Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yollarının buz bağlaya biləcəyini deyib.

"Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edən sürücülər avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Bu cür sürücülər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin", - A.Nəcəfli qeyd edib.

A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır:

"Bütün yollarda avtomobillər tam normal hərəkət edir, heç bir problem yaranmayıb. Amma hava şəraitinin axşama doğru dəyişməyi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan bütün maşın - mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz-qum ehtiyatı toplanıb, avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hansısa yolda problem yaranarsa, agentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.

Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən maksimum dağlıq və dağətəyi ərazilərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əks halda onların hərəkətində problemlər yarana bilər".

28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi
07 Mart 2024 FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət