Son xəbərlər

 

İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Axar.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, fevralın 17 və 18-də Bakıda və bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı gözlənilir. Rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, artıq qonşu ölkələrdə hava şəraitinin dəyişməsi müşahidə edilir, bəzi ərazilərə qar yağır:

"Belə hava şəraitinin bu gün paytaxtda da müşahidə edilməsi gözlənilir. Artıq dağlıq rayonlarda qar yağması müşahidə edilir. Şahdağda qarın hündürlüyü 4 sm-ə çatıb. Paytaxtda da bugün hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar yağacaq, axşama doğru isə qara keçəcək".

G.Məmmədova deyib ki, bu gün paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, arabir 23-25, axşama doğru isə yarımadanın bəzi yerlərində 28-30 metr/saniyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə artıq 5-10 dərəcə aşağı enib. Günorta saatlarında temperaturun 1-3 dərəcədən yüksək olacağı gözlənilmir.

Direktor əlavə edib ki, sabah da bölgələrdə, eləcə də Bakıda qarlı hava şəraiti davam edəcək. Sabah Bakıda fasilələrlə sulu qar və qar yağacaq. Güclü şimal-qərb küləyi gecə və səhər saatlarında müşahidə olunacaq. Günortadan sonra küləyin tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Fevralın 19-da gün ərzində Bakıda, eləcə də bölgələrdə hava şəraitində sabitlik yaranacaq, hava əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər