Təhsil naziri UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub
Fevralın 12-də təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.
Xarici tərəfdaşlar dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
Tərtər Rayon İcra Hakimiyyətnin başçısı Müstəqim Məmmədov qonaqlara 44 gün davam edən Vətən müharibəsi müddətində ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyan barədə ətraflı məlumat verib.
Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.
Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biri idi. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayırdı. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün sakinlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad edildiyini xüsusi qeyd edir, keçmiş məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.