Fransanın müsəlman icması Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib.
Axar.az Report-a istinadən xəbər verir ki, Fransada fəaliyyət göstərən “Böyük Məqrəb” Assosiasiyası Azərbaycana humanitar yardım göndərib.
Yardıma əsasən tibbi təhcizat və tibbi avadanlıqlar daxildir.
Qeyd edək ki, 2019-cu ildə yaradılmış “Böyük Məqrəb” Assosiasiyası humanitar təşkilat olub, müsəlman ölkələrinə dəstək göstərir.