Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında olub

Mart ayının 1-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Türkiyə Milli Kitabxanasında olmuşdur. O,Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar şöbәsininrəhbəri və Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla görüşmüşdür. Direktor Kərim Tahirov  görüş zamanı iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, qeyd etmişdir ki,Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası  arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum yenilənməlidir.Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy təklifə müsbət münasibətini bildirmiş və memorandumun yaxın zamanlarda yenilənməsini məqsədəuyğun hesab etmişdir.Danışıqlar əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında Azərbaycan  mədəniyyətinə, tarixinə,ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı planlaşdırılmışdır.Bu məqsədlə, Azərbaycan Milli Kitabxanasından Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyə Milli Kitabxanasına göndəriləcək.

Daha sonra Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etmişdir. Eyni zamanda, Misirdə və Sankt Peterburqda  mühafizə olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirmişdir.

Görüş zamanı professor Kərim Tahirov işğaldan azad olmuş ərazilərimizdə 975 kitabxananın ermənilər tərəfindən məhv edildiyini və orada olan 4 600 000 kitabın yandırıldığını vurğulamışdır. Direktor işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların kitab fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını bildirmişdir. Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy həmin kitabxanaların fondlarına dəstək üçün Türkiyə Milli Kitabxanasının da kitab göndərəcəyini qeyd etmişdir.                            
Professor Kərim Tahirov Əli bəyi mart ayının 2-də TÜRKSOY-un iqamətgahında böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə keçiriləcək tədbirə dəvət etmişdir.

Daha sonra Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoru Əli bəyə hədiyyə etmişdir.

 

Görüşün sonunda Kərim Tahirov Türkiyə Milli Kitabxanasının direktoruna öz təşəkkürünü bildirmişdir.

Ankarada TÜRKSOY-un iqamətgahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib

                             Ankarada TÜRKSOY-un iqamətgahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib

Mart ayının 2-də TÜRKSOY-un iqamətgahında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib.

Açılış mərasimini TÜRKSOY-un baş katibi Düsen Kaseinov edərək  tədbir iştirakçılarını salamlayıb və təşəkkürünü bildirib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünün TÜRKSOY-da qeyd edilməsindən böyük məmnunluq duyduğunu söyləyib. Ortaq dəyərlərimiz olduğunu vurğulayaraq bundan qürur duyduğunu bildirib.

Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib.
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək ilk rəsmi səfərinin qardaş Türkiyəyə olduğundan qürur duyduğunu bildirib.  Azərbaycan Respublikası Prezidentinin qərarı ilə bu ilin dahi Azərbaycan şairi Nizami Gəncəvi ili elan olunduğunu qeyd edərək tədbirin təşkilinə görə TÜRKSOY-a, xüsusilə Düsen bəyə və Türkiyə Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib. Nazir Nizami yaradıcılığı haqqında çıxış edərək qeyd edib ki, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir ki, belə bir böyük şəxsiyyətin beynəlxalq səviyyədə tanıdılması üçün əlindən gələni etsin.

Daha sonra Nizami əsərlərindən ibarət Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə ( Milli Kitabxananın fondundan) baxış keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış edib.

Tədbirdə Nizami əsərlərindən ibarət musiqi dinlətisi olub.

Daha sonra hədiyyə təqdimatı keçirilərək Türksoy-un Baş katibi Düsen Kaseinov Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova hədiyyə təqdim edib. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Anar Kərimov da Qarabağ və Şəki haqqında kitab və Xarı bülbül yaxa sancağını Türksoy-un Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət təşkilatı və Azərbaycan Milli Kitabxanası 10 ildən artıqdır ki, hər il Ankarada  Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar elmi konfranslar, dəyirmi masalar, kitab sərgiləri və digər tədbirlər keçirir və artıq bu bir ənənəyə çevrilmişdir. Bu gün bu məkanda xalqımızın bəşər tarixinə bəxş etdiyi dühalardan biri, dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin işığına toplanılıb. Hörmətli cənab Prezidentimizin sərəncamına müvafiq olaraq Böyük Nizaminin 880 illik yubileyi qeyd edilir.

Nizami dahi sənətkar olaraq bütün dünya xalqları tərəfindən sevilə-sevilə oxunur, onun əsərləri əksər dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.Böyük Nizaminin əlyazmaları bu gün dünyanın ən zəngin  kitabxanalarının və arxivlərinin fondlarını bəzəyir və bəlkə də dünya üzrə əlyazmaları daha çox yayılan müəlliflərin ilk onluğuna daxildir. Bunun sirri isə Nizami şeirinin dünyəviliyində, fəlsəfi düşüncə yükündə, dilinin sadəliyində və əbədiyaşar dəyərləri əks etdirməsindədir.Nizaminin məşhur “Xəmsə”si və digər lirik şeirləri insanları humanizmə, bəşəri duyğulara sadiqliyə, dostluğa, əməksevərliyə, müxtəlif xalqların birgəyaşayışına və tolerantlığa səsləyir. Məhz bu səbəbdən də bəşəri poeziya nümunələri kimi hamı tərəfindən sevilir.

2019-cu ildən Milli Kitabxana Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə “Milli mənəvi sərvətlərimizin vətənə qayıdışı” layihəsini həyata keçirməyə başlamışdır və son 2 il ərzində dünya Milli Kitabxanalarında mühafizə olunan Azərbaycanın klassik şairlərinə mənsub olan 58 adda əlyazmaların elektron surətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsinə nail olunmuşdur. Bunların arasında Xaqani Şirvaninin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Nəsrəddin Tusinin, Saib Təbrizinin və digər klassiklərimizin qiymətli əlyazmalarının surətləri vardır.

 Dünya kitabxanalarında çoxlu sayda kataloqlara salınmayan və tədqiqatçılarımızdan gizli qalan milli mənəvi irs nümunələrimiz vardır və onların tədqiqi məqsədilə birgə layihələr işlənəcək və həyata keçiriləcək.

28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi
07 Mart 2024 FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət