Son xəbərlər

 
Vüsal Kərimov: Doğurdan da, yol sahəsində çalışanların əməyini, zəhmətini sözlə ifadə etmək qeyri-mümkündür

4 saylı “Magistral Yolların İstismarı “MYİ” MMC-nin rəisi Vüsal Kərimov - Bugün tam əminliklə deyə bilərik ki, bir ölkənin tarixinin, xalqın keçmişinin sübutu məhz həmin bölgənin mədəniyyətidir. Bir məmləkətin mədəniyyəti, təbii ki, qısamüddətli zaman çərçivəsində deyil, əsrlərlə formalaşan bir amildir. İnkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol, eyni zamanda vətəndaşların rahat həyatı, güclü iqtisadiyyat deməkdir. Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.

Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq. Ancaq dövlətimiz müstəqillik əldə etdikdən sonra “Yol mədəniyyətdir” prinsipinə uyğun olaraq yol infrastrukturu yenidən qurulmağa başlanıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir.

Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Məhz bu amil respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir. Elə bu səbəbdəndir ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir tipli yollar çəkilir. Yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir, digər tərəfdən də vətəndaşlarımızın, o cümlədən Azərbaycana gələn qonaqların, turistlərin rahatlığını təmin edir: “Azərbaycanın yerləşdiyi region elə bir regiondur ki, biz tranzit ölkə kimi mühüm üstünlüklərə malikik. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil. Son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.

Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır.

Doğurdan da, yol sahəsində çalışanların əməyini, zəhmətini sözlə ifadə etmək qeyri-mümkündür. İlin dörd fəslində-yayın istisində, qışın şaxtasında, çətinliyə sinə gərərək işlərinin ödəsindən ləyaqətlə gəlirlər. Bu gün qürurverici hallardan biri də odur ki, yol infrastrukturu sahəsində yetərincə yüksək ixtisaslı kadrlar formalaşdırılıb. Bir zamanlar yollarımızı xarici ölkələrdən gələn mütəxəssislər çəkirdilərsə, günümüzün reallığında bizim yüksək ixtisaslı kadrlarımız isə dünyanın bir sıra ölkələrində-yol infrastrukturunda çalışırlar. Ölkənin inkişafı, yüksəlişi, beynəlxalq aləmdə söz sahibi olması, təbii ki, onu idarə edənlərdən, yönəldənlərdən asılıdır. Hər kəs öz yerini aldıqda, hər kəs layiqli məqamında bərqərar olduqda yüksəlişdən, inkişafdan, mükəmməllikdən danışmaq olar.
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi