Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - məhsuldar fəaliyyətə mane olacaq kiçik ixtilaflar və fikir ayrılıqları yarana bilər. Rəğbət bəsləmədiyiniz insanlarla çalışmalı olacaqsınız. Emosiyalarınıza hakim olun. Əks təqdirdə mübahisə və ya münaqişə yarana bilər.

Maliyyə çətinlikləri istisna deyil. Borc almaq məsləhət deyil.

Peşəkar fəaliyyət sahənizlə bağlı önəmli məsələni müzakirə etməyin. Təşşəbbüsləri sabaha saxlayın.

Yaşlı qohumlar və təcrübəli dostların məsləhətlərinə qulaq asın.
 

Buğa - bədxərc olmayın, pulları hara gəldi xərcləməyin. Lazım olmayan əşyalar almayın. Arzularınızın hamısını reallaşdırmaq mümkün deyil. İşləri təxirə salmayın, mühüm məsələlərə laqeyd yanaşmayın. Dəvət aldığınız tədbirdə yanlış davranış stili seçərək naqolay vəziyyətə düşməyin.

Hüquqi məsələləri həll etməyə çalışmaq, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişsiz gündür. Yalnız yaxşı hazırlaşandan sonra yola çıxın.

Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.

Əkizlər - başladığınız işlərdə ulduzların himayəsinə bel bağlaya bilərsiniz. Bəzən çətinliklər yaransa da, narahat olmayın. Yolunuzdakı səd və maneələri qətiyyətlə, ruh yüksəkliyi ilə dəf edin. Nüfuzlu şəxslərlə görüşlər yaxşı keçəcək. Yeni tanışlarınızda xoş təəssüratlar oyatmağa çalışın.

Alış-veriş, interyer əşyaları və mebel almaq üçün əlverişli zamandır. Təmir və ya köçlə bağlı məsələləri müzakirə etmək olar.

Xərçəng - çox işlər görmək gərəkdir. Qüvvələrinizi düzgün paylaşdırın. İntuisiyaya əsaslanaraq hərəkət edin. Nəyi nə zaman etmək gərəkdiyini təhtəlşüurunuz deyəcək.

İşgüzar danışıqlar, uzunmüddətli əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.

Təhsil və biliklərin artırılması üçün uğurlu gündür.

Günün ikinci yarısında səhhətinizdə yaranan kiçik problemlər sizi bəzi planlardan imtinaya vadar edəcək. Qüvvənizi bərpa edin.

Darıxmaycaqsınız. Qeyri-adi və maraqlı işi çətinlik çəkmədən tapacaqsınız.

Şir - gərgin və çətin gündür. Əvvəlki günlərlə müqayisədə münaqişələrin sayı artır. Emosiyalarınıza hakim olun. Əks təqdirdə bədxahlarla düşmənlərinizin sayı arta bilər. Yaradılmasına xeyli səy və zəhmət xərclədiyiniz münasibətlərdən biri göz qabağında darmadağın olacaq. Situasiyanı dəyişmək üçün təcili addımlar atın.

Ailə üzvləri il təmaslarda sınaq zamanıdır. Ev və məişət qayğıların çözülməsi xeyli vaxt alır. Nüfuzunuz sınanır.

Günün ikinci yarısında köhnə dostlardan xoş xəbərlər alacaqsınız.

Qız - işgüzar danışıqlar, sözlərinə önəm verdiyiniz insanlarla ünsiyyət üçün əlverişli zamandır. İşdə müsbət dəyişikliklər mümkündür. Çoxdankı plan və niyyətlərinizdən birini gerçəkləşdirmək imkanları var.

Yeni müttəfiqlər peyda olur. Onlardan anlayış və mənəvi dəstəklə yanaşı, yetərincə real yardım gözləmək olar.

Mürəkkəb məsələlərin müzakirəsi, intellektual əmək üçün münasib gündür. Sənədləşdirmə, hesabatların hazırlanması ilə də məşğul ola bilərsiniz. Biznes-planlar quranda ən kiçik məsələlərdə səhv etməyin.

 

Tərəzi - yalnız ilk baxışdan mənasız təsir bağışlayan danışıqlar çox vaxt alır. Halbuki həmin söhbətlər və danışıqlarda mühüm məlumat əldə edə bilərsiniz. Planlarızı reallaşdırmaq üçün yeni müttəfiqlər arayın. Dəvət aldığınız tədbirə qatılın. Belə tədbirlərdə peşəkar fəaliyyətiniz baxımından faydalı tanışlıqlara nail ola bilərsiniz.

Yeni tanışlarla ünsiyyət zamanı ehtiyatlı olun. Sirr və gizlinlərinizi onlarla bölüşməyə tələsməyin.

Səfər və səyahətlər, habelə xarici dil öyrənmək üçün əlverişli zamandır.

Əqrəb - işgüzar danışıqlar üçün əlverişli gündür. Mövqeyinizi qoruyun. Kimsənin xətrinə dəyməyin. Haqlı olduğunuzu ətrafınızdakı insanlara anladın. Yeni müttəfiqlər və tərəfdaşlar tapın. Bu gün başlayacaq istənilən əməkdaşlıq uzunmüddətli və məhsuldar ola bilər. İşgüzar danışıqlar pis keçməyəcək.

Şəxsi münasibətlərdə sayıq və həssas olun. Təmaslarda çevik olun. Yeni tanışlıqlar zamanı sərvaxt davranın. Sizə əsla uyğun olmayan insanlarla əlaqələrdə aktiv olmayın.

Yeni tərəfdaşlığa başladığınız insanlar barədə dürüst təəssürat tezliklə yaranmayacaq. Zahiri parıltı sizi aldatmasın.

Oxatan - nüfuzunuzu qoruyun. Ətrafınızda sizə zərbə vurmaq istəyən insanlar var. İşdə həmkarlarla ixtilafın ciddiləşməsi, rəhbərliklə münaqişələr mümkündür. Davranışınız bəzilərinə orijinal və ya qəribə, hətta ekstravaqant təsir bağışlaya bilər. Ənənəvi dəyərlərin "mühafiz"ləri sizi "dürüst davranmağa" çağıracaqlar. Amma hər şeyə rəğmən, yolunuzdan çəkinməyin və irəliləyişi davam etdirin.

Xoş sürprizlər istisna deyil. Qəfil gəlir və işgüzar təklif ola bilər. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

Səhhətiniz normadadır. Problemlər olmayacaq.

Oğlaq - əməkdaşlığın yeni formatının reallaşdırılması üçün yaxşı zamandır. Tərəfdaşlarınızdan biri nüfuzlu və müstəqil adam olarsa, işlər lap yaxşı alınacaq. Uğur qazanmış insanlar sizi dəstəkləyirlər. Uğursuzlar isə tənqidlər səsləndirir, paxıllıq edirlər. Belələrinin dediklərinə fikir verməyin.

Sövdələşmə, anlaşma, alış-veriş üçün yaxşı gündür. Şəxsi münasibətlər baxımından neyrtral zamandır. Bu sahədə ciddi dəyişikliklər olmayacaq. Səhhətinizə fikir verin.

Axşam saatlarında aktiv istirahəti seçin.

Dolça - çoxsaylı çətinliklər olacaq. Amma onların hamısını dəf etmək mümkündür. Bunu bilin və təslim olmayın. Planlaşdırdığınız işlər alınmayanda bədbinliyə qapılmayın. Nüfuzlu rəqib və ya bədxahla toqquşmada qalib gəlmək imkanlarınız var.

İşdə həmkarlarla dil tapın. Etibar etmədiyiniz insanlara inansanız, çox ciddi səhv edəcəksiniz. Yeni tanışlıqlar və ya münasibətlərin başlanması istisna deyil.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Zökəm və soyuqdəymə istisna deyil. Profilaktik tədbirlər görün.

Sükan arxasında uzun müddət qalmayın.

Balıqlar - günün ilk yarısı uğurlu olacaq. Əvvəllər mümkünsüz təsir bağışlayan işləri indi görə bilərsiniz. Ehtiyac duyduğunuz dəstəyi alacaqsınız. Az sonra karınıza gələcək pulları əldə edəcəksiniz. Uzaqdan gələn xəbərlər sizi sevindirəcək.

Günün ikinci yarısı nisbətən problemlidir. Səhhətinizdə problemlər yarana bilər. Əhvalınızın pisləşməsi, özünüzə güvənin itməsi istisna deyil. Tənqidə aqressiv reaksiya verməyin. Ən kiçik iradlar sizi təbdən çıxarmasın. Başqasının fikrini əsas sayaraq lazım bildiyiniz işləri təxirə salmayın.

28 Mart 2024 Avtobuslar bu videokameralarla təchiz ediləcək
28 Mart 2024 Bu maşınlar taksidə istifadə oluna bilməz
28 Mart 2024 Sərnişin avtobuslarına rəng tələbi qoyuldu
27 Mart 2024 Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...
27 Mart 2024 Kamran Əliyev vəzifəsindən azad edildi
27 Mart 2024 Kolleclərə tələbə qəbulu elan edildi
25 Mart 2024 Bayramdan sonra səməni hara atılmalıdır? - VİDEO
22 Mart 2024 Yağış və qar yağacaq – Xəbərdarlıq
21 Mart 2024 Azərbaycan elektromobil istehsal edə bilər
21 Mart 2024 Novruz nemətlərinin mistik mənaları
19 Mart 2024 Nikol arvadının yaxın qohumunu qubernator təyin edir
18 Mart 2024 Sabah qısaldılmış iş günü olacaq
16 Mart 2024 Bu ərazimizə 10 sm qar yağdı
16 Mart 2024 Bakıda Eldar şamı və zeytun ağacları əkildi - Foto
16 Mart 2024 DYP-dən xəbərdarlıq: Ciddi tədbirlər görüləcək!
15 Mart 2024 Ələsgər Məmmədlinin şikayətinə baxıldı: yeni qərar…
15 Mart 2024 Avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
15 Mart 2024 Natəvanın büstünü təhqir etdilər, terrorçuya heykəl qoydular
14 Mart 2024 Baş nazirdən qərar: Taksi sürücüləri ilə bağlı məlumatlar...
14 Mart 2024 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən Mehmandan xəbər var
14 Mart 2024 Tanınmış modelin ölkədən çıxışına qadağa
12 Mart 2024 DTX: Dezinformasiya yayan şagird istintaqa cəlb edildi
12 Mart 2024 Gömrükdə külli miqdarda narkotik tutuldu
12 Mart 2024 İmsak və iftarda necə qidalanmaq lazımdır?
12 Mart 2024 Azərbaycanda bu şəxslərin nikahı qadağan edilə bilər
11 Mart 2024 Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı...
10 Mart 2024 Bu yollar buz bağlayacaq
10 Mart 2024 Bu gün 53 mindən çox şagird imtahan verdi
08 Mart 2024 “Shokki Mokki” mühüm tədbirə dəstək verdi
07 Mart 2024 FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət