Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-dən Axar.az-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.

“Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur”, - müraciətdə bildirilir.

05 Mart 2021 Temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
05 Mart 2021 Koronaya yoluxanların sayı yenə artdı
05 Mart 2021 Partiyaların inteqrasiyası başladı: davamı olacaq?
05 Mart 2021 Mübariz Mənsimovun məhkəməsi başladı
05 Mart 2021 Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
04 Mart 2021 Agentlikdən ÜST-ə cavab: Bununla razı deyilik!
04 Mart 2021 Ölkəmizdə daha 2 nəfər koronadan öldü
03 Mart 2021 Daha 27 kafe və restoran cərimələndi
03 Mart 2021 Bayramov italiyalı həmkarı ilə danışdı
03 Mart 2021 Anar müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
03 Mart 2021 Dilavər Əzimli koronavirusdan vəfat etdi
03 Mart 2021 Bakı metrosu bu tarixdə hərəkət edəcək
03 Mart 2021 İxtiyar Qəhrəmanov: İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır
03 Mart 2021 Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında olub
03 Mart 2021 Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi
02 Mart 2021 Erməni kilsəsi Avropada yalan təbliğat aparır - Şeyx
02 Mart 2021 Bu şəxslər Həcc ziyarətinə buraxılmayacaq
01 Mart 2021 2010-cu ilə qədər bu universiteti bitirənlərin - Diqqətinə!
25 Fevral 2021 Qar taksi qiymətlərini ceyran belinə qaldırdı
25 Fevral 2021 Ölkəyə gətirilən 20 tondan çox soğan yararsız çıxdı
24 Fevral 2021 Bakıda bu şəxslər üçün çadırlar quraşdırılır
24 Fevral 2021 Bu əraziyə yarım metr qar yağdı
24 Fevral 2021 Sürücülərin nəzərinə: Bu yollar buz bağlayıb
24 Fevral 2021 Bəzi məktəblərdə dərslər təxirə salındı
24 Fevral 2021 Qarlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
23 Fevral 2021 Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq
23 Fevral 2021 Azərbaycanda 4 məktəb koronaya görə bağlandı
23 Fevral 2021 Bu ərazilərdən quş ətinin gətirilməsi dayandırıldı
20 Fevral 2021 Bu xəstəxanada rüşvət almaq adi haldır - Deputat
19 Fevral 2021 Lider TV-nin vəkili Ali Məhkəmənin qərarından danışdı