Son xəbərlər

 

İsveçrədə bir şirkət işçilərini nəzarətdə saxlamaq və gizlilik üçün maraqlı addım atıb.

 

Axar.az xəbər verir ki, şirkət işçilərinə vəsiqə vermək əvəzinə, bədənlərinə çip yerləşdirib. Onlar bununla həm vaxta, həm də gizliliyə nəzarət etdiklərini bildiriblər.

12 millimetr olan və çöpə bənzəyən bu mikrosxem informasiya texnologiyaları ilə idarə olunur.

Şpris vasitləsilə dərinin altına yerləşdirildikdən sonra istifadə edilən texnoloji vasitəyə kod gəlir. Kodu daxil etdikdən sonra işlə bağlı bütün məlumatları qurğunun yaddaşına yerləşdirmək mümkün olur.

Şirkət artıq bunu 400 nəfər üzərində həyata keçirib.