Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir.

 

Axar.az xəbər verir ki, bunu Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunda Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy deyib.

“Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyir və əslində seçim qarşısındadırlar. Bu geosiyasi situasiyada, təbii ki, bir şirnikləşdirmə var, indi Qərb düşərgəsinə qoşulmaq. Lakin bu, qlobal miqyasda yanlış seçimdir. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın prinsipial olaraq edəcəyi seçimlərə təsir etməlidir. Aydındır ki, Avropa arzusunun təzyiqi altında Avropada olmaq istəyirsiz, yoxsa həqiqətən Monte Karlo olmaq istəyirsiz. Dostlar, təəssüf ki, bunların heç biri olmayacaq”, - o bildirib.

Tolstoy qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Qərbin onlara diktə etdiyi qaydalarla oynamağa çalışır:

“Amma Rusiya Qərblə qlobal qarşıdurmada qalib gələcək və hər halda ümid edirəm ki, onların etdiyi seçim bizim çoxəsrlik dostluğumuzun xeyrinə olacaq. Demək istəyirəm ki, Rusiya olmadan Ermənistan bir dövlət kimi sağ qala bilməz”.

29 Noyabr 2024 “Həlli mümkün olmayan məsələ yoxdur”
29 Noyabr 2024 6,2 milyonluq bananı yedi - VİDEO
29 Noyabr 2024 “Son zəng”də bayağı mahnı oxuyan direktorla bağlı məhkəmə qərarı - FOTO
29 Noyabr 2024 7 dəqiqəyə necə pizza hazırlamaq olar?
29 Noyabr 2024 Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 “Bizdə də siyasi məhbuslar var” - Fransalı deputat - Video
29 Noyabr 2024 Belousov Şimali Koreyaya getdi
29 Noyabr 2024 Zurabişvili Avropadan kömək istədi
29 Noyabr 2024 Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
29 Noyabr 2024 Bu məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Bakı Hərbi Məhkəməsinə 3 hakim ezam olundu
29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşdü
29 Noyabr 2024 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
28 Noyabr 2024 “Bəli, mikrofon danışmaq üçündür, amma...”
28 Noyabr 2024 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video
28 Noyabr 2024 Kobaxidze Rusiya “siyasətini” elan etdi
28 Noyabr 2024 Fəxrizadəni öldürmək üçün süni intellektdən istifadə edilib
28 Noyabr 2024 “Trendyol”dan azərbaycanlı müştərilər üçün kampaniya - Video
28 Noyabr 2024 Özbəkistan vətəndaşları qarşı tərəfə təhvil verildi
28 Noyabr 2024 Mirzoyan Valtonenlə sülh prosesini müzakirə etdi
28 Noyabr 2024 Film çəkilişi üçün Bakıya gələn xanımını tək qoymadı - Foto
28 Noyabr 2024 "Pişiyin əli ətə çatdı" - Bakıda marketdə GÖRÜNTÜ - VİDEO
28 Noyabr 2024 ATACMS-ın daha güclü “rus analoqu”... - Putin
28 Noyabr 2024 Putin: Bu gecə 90 raket və 100 PUA ilə hücum etdik
28 Noyabr 2024 Gürcüstan parlamenti yeni hökuməti təsdiqlədi
28 Noyabr 2024 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
28 Noyabr 2024 Mirşahin bu deputatları yıxıb-sürüdü - Video
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
28 Noyabr 2024 Dudadan Bakını qəzəbləndirəcək açıqlama