Koronavirusa qarşı vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən vurulacaq. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVİD-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışarkən deyib.

O bildirib: “Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülüb. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq ayrılıb. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvənd olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.

Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib”.

05 Mart 2021 Temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
05 Mart 2021 Koronaya yoluxanların sayı yenə artdı
05 Mart 2021 Partiyaların inteqrasiyası başladı: davamı olacaq?
05 Mart 2021 Mübariz Mənsimovun məhkəməsi başladı
05 Mart 2021 Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
04 Mart 2021 Agentlikdən ÜST-ə cavab: Bununla razı deyilik!
04 Mart 2021 Ölkəmizdə daha 2 nəfər koronadan öldü
03 Mart 2021 Daha 27 kafe və restoran cərimələndi
03 Mart 2021 Bayramov italiyalı həmkarı ilə danışdı
03 Mart 2021 Anar müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
03 Mart 2021 Dilavər Əzimli koronavirusdan vəfat etdi
03 Mart 2021 Bakı metrosu bu tarixdə hərəkət edəcək
03 Mart 2021 İxtiyar Qəhrəmanov: İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır
03 Mart 2021 Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında olub
03 Mart 2021 Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi
02 Mart 2021 Erməni kilsəsi Avropada yalan təbliğat aparır - Şeyx
02 Mart 2021 Bu şəxslər Həcc ziyarətinə buraxılmayacaq
01 Mart 2021 2010-cu ilə qədər bu universiteti bitirənlərin - Diqqətinə!
25 Fevral 2021 Qar taksi qiymətlərini ceyran belinə qaldırdı
25 Fevral 2021 Ölkəyə gətirilən 20 tondan çox soğan yararsız çıxdı
24 Fevral 2021 Bakıda bu şəxslər üçün çadırlar quraşdırılır
24 Fevral 2021 Bu əraziyə yarım metr qar yağdı
24 Fevral 2021 Sürücülərin nəzərinə: Bu yollar buz bağlayıb
24 Fevral 2021 Bəzi məktəblərdə dərslər təxirə salındı
24 Fevral 2021 Qarlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
23 Fevral 2021 Sabah Bakıda çovğun olacaq, yollar buz bağlayacaq
23 Fevral 2021 Azərbaycanda 4 məktəb koronaya görə bağlandı
23 Fevral 2021 Bu ərazilərdən quş ətinin gətirilməsi dayandırıldı
20 Fevral 2021 Bu xəstəxanada rüşvət almaq adi haldır - Deputat
19 Fevral 2021 Lider TV-nin vəkili Ali Məhkəmənin qərarından danışdı