Son xəbərlər

 
Bakının mərkəzində “Niva”lı “avtoş”luq

Bakının Füzuli küçəsində “Niva” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.

 

“Qafqazinfo” Xezerxeber.az-a istinadən məlumat verir ki, həmin sürücünün videosu sosial şəbəkələrdə yayılıb. 99- GG-111 dövlət nömrə nişanlı, “Niva”nı idar edən şəxs əvvəlcə başqa bir avtomobilə yaxınlaşaraq pəncərədən həmin sürücüyə nəsə deyir.

Güman olnur ki, onu da “avtoş”uq etməyə dəvət edir, lakin “yox” cavabı aldığı üçün qarşısına keçərək sağa-sola manevrlər edir və “Niva”nı iki təkər üzərində sürür.

İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq, sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir. Yaxud bu əməl bir neçə dəfə təkrarlandığı halda nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs edilə bilər.