Son xəbərlər

 

İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal, Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar sözügedən qrupun adından Bəyanat verib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, bəyanatda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi qətliama məruz qaldığı, qətliam nəticəsində 106-ı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

Qrup, Xocalı qətliamının insanlıq tarixində böyük bir ləkə olduğunu, Xocalı qətliamının təşkil edilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalı olduğunu vurğulayıb. Habelə, Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinin qrup tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, sözügedən qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

Qrup, bir daha dünyanın heç bir yerində bu cür bəşəriyyət əleyhinə cinayətin törədilməməsi üçün Xocalıda həlak olan insanların yad edilməsini və Xocalıda törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab edib. Qrup, həmçinin, hesab edir ki, Xocalı qurbanları hər kəsə sülhün dəyərini xatırladır.

Bəyanatda, o cümlədən Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olaraq qiymətləndirilib, Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına çağırış edilib".

16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi
01 Aprel 2024 Kürdə sənaye balıq ovu qadağan edildi
30 Mart 2024 Xocalı şəhərində insan qalıqları tapıldı
30 Mart 2024 Abşeronda qanunsuz tikililər söküldü - Video
29 Mart 2024 İlk Qədr gecəsi: Hacı Şahinin dua və moizəsi - Video
28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz