Son xəbərlər


Dörd dil bilən şəhid direktorun evindən

Ötənilki Bayraq Günündə Şuşaya bayraq sancmağı arzulayan məktəb direktoru builki Bayraq Günündə Şuşa uğrunda döyüşlərdə şəhid olub. 

“Qafqazinfo”nun əməkdaşları Ağstafa rayonunun Qırılı kəndində olub, 4 xarici dil bilən şəhidimiz Elvin İmaməliyevin ailəsindən reportaj hazırlayıblar.

Oğlunun igidliyi ilə qürur hissi keçirdiyini vurğulayan E.İmaməliyevin atası Elsevər İmaməliyev deyir ki, Elvin ordu sıralarına qoşulmağı özü arzulayıb:

 

“Atam da, babam da, onun atası da evin tək oğlu olub. Mən də evim tək oğluyam. Elvin də tək oğlan idi. Bu silsiləni Elvin pozdu, onun iki oğlu var. Amma özü şəhid oldu…”

Qəhrəman atası danışır ki, Elvin İmaməliyev fransız dili üzrə təhsil alıb və bununla yanaşı alman, ingilis, rus dillərini də öyrənib.

Bakıda neft sahəsində ixtisaslaşan Fransa şirkəti ona yüksək maaşla iş təklif etsə də, Elvin bundan imtina etməli olub. Körpəlikdən nənə və babasının yanında böyüyən Elvin nənəsinin sözü ilə kəndə, onun yanına qayıdıb. Bir müddət fransız dili müəllimi kimi işləsə də, sonradan yüksək balla direktor vəzifəsinə qəbul olub.

Elvin İmaməliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinə könüllü yazılıb, 29-da isə cəbhəyə yollanıb. Noyabrın 9-da Qırımızı bazar kəndi uğrunda döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub.

Şəhid məktəb direktorundan yadigar isə iki azyaşlı oğlu qalıb. Babalarının sözlərinə görə, qəhrəmanımız şəhid olan gün büküldüyü bayrağı nəvələri “Atamın bayrağı!” deyə adlandırıblar...

Murad Əhməd

Foto-Video: Nuran Məmmədov



 

Heç bir süfrəni çörəksiz təsəvvür etmək mümkün deyil. Ümumiyyətlə biz çörək yeyən xalqıq və çörəyə xüsusi hörmətlə yanaşırıq.

Musavat.com "ATV News"-a istinadən xəbər verir ki, bəzi çörəkbişirmə sexlərində çörək antisanitar vəziyyətdə hazırlanır. 

Nəzərə alsaq ki, koronavirus pandemiyası hökm sürür, onda sanitar qaydalara daha həssas yanaşılmalıdır.

Amma əhalinin sağlamlığına, təəssüf ki, biganə yanaşanlara hələ də rast gəlinir.

Qadınlar küçənin ortasında saçyolduya çıxdılar - VİDEO

Türkiyənin Antalya şəhərində qadınlar arasında dava düşüb.

Publika.az DHA-ya istinadla xəbər verir ki, iki qadın küçə ortasında dava edib və bu zaman qohumları da onlara qoşulublar.

Bir-birinin saçını yolan və bir-birlərinə ayaqqabı atan qadınları kişilər ayırıb.

Altı qadın və üç kişinin iştirak etdiyi dava qonşu binaların sakinləri tərəfindən kameraya çəkilib.

 

Çexiya polisi avqustun 11-də Karlovı Varı otellərindən birində özbaşınalıq edən turisti axtarır.

“Report” xəbər verir ki, kişi yanğın şlanqından istifadə edərək otelin müəyyən hissəsinə su doldurmaq istəyib.

Birbaşa oteldə hovuz düzəltməyin mümkün olmadığını başa düşən turist, 70 yaşlı qadının qaldığı otağa daxil olmaq qərarına gəlib.

Bu gözlənilməz qonaq qadının heç də xoşuna gəlməyib və o, kişini polis çağıracağı ilə hədələyib. Bundan sonra turist ərazidən uzaqlaşıb.

Məhz həmin təqaüdçünün sözlərinə görə, xuliqan rus dilində danışıb və boyu 180 sm olub. Polis həmin kişinin narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edib.

Otel sahibi kişinin öz hərəkətləri ilə müəssisəyə təqribən 22500 min dollar ziyan vurduğunu deyib.