Son xəbərlər

 
TƏBİB-dən payız-qış mövsümü ilə bağlı AÇIQLAMA
 

"Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Qarşıdan payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır".

Publika.az xəbər verir ki, bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinsə, bu, xəstəliyin daha ağırlaşmasına səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması aktuallaşıb. Dünyanın demək olar ki, bütün ölkələrində bununla əlaqədar tədbirlər görülməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir.

O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, həmin vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb: "Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".

23 Oktyabr 2020 Qarabağda ilk mobil rabitə!
21 Oktyabr 2020 Faktiki hava açıqlandı: Dalğanın hündürlüyü...
21 Oktyabr 2020 “İki həftədə yoluxanların sayı avqust ayı ilə müqayisədə belə çoxdur”
21 Oktyabr 2020 Sabaha olan hava proqnozu
20 Oktyabr 2020 Sabah yağış yağacaq
26 Sentyabr 2020 İctimai nəqliyyat iki gün işləməyəcək
25 Sentyabr 2020 Şagirdlər məktəbin içində koronavirusa yoluxub?
25 Sentyabr 2020 Bakıda 127 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi
25 Sentyabr 2020 Balaca Uğurun yardıma ehtiyacı var
25 Sentyabr 2020 Ali məktəblərə qeydiyyat başladı
24 Sentyabr 2020 Yüksək balla universitetə qəbul ola bilməyənlər... - Say
24 Sentyabr 2020 İnsanı öz istəyi ilə öldürmək rəsmiləşsin – Ekspertlər
24 Sentyabr 2020 Abşeron sakinindən 16 kiloqram narkotik götürüldü
24 Sentyabr 2020 Onlayn dərsin “dərdi”: internetə qoşulmaq olmur - Açıqlama
23 Sentyabr 2020 Yeni qatarlar gətiriləcək, havalandırma və interval isə… - Metropolitendən MÜHÜM YENİLİK
23 Sentyabr 2020 Bakı-Quba yolu təmir olunur
23 Sentyabr 2020 Sabah hava dumanlı olacaq
23 Sentyabr 2020 1360 namizədin müsahibə qrafiki müəyyən edildi
23 Sentyabr 2020 Daha bir tarixçidən “Arsak” açıqlaması
23 Sentyabr 2020 Toyların oktyabrda başlaması üçün... – Açıqlama
23 Sentyabr 2020 Naxçıvana 7 ambulans göndərildi
23 Sentyabr 2020 Snickers, Bounty, TWIX al və qalib ol
22 Sentyabr 2020 "Pikap" tipli avtomobillər niyə saxlanılır? - Rəsmi
22 Sentyabr 2020 Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!
22 Sentyabr 2020 Bayramov xalq artistinin oğluna vəzifə verdi
22 Sentyabr 2020 Politoloq: Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Video
19 Sentyabr 2020 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
19 Sentyabr 2020 MTN polkovnikinin həbs müddəti uzadıldı
18 Sentyabr 2020 Ruslan Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
17 Sentyabr 2020 Mir Şahindən Tofiq Yaqublu ilə bağlı tələb