Fevralın 8-dən etibarən Azərbaycanda “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.
Axar.az xəbər verir ki, həmin şəxslərin növbəli qaydada peyvənd olunması üçün “COVİD-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib.
Vətəndaşlar saytına daxil olub “COVİD-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.
Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı video təlimatla buradan tanış ola bilərsiniz.
Metroda intihar anı qatarın təhlükəsizlik kamerasına düşüb.
Ermənistanda inflyasiya kəskin şəkildə artıb. Analitiklərin hesablamalarına görə, Ermənistanda inflyasiyanın analoji səviyyəsi bu günə qədər heç vaxt qeydə alınmayıb.
Axar.az xəbər verir ki, bu sözlərlə erməni iqtisadçı Akop Köçəryan çıxış edib.
Onun sözlərinə görə, hazırda Ermənistanda insanların gəlirləri aşağıdır, amma inflyasiya rekord səviyyədədir:
“Bu, xüsusilə ən vacib qida məhsullarına aiddir. Rəsmi məlumatlara görə, Ermənistanda ərzaq məhsullarının və alkoqolsuz içkilərin orta qiyməti 10-15% artıb. İstehlak malları, xüsusilə tütün və alkoqol sahəsində inflyasiya da ikirəqəmlidir. İl ərzində onlar 10,8%-13% bahalaşıb”.
Köçəryan bildirib ki, inflyasiyaya milli valyutanın devalvasiyası da əhəmiyyətli dərəcədə təsir göstərib:
“Son üç ay ərzində dram 35 pillə aşağı düşüb. Bu, həm idxal, həm də yerli istehsal mallarının qiymətlərinin süni şəkildə artmasına və sosial gərginliyin pik həddə çatmasına gətirib çıxarıb. Təsəvvür edin ki, son günlər Ermənistanda tərəvəz və meyvələrin qiyməti təxminən 33% artıb. Bitki yağları və digər yağ məhsulları isə 44% - dək bahalaşıb. Qeyd edim ki, bu rəsmi məlumatlardır”, - deyə erməni iqtisadçı bildirib.
12:47
Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcəyi bəlli idi. Çünki 10 noyabr tarixli üçtərəfli bəyanatın müvafiq bəndində açıqca göstərilir ki, Ermənistan qoşunlarını Qarabağdan çıxarmalıdır. Digər tərəfdən, Ermənistan bu və ya başqa yolla gec-tez işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılacaqdı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcəyi haqda yayılan xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, bəyanata uyğun olaraq, sülhməramlıların regiona gəlişi Ermənistanın işğalçı qüvvələrinin regiondan çıxması ilə paralel aparılmalı idi:
“Biz prosesin müəyyən mənada gecikmə ilə də olsa, getdiyini gördük. Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməməsi bir daha 10 noyabr tarixli bəyanatın icrasını göstərir. Ümumilikdə Ermənistanın Qarabağa əsgər göndərməsi qanunsuz və işğalçı bir əməl idi. Bundan sonra belə bir şey olmayacaq.
Digər tərəfdən, Rus-Türk Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ermənilərin mənfur əməllərinə ciddi zərbə vurdu. Yəni mərkəz həm də rəsmi İrəvanın təxribatçı gərginlik yaratmaq məqsədi güdən əməllərini izləyəcək. Bunu Ermənistan tərəfi də başa düşür. Bu mənada belə bir qərar verilib. Ümid edək ki, rəsmi İrəvan bu dəfə verdiyi qərarın arxasında duracaq. Əks halda bəyanatı pozduğuna görə təkcə Azərbaycanı deyil, eyni zamanda Rusiyanı da qarşısına almış olacaq”.
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Rusiyaya səfər etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
Bildirilib ki, Paşinyanın səfəri bir gün çəkəcək və o, sabah geri dönəcək.
Qəzet səfərin məqsədi müəyyən edə bilməyib.
Ermənistan Baş nazirinin Aparatı isə yayılan məlumatı təkzib edib.
9 yanvar 2021-ci il tarixində Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnsitututun təşəbbüsü ilə Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan irəli gələn əməkdaşlıq və onun regionda yaratığı yeni imkanlara həsr olunmuş onlayn forum keçirilmişdir.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, forumda Mərkəzin sədri, tanınmış politoloq Fredrik Starın moderatorluğu ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkmənistanın bu ölkədəki səfiri Meret Orazov, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza və Mərkəzin direktoru, tanınmış araşdırmaçı Svante Kornel panelist qismində çıxış etmişlər.
İnternet üzərindən Facebook və Youtube şəbəkələrində canlı yayımlanan forumda Xəzər dənizinin karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsini ehtiva edən Anlaşma Memorandumu ətrafında müzakirələr aparılmış, bu layihənin iki ölkə arasıdakı əməkdaşlığı yeni müstəviyə çıxartmaqla yanaşı, regional səviyyədə enerji sahəsinə əlavə imkanlar gətirdiyi bildirilmiş, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu əməkdaşlıqdan faydalanacağı qeyd olunmuşdur.
Səfir Elin Süleymanov çıxışı zamanı Azərbaycan və Türkmənistan tərəfindən Dostluq yatağı üzrə razılaşmanın əldə edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, bu memorandumun imzalanmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun iki dövlətin strateji maraqları naminə birgə fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulamış, qardaş dövlətlərimizin nə qədər yaxın və dost olmasının göstəricisi olmasını bildirmişdir. Səfir son 30 ildə Azərbaycan və Türkmənistanın müstəqillik və suverenliyini gücləndirərək hal-hazırda regionun vacib ölkələrinə çevrildiyini qeyd etmiş, bu razılaşmanın hər iki ölkənin milli maraqlarından və ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlandığını diqqətə çatdırmışdır.
Səfir Vətən müharibəsindən sonra regionda baş verən dəyişikliklərin nəqliyyat, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə və ümumilikdə regionda sabitliyin qorunub saxlanmasına imkan yaratdığını qeyd etmişdir. 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatı xatırladan səfir bunun yalnız Azərbaycana qarşı deyil, bütün region üçün olduqca əhəmiyyətli olan enerji və nəqliyyat xətlərinə təhlükə yaratdığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan tərəfi öz qətiyyətli cavabı ilə regionda ümumi sabitliyə böyük töhvə vermişdir. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi regionda yeni imkanlar yaratmaqla yanaşı, bölgədə əsas təhlükə mənbəyinin aradan qaldırılması ilə nəticələnmişdir. Regional enerji, nəqaliyyat və infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edən E.Süleymanov yeni razılaşmanın Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri, eləcə də Ermənistan üçün də fayda gətirəcəyini vurğulamışdır.
Türkmənistan səfiri Meret Orazov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığı regionda sabitlik və inkişafın əsas elementi olaraq qiymətləndirmiş, ölkəmizin Türkmənistana hər zaman dəstək olduğunu qeyd etmişdir. M.Orazov Lapis Lazuri layihəsi çərçivəsində Əfqanıstanın inkişafı üçün və digər formatlarda ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs etmişdir.
Tədbir zamanı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının əhəmiyyəti vurğulanmış, layihənin regional inkişafa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhvə qeyd olunmuşdur.
Forumu https://www.youtube.com/watch?v=q_SXYT2Pgrk&feature=youtu.be internet səhifəsindən izləmək mümkündür.
İranın vurduğu Ukrayna təyyarəsi ilə bağlı gizli səs yazısı ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
Gizli səs yazısının Kanada hökuməti və gizli xidmətin əlində olduğu, eyni zamanda səsin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə aid olduğu iddia edilib.
Səs yazısında Zərif əvvəlcə təyyarənin vurulmasının təsadüf olduğunu, daha sonra casusların təyyarəni qəsdən vurduğunu deyib:
“Hadisəni mütəşəkkil cinayətkar qrupun törətdiyini ehtimal etsək belə, həqiqəti nə bizə, nə də başqasına söyləyəcəklər. Bunun ehtimalı azdır. Hadisədə casusların da əli ola bilər. Minlərlə ehtimal var. Bəlkə də həqiqətən müharibə və ya radara görə qəza baş verib. Bundan başqa, həqiqətin heç vaxt açıqlanmaması üçün səbəblər də ola bilər”.
Səs yazısının bir hissəsində Zərif nümunə kimi Rusiyanın 2014-cü ildə Malayziya Hava Yollarına aid təyyarəni vurmaqda günahlandırıldığını, ancaq bunu heç vaxt etiraf etmədiyini bildirib.
CBC yazır ki, səs yazısı təyyarə qəzasından bir neçə ay sonra gerçəkləşib.
Kanada Baş naziri Castin Trüdonın müşaviri Ralf Qudeyl hökumətin səs yazısından xəbərdar olduğunu deyib.
Xatırladaq ki, keçən ilin yanvar ayının 8-də Ukrayna Hava Yollarına aid “Boinq” sərnişin təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra vurulmuşdu. Təyyarədə olan 9 ekipaj üzvü və 167 sərnişinin hamısı həlak olmuşdu. Hadisədən bir neçə gün sonra İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf etmişdi.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Komsomolskaya pravda”nın müxbirinə müsahibə verib. 1983-cü ildən bəri diplomatik xidmətdə olan Yerxov Mərakeş (1983 - 1987), Misir (1990 - 1994), İsrail (1996 - 2000) səfirliklərində çalışıb. 6 il Rusiya Federasiyasının İstanbuldakı baş konsulu vəzifəsində çalışıb, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzinə rəhbərlik edib.
Yerxovun müsahibəsində müxbirin Türkiyə haqda sualları yumşaq desək, qərəzli görünür. Amma səfir əlbəttə ki, suallara xeyli diplomatik tərzdə cavab verib.
Axar.az Musavat.com-a istinadla müsahibəni təqdim edir:
- Pandemiya Rusiya-Türkiyə münasibətlərinə necə təsir edib?
- Siyasi dialoq və nümayəndə heyəti səviyyəsində görüşlər azalıb. Ticarət dövriyyəsi də geriləyib: keçən ilin 11 ayına olan məlumatlara görə, ikitərəfli ticarət 2019-cu ilin eyni dövrünə nisbətən 22% azalaraq, 18,5 milyard dollar təşkil edib. Ancaq eyni zamanda, iki ölkənin prezidentləri təmasları daima davam etdiriblər. Üç şəxsi görüş keçirilib, üstəlik videokonfrans vasitəsi ilə Astana formatında sammit olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.
- Rusiya cəmiyyəti Türkiyəni ölkəmizin geosiyasi rəqibi kimi görür. Sizcə, bu fikir nə dərəcədə haqlıdır?
- Bir ingilis dövlət xadimi deyib ki, onun ölkəsinin daimi dostları yox, daimi mənafeləri var. Bu prinsip bütün digər dövlətlərə də aiddir. Hər ölkənin öz maraqları var və onları rəhbər tuturlar. Siyasət siyasətdir. Bəzən sərt, bəzən qəddar ola bilər. İki güclü ölkə, iki imperiya, necə deyərlər, sərhəd-sərhədə əsrlər boyu yanaşı yaşayırlarsa, bu və ya digər mərhələdə qarşıdurma qaçılmaz ola bilər. Türkiyə ilə üç əsrdə kiçik münaqişələri nəzərə almasaq, on iki böyük müharibəmiz olub. Bu səbəbdən Türkiyənin insanların şüurunda rəqibimiz olması təəccüblü deyil.
- Türklərin də eyni düşüncələri varmı?
- Kimsə rus turistlərin gəlməsinə sevinir, çünki mağazasında bundan əlavə gəlir əldə edirlər. Biri rusun ağıllı və gözəl qadınına görə sevinir. Ancaq tarixi stereotiplərin əsiri olanlar da var ki, onlar Rusiyanı sevmir, ona etibar etmir. Buna da tez-tez rast gəlirik.
- Dostlar və maraqlar haqqında sitatı xatırladınız. İndi Rusiya ilə Türkiyənin fərqli maraqları varmı?
- Bəli, yəqin ki, var. Ancaq türkiyəli həmkarlarımızla birlikdə balansı və qarşılıqlı hörmətə əsaslanaraq, kompromislərə imkan verən variantlar axtarırıq. Buna ən yaxşı nümunə Rusiya, Türkiyə və İranın Suriyadakı genişmiqyaslı döyüş əməliyyatlarını dayandıra bilməsidir.
- Türkiyə Ukraynaya pilotsuz təyyarələr tədarükünü və hətta birgə istehsal etməyi planlaşdırır. Bu silahların “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”na qarşı istifadə olunacağına dair hər hansı təhlükə varmı?
- Baxın, iki suveren dövlət hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Prinsipcə, buna etiraz etmək çətindir. Amma etirazlar da olur. Məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması Qərbdə bəzilərində son dərəcə mənfi reaksiyasına səbəb oldu. Amma biz əlbəttə ki, bu kimi əməkdaşlıq məsələlərinə daha sakit yanaşırıq. Eyni zamanda, Rusiyanın ekspert dairələrinin, Kiyevin türk "Bayraqdar"a sahib olmasının üstünlüyüdən istifadə edə biləcəyi ilə bağlı narahatlıqları da bölüşmək lazımdır. Münaqişənin yenidən hərbi yolla həlli cəhdləri barədə narahatlıqlar haqlıdırmı? Mən deyə bilmirəm. Bu ssenarinin gerçəkləşməsini istəməzdim. Bunun baş verməməsi üçün çalışacağıq.
- Türkiyənin Dağlıq Qarabağdakı münaqişədəki rolunu necə qiymətləndirirsiniz? İstanbul Azərbaycanı fəal şəkildə dəstəklədi, onları “Bayraqdar”larla təmin etdi.
- Biz bölgədəki vəziyyətin gərginləşdiyi andan etibarən Türkiyə ilə sıx təmasda olduq, daim məsləhətləşdik. Nəticə etibarilə, 31 yanvarda Rusiya və Türkiyə tərəflərindən 60 zabitin sülh razılaşmalarının icrasını birlikdə izləyəcək Monitorinq Mərkəzi işə başladı.
- Rusiyanın sizdən əvvəlki səfiri öldürüldü. Burada özünüzü təhlükəsiz hiss edirsiniz?
- Bu faciədən sonra əlavə təhlükəsizlik tədbirləri görüldü. İndi bu barədə təfərrüata varmaq, detallar haqqında danışmağı lazımsız hesab edirəm.
- Türkiyə türkdilli dövlətlərin birliyini yaratmağa, bu birlikdə lider rolunu oynamağa hazır olduğunu fəal şəkildə təbliğ edir. Ankara keçmiş SSRİ respublikalarını da öz maraq zonalarına daxil etmək istəyir. Moskva bu cür ideoloji təşkilatlanmaya necə baxır?
- Həyatdan konkret misallara baxaq. Tələbənin türk və Türkiyə tarixini öyrənməsi yaxşıdır, yoxsa pis? Yəqin ki, yaxşıdır. Teatr, musiqi və rəqs qruplarının dövlətlərarası və bölgələrarası mübadiləsi inkişaf edir, bu necədir? Görünür, çox faydalıdır. Amma aşkar şovinizm fikirlər “hiyləgərliklə” təbliğ olunursa - bu, şübhəsiz ki, pisdir. Ancaq problem ondadır ki, bu cür prosesin tam məzmununu ayırd etmək, belə demək mümkünsə, dənəni samandan ayırmaq qədər çox çətindir.
Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, diplomatla keçirilən görüş Mixeil Saakaşvilinin Gürcüstanda genişmiqyaslı itaətsizlik aksiyalarına çağırışları ilə bağlı olub.
İ.Dolqov bildirib ki, Gürcüstanın keçmiş prezidentinin çağırışları Ukrayna-Gürcüstan arasında strateji tərəfdaşlıq və etimad atmosferinin inkişafına kömək etmir.
Səfir konkret şəxsin fikirlərinin iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, İ.Dolqov artıq üçüncü dəfədir M.Saakaşvilinin bəyanatlarına görə Gürcüstanın xarici siyasət idarəsinə çağırılır. Ötən ilin iyun-iyul aylarında ukraynalı diplomat iki dəfə XİN-ə dəvət olunub.
21:31
Bu gün ölkəmizlə bağlı tarixi dönüş nöqtəsinə şahidlik edirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kosmik Proqramın tanıtım iclasında çıxışında deyib.
“Gələcək 10 ilin necə formalaşacağını bir azdan açıqlayacağıq. Qlobal kosmos yarışında ölkəmizi ən üst mərhələyə gətirəcəyik”, - deyə dövlət başçısı bildirib.
***
2023-cü ilin sonlarında milli və hibrid raketimizlə Aya çataraq sərt eniş həyata keçirəcəyik. Türkiyə vətəndaşı Aya gedəcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda çıxışı zamanı söyləyib.