Hərəkatındakı partiyalardan fərqləndiyini bildirib:
“Köçəryan hətta Serj Sərkisyanın prezidentliyi dönəmində ildə minimum bir neçə dəfə bəyanatlarla çıxış edir, müsahibə verir, hakimiyyətin iqtisadi siyasətini tənqid edirdi. Yəni Köçəryanın siyasi kariyerası qapanmamışdı. O çalışır ki, “güclü əl” texnologiyasını Paşinyan hökumətinin fiaskosu fonunda tətbiq etsin. “Güclü əl” haqqında cəmiyyət və Köçəryanda təsəvvürlərin bir qədər fərqli olması başqa məsələdir”.
Surenyançın fikrincə, Köçəryanın təklif etdiyi hakimiyyət və düşmənləri arasında ikiqütblü seçim onun Paşinyanın 2018-ci ildə istifadə etdiyi texnologiyadan yararlanmaq niyyətində olduğunu göstərir.
Robert Köçəryanın Moskvaya səfər etdikdən sonra seçkilərdə iştirak edəcəyini bildirməsi o deməkdir ki, Ermənistanda müxalifətin lideri və tənzimləyicisi yenidən köhnə oyunbaz olacaq.
Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, müharibədən sonrakı ilk iki ayda Köçəryan 17 partiya və Manukyana təlimatlar verərək məqamını gözləyirdi:
“Əslində Moskvada Putinin Paşinyana Robertlə bağlı fikir bildirməsi, Nikolun istintaqla bağlı geriyə addım atması və hətta onu xaricə buraxması Köçəryanın əl-qolunu açmış oldu.
Onun “seçkilərdə iştirak edəcəm” bəyanatına cavab olaraq hakim partiya dünənki toplantıdan sonra qərara gəlib ki, növbədənkənar seçkiləri keçirməyə heç bir əsas yoxdur, cəmiyyətin əksər hissəsinin belə bir tələbi mövcud deyil.
Bu arada, Ermənistanın İkinci Qarabağ müharibəsindəki kapitulyasiyasının ardınca Baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət i̇ttifaqının - “Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.