Son üç gündür paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava şəraiti taksi xidmətinin qiymətinə də təsir edib.
Axar.az xəbər verir ki, havanın kəskin dəyişməsindən sonra “Bolt”, “Uber”, “Ulduz”, “189” və s. bir çox taksi xidməti qiymətləri iki dəfədən də çox qaldırıb.
Bununla yanaşı, taksi çatışmazlığı da yaşanır.