Son xəbərlər

 

Mart ayından bəri koronavirusla əlaqədar fəaliyyəti dayandırılan şadlıq sarayları ilə bağlı ötən gün sevindirici məlumat yayılıb. Belə ki, şadlıq saraylarına yaxın vaxtlarda toyların keçirilməsinə icazə veriləcəyi və bununla bağlı tədbirlər görmələri ilə əlaqədar icra qurumları tərəfindən göstəriş verildiyi bildirilib. Maraqlıdır, indiki durumda bu qərarın verilməsi nə dərəcədə doğrudur və qadağanın ləğvindən sonra hansı qaydalarla toy keçirilməsinə icazə verilməlidir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Musa Quliyev bildirib ki, toyların keçirilməsinə icazə verilməsi üçün oktyabr ayını gözləmək lazımdır:

“Çünki adətən oktyabr ayında virus infeksiyaları artır. Onların koronavirusla birgə yayılması vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Bu məsələdə böyük ehtiyat edirəm. Hər halda toyların əvvəlki halda keçirilməsi yəqin ki, yaxın vaxtlarda mümkün olmayacaq. Yekun qərarı isə Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Oktyabr ayında situasiya aydınlaşdıqdan sonra daha dəqiq fikir söyləmək olar. İndi isə konkret fikir səsləndirmək çox çətindir”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, mexanizm hazırlandıqdan sonra toylarla bağlı qadağanın ləğv edilməsinin tərəfdarıdır:

“Bu məsələ ilə bağlı qərarı Operativ Qərargah verməlidir. Məqsədəuyğundursa, təhlükə riski azdırsa, qorunma imkanlarını düşünüblərsə, belə qərar verilə bilər. Mən toyların keçirilməsinin tərəfdarıyam. Çünki xeyli insan bununla bağlı sıxıntı yaşayır”.

Professor Adil Qeybulla şadlıq saraylarında karantin davranış qaydaları ilə bağlı mexanizmin hazırlanmasının lazım olduğunu və qaydalara riayət edilmədiyi halda vəziyyətin pisləşəcəyini deyib:

“Qış aylarında hər il mövsümü soyuqdəymə xəstəlikləri olur. Bu il də onlar peyda olacaq. Koronavirusla bu xəstəliklərin müəyyən oxşar əlamətləri var. Xəstələrin hansının COVİD, hansında adi respirator xəstə olmasını təyin etmək çətin məsələdir. Bununla bağlı artıq xaricdə testlər hazırlanır. Müəyyən hazırlıqları biz də görməliyik. Toylarla bağlı isə mexanizm müəyyən edilməlidir. Şadlıq evlərində əvvəlki illərdə olduğu kimi çox sayda adamın toplanması, saatlarla kondisioner altında oturulması çox təhlükəlidir. Bir xəstə adamın olması kifayətdir ki, orada çox sayda adam yoluxsun. Bunun qarşısını almaq üçün insanlar arasında məsafə saxlanılması, stolların düzülüşü, konkret məkanda sayın müəyyən edilməsi, məclisə daxil olan şəxslərin virusa yoluxub-yoluxmamasının müəyyənləşdirilməsi, temperaturun yoxlanılması, kondisioner deyil, ventilyasiya sisteminin işlədilməsi və s. tədbirləri görmək olar. Bundan başqa toyların müddətinin artıq 5-6 saat deyil, 2-3 saat olması məqsədəuyğundur. Toylarla bağlı stereotip dəyişməli, format müəyyən edilməlidir”.

Həkim Qalib Əsədov isə kafe və restoranların fəaliyyətinə icazə verildiyi halda, toylara icazə verilməməsinin doğru olmadığını bildirib:

“Karantin şərtləri nəzərə alınmaqla toyun keçirilməsi bərpa olunmalıdır. Zalın kvadrat metrinə uyğun olaraq, müvafiq qonaq sayı müəyyənləşdirərək, toylara icazə verilməlidir. Necə olur ki, mən yad adamlarla restoranda otura bilərəm, amma hər gün ünsiyyətdə olduğum qohum, iş yoldaşı və dostlarla bir məkanda otura bilmərəm7! Toy hər bir gəncin həyatında çox önəmli bir hadisədir və bütün valideynlərin arzusudur. Müəyyən şərtlər daxilində toy, ad günü və s. tədbirlərə icazə verilməlidir”.

19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO
07 Aprel 2024 Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı
06 Aprel 2024 Alkoqollu içki idxalçılarına və istehsalçılarına - Yeni tələblər
06 Aprel 2024 Lotu Qulinin ölümü: iki nəfərə ömürlük həbs verildi
05 Aprel 2024 Azərbaycanda yeni radio fəaliyyətə başlayır
05 Aprel 2024 Qadınlar pensiyaya 5 il tez çıxa bilər
05 Aprel 2024 Bu gün sonuncu Qədr gecəsidir
04 Aprel 2024 Ramazanın 26-cı günü: Dua, imsak və iftar vaxtı
03 Aprel 2024 Bayramla bağlı məktəblərdə qeyri-iş günləri açıqlandı
02 Aprel 2024 İsrailin cinayəti cavabsız qalmayacaq - Rəisi