Ötən ilin sentyabr ayından başlayan məlum hadisələr istər ölkə daxilində, istərsə də xaricdə bir çoxlarının vətənimizə baxış bucağını dəyişdi. 44 günlük Vətən müharibəsində həm hərbi sahədə, həm siyasi müstəvidə qazandığımız uğurlarla dünyaya əzmkar, mübariz xalq olduğumuzu bir daha sübut etdik. İgid oğullarımızın qanı, canı bahasına, Ali Baş Komandanın qətiyyəti sayəsində dünyanın gözünə qalib xalq kimi baxmağı bacardıq. Son aylarda gedən proseslər və 10 noyabr bəyannaməsi regionda vəziyyəti ciddi dəyişdi. Təəssüf ki, Ermənistan dövləti, onun daxilindəki bəzi qüvvələr sözdə bir əməldə digər mövqe sərgiləyir. Azərbaycanın gücünü dünya qəbul edir. Məhz bu amilə görə xarici media nümayəndələri bu güc-qüdrəti yerində görmək istəyirlər. Ali Baş Komandan cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində baş tutan 4 saat davam edən 35-dən çox dünya mediasının 50-yə yaxın sualı cavablandırılan mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirildi. Cənab Prezident yerli və xarici mətbuat nümayəndələrinin suallarını geniş , dəqiq, sərrast cavablandırmaqla əsl siyasi lider, sevilən komandan olduğunu bir daha sübut etdi. İranlı jurnalistə verdiyi tutarlı cavabı da onun tək hərbdə, siyasətdə deyil, söz savaşında da yenilməz olduğunu göstərdi. Bir əlində qələm bir əlində qılıncla mübarizə aparan Şah İsmayıl Xətai kimi sərkərdələrin yetişdirdiyi torpaqda bu gün başqa ruhda ölkə başçısının olması mümkün deyil. Mətbuat konfransında Ali Baş Komandanın bütün proseslərlə bağlı apardığı təhlillər, gələcəklə bağlı planlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddət ərzində regionun ən güclü dövləti olaraq bir çox layihələri reallaşdıracaq Prezidentin “Rusiya, Türkiyə və biz eyni mövqedəyik...Avrasiya üçün də yeni damar açıla bilər”, “Post müharibə dövrü yeni imkanlar yaradar”, “Bütün dost ölkələr üçün iş imkanları var “ və s. fikirləri necə qüdrətli dövlətə çevrildiyimizin göstəricisidir. Ulu öndər Heydər Əliyevin dillər əzbəri kəlamı var “Mən fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Bu fikirlərdən ruhlanıb demək istəyirəm ki, biz fəxr edirik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız, Prezidentimiz var və yazımı cənab İlham Əliyevin həmişə səsləndirdiyi və mətbuat konfransında bir daha vurğuladığı fikirlə bitirirəm “Nəyi hədəfləmişiksə, çatmışıq”. Qarşıya qoyduğu hədəfə çatmaq yolunda prezidentimizə uğurlar arzulayıram. Biz sizinləyik, Cənab Ali Baş Komandan!
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azəriqaz Layihə İnşaat” MMC- nin rəhbəri İxtiyar Qəhrəmanovdur.
“Azəriqaz Layihə İnşaat” MMC- nin rəhbəri İxtiyar Qəhrəmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İxtiyar Qəhrəmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. İxtiyar Qəhrəmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İxtiyar Qəhrəmanovdan danışdılar yaxşı ki, İxtiyar Qəhrəmanov “Azəriqaz Layihə İnşaat” MMC- nin rəhbəridir… İxtiyar Qəhrəmanov öz isguzarlığı ilə tanınır və seçilir….
İxtiyar Qəhrəmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə İxtiyar Qəhrəmanovu heç vaxt əqidəsindən döndərə bilməz.
İxtiyar Qəhrəmanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İxtiyar Qəhrəmanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İxtiyar Qəhrəmanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən İxtiyar Qəhrəmanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İxtiyar Qəhrəmanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İxtiyar Qəhrəmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azəriqaz Layihə İnşaat” MMC- nin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İxtiyar Qəhrəmanov özünü doğruldub. Bizdə hörmətli İxtiyar Qəhrəmanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.