Son xəbərlər

 
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.

 

Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.

Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur.

Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

23 Oktyabr 2020 Qarabağda ilk mobil rabitə!
21 Oktyabr 2020 Faktiki hava açıqlandı: Dalğanın hündürlüyü...
21 Oktyabr 2020 “İki həftədə yoluxanların sayı avqust ayı ilə müqayisədə belə çoxdur”
21 Oktyabr 2020 Sabaha olan hava proqnozu
20 Oktyabr 2020 Sabah yağış yağacaq
26 Sentyabr 2020 TƏBİB-dən payız-qış mövsümü ilə bağlı AÇIQLAMA
26 Sentyabr 2020 İctimai nəqliyyat iki gün işləməyəcək
25 Sentyabr 2020 Şagirdlər məktəbin içində koronavirusa yoluxub?
25 Sentyabr 2020 Bakıda 127 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi
25 Sentyabr 2020 Balaca Uğurun yardıma ehtiyacı var
25 Sentyabr 2020 Ali məktəblərə qeydiyyat başladı
24 Sentyabr 2020 Yüksək balla universitetə qəbul ola bilməyənlər... - Say
24 Sentyabr 2020 İnsanı öz istəyi ilə öldürmək rəsmiləşsin – Ekspertlər
24 Sentyabr 2020 Abşeron sakinindən 16 kiloqram narkotik götürüldü
24 Sentyabr 2020 Onlayn dərsin “dərdi”: internetə qoşulmaq olmur - Açıqlama
23 Sentyabr 2020 Yeni qatarlar gətiriləcək, havalandırma və interval isə… - Metropolitendən MÜHÜM YENİLİK
23 Sentyabr 2020 Bakı-Quba yolu təmir olunur
23 Sentyabr 2020 Sabah hava dumanlı olacaq
23 Sentyabr 2020 1360 namizədin müsahibə qrafiki müəyyən edildi
23 Sentyabr 2020 Daha bir tarixçidən “Arsak” açıqlaması
23 Sentyabr 2020 Toyların oktyabrda başlaması üçün... – Açıqlama
23 Sentyabr 2020 Naxçıvana 7 ambulans göndərildi
23 Sentyabr 2020 Snickers, Bounty, TWIX al və qalib ol
22 Sentyabr 2020 "Pikap" tipli avtomobillər niyə saxlanılır? - Rəsmi
22 Sentyabr 2020 Bayramov xalq artistinin oğluna vəzifə verdi
22 Sentyabr 2020 Politoloq: Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Video
19 Sentyabr 2020 Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
19 Sentyabr 2020 MTN polkovnikinin həbs müddəti uzadıldı
18 Sentyabr 2020 Ruslan Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
17 Sentyabr 2020 Mir Şahindən Tofiq Yaqublu ilə bağlı tələb